Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... Video
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakının əsas prospektlərindən birində aparılan yol xətlənməsi sürücülərin narazılığına səbəb olub.
“Yeni Sabah” Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayılıb.
Bildirilib ki, Qara Qarayev prospekti üzərində köməkçi yolda aparılan yeni xətlənmə sürücülər üçün çətinlik yaradır. Belə ki, tətbiq edilən qaydalara əsasən, sağa dönmə ikinci zolaqdan həyata keçirilməlidir. Bu isə sürücülərin fikrincə, həm hərəkəti çətinləşdirir, həm də qəza riskini artırır.
Sürücülər qeyd edirlər ki, mövcud xətlənmə yol hərəkəti zamanı çaşqınlıq yaradır və təhlükəsizlik baxımından əlavə risklər formalaşdırır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov açıqlamasında bildirib ki, sözügedən ünvanda işlər tam yekunlaşmayıb:
"Ərazidə nişanlanma xətlərinin çəkilməsi və yol nişanlarının quraşdırılması davam etdirilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 18 Aprel 2026 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















