Yol polisi Zaqatalada reyd keçirdi VİDEO
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Zaqatalada yol polisi “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirib.
Lent.az xəbər verir ki, avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərəri minimuma endirmək məqsədilə Zaqatala rayonunda yol polisi əməkdaşları profilaktik tədbir keçirib.
Tədbir zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücülərlə maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib.
Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələri sürücülərinin diqqətinə bu halın aradan qaldırılmasının vacibliyi çatdırılıb.
Bu istiqamətdə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 08 May 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















