Yola baxmayan taksi sürücüsü az qalsın “Prado”nu vuracaqdı ANBAAN VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində qayda pozan sürücü anbaan kameraya düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə mayın 30-da saat 19:18 radələrində qeydə alınıb. Belə ki, taksi fəaliyyətiylə məşğul olan 90-PF-318 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü yola baxmadan hərəkətə başlayıb. Bu vaxt o, arxadan gələn “Toyota Prado” markalı avtomobilə qəza şəraiti yaradıb. Xoşbəxtlikdən sürücü təhlükəni vaxtında görərək sola manevr edib. İzləyicinin sözlərinə görə, sözügedən sürücü bir müddət sonra sola dönmə işığını yandıraraq anidən sağa manevr edib.
Sürücü qəsəbədə bu cür halların tez-tez baş verdiyini bildirib. O, xüsusilə “manatlıq” taksilərin kobud qayda pozuntularına yol verdiyini əlavə edib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 03 İyun 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















