Yol polisi səkidə maşın saxlayanlara qarşı tədbirlərə başladı FOTO VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı şəhərində piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması halları ilə bağlı vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Avtosfer.az xəbər verir ki, polis əməkdaşları paytaxtın Nərimanov və Sabunçu rayonları ərazilərində yerləşən bir neçə piyada səkisində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparıblar. Sürücülərin diqqətinə çatdırılıb ki, piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə avtomobillərin park edilməsi inzibati xəta pozuntusudur. Səkilərin zəbt edilməsi piyadaların yolun hərəkət hissəsinə çıxması və beləliklə də onların həyatlarının təhlükə altında qalması ilə nəticələnir.
Bir daha sürücülərdən xahiş olunur ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl etsinlər və digər hərəkət iştirakçılarının, xüsusilə də piyadaların təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə saxlamasınlar.
Paytaxt ərazisində analoji tədbirlər davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 08 Oktyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















