Yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxtda və bölgələrdə yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib, Bakıda bir çox böyük layihələrə imza atılıb, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları istifadəyə verilib, yeni yollar salınıb.
Son 15 ildə Azərbaycan dövləti nəqliyyat məsələlərini diqqət mərkəzində saxlayaraq, bu sahədə bir sıra mühüm islahatlar və layihələr həyata keçirmişdir. Nəqliyyat sektorunun inkişafı, ölkənin iqtisadiyyatı üçün vacib rol oynayır və bu sahənin müasir tələblərə uyğunlaşdırılması, həmçinin beynəlxalq tranzit yollarının inkişafı məqsədilə çoxsaylı təşəbbüslər həyata keçirilmişdir.
Həyata keçirilən layihələr sayəsində ölkəmiz nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və yenilənməsində böyük uğurlar əldə etmişdir. İcra edilən layihələr yalnız daxili deyil, həm də beynəlxalq nəqliyyat əlaqələrini gücləndirərək, Azərbaycanı əhəmiyyətli bir tranzit mərkəzinə çevirmişdir. Bununla yanaşı Azərbaycanda dəmir yolu və avtomobil yollarının yenidən qurulması, yeni hava limanlarının və limanların tikintisi kimi mühüm layihələr həyata keçirilmişdir.
Tural Məmmədov
Bu mövzuda digər xəbərlər:Beyləqanda yol infrastrukturunun yenilənməsi davam edir Fotolar
17 İyun 2025 13:02
“Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır” EKSPERT AÇIQLADI
05 İyun 2025 15:18
İqdırda Azərbaycan milli mədəniyyətinin təbliği istiqamətində layihələr həyata keçiriləcək
19 Mart 2025 10:59
“Dəyərlər sisteminin sıradan çıxarılması istiqamətində ciddi layihələr həyata keçirilir”
10 Sentyabr 2025 23:34
Özbəkistanla jurnalistikanın keyfiyyətinin yüksəldilməsi istiqamətində birgə layihələr həyata keçiriləcək
22 Yanvar 2025 12:21
Baxış sayı:96
Bu xəbər 30 Yanvar 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















