Yol kənarında əmisi oğlunu döydü Məhkəmədə üzr istədi
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Astara rayonunda 1967-ci il təvəllüdlü Əli əmisi oğlu Abbasa (adlar şərti verilib – red.) xəsarət yetirib.
Avtosfer.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisə Astara rayonun kəndlərindən birində baş verib. Əli evinin yaxınlığında yerləşən yolda qonşusu və əmisi oğlu Abbas ilə mübahisə edib.
Mübahisə zamanı o, Abbasın baş və üz nahiyyəsinə şillə, yumruq zərbələri vurub, həmçinin boğaz nahiyyəsinə cırıb.
Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmədə ifadə verən həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs barışdılqarını elan ediblər.
Zərərçəkən deyib ki, əmisi oğlu ondan üzr istəyib, onunla barışıq əldə edib. O, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürdüyünü deyib.
Astara Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını nəzərə alınıb, onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 22 Mart 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















