Yol zəbt olunub, yoxsa evin sərhədidir? VİDEO
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Səbail rayonunun Badamdar qəsəbəsində sakin qonşusundan şikayətçidir.
Dostluq küçəsi, 86 ünvanında yaşayan sakin Baku TV-nin qaynar xəttinə müraciət edərək qonşusunun yolu zəbt etdiyini və evinin divarına qanunsuz müdaxilə göstərdiyini iddia edib. Onun sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, problem həllini tapmayıb.
Şikayətçi bildirib ki, məsələ ilə bağlı məhkəməyə də müraciət edib. Lakin ərazinin onun torpaq sahəsinə daxil olmadığı əsas gətirilərək iddiası təmin edilməyib.
"Ərazi birbaşa mənim evimin sərhədidir. Orada hasar yoxdur və divar isə mənim evimə məxsusdur. Evimin divarında söküntü işləri aparılıb, müxtəlif materiallarla üzlənib. Buna heç bir icazə verməmişəm", - deyə o əlavə edib.
Məsələ ilə bağlı qarşı tərəf isə səsləndirilən iddiaları əsassız hesab edir. Onun sözlərinə görə, şikayətçi bu iddialardan istifadə edərək onları şantaj edir. O, həmçinin Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən məsələ ilə bağlı müvafiq qətnamələrin qəbul edildiyini bildirib.
Səbail Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, məsələnin araşdırılması məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. Araşdırma zamanı sözügedən ünvana yerində baxış keçirilib.
İcra hakimiyyətinin məlumatına görə, baxış zamanı hər hansı torpaq zəbtinin və keçid meydançasının qanunsuz bağlanması faktı aşkar edilməyib. Bildirilib ki, ünvan nəzarətə götürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 29 Avqust 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















