Yolların təmizlənməsində köpük istifadə edilməsi narazılıq yaratdı: Ağaclara ziyan vura bilər
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bir neçə gündür, paytaxtda aparılan genişmiqyaslı təmizlik işləri zamanı yolların köpüklü təmizlik vasitələri ilə yuyulması narazılığa səbəb olub. Şəhərin müəyyən yerlərində kanalizasiya sisteminin olmamasına, yaxud sistemin yararsız olmasına diqqət çəkənlər bildirirlər ki, köpüklü suların ağacların dibinə axıdılması yaşıllıqlara ciddi ziyan vurur.
Ekoloq Rövşən Abbasov da Pravda.az-a açıqlamasında deyib ki, yollar köpüklə yuyulanda səthi aktiv maddələrdən istifadə edilir və onların normadan çox istifadəsi ağaclara ziyan vura bilər.
“Doza düzgün seçildikdə bunun o qədər də ziyanı olmur. Belə ki, normada doza verildikdə ağacların üzərinə düşən toz yükü azalır və beləliklə, fotosintez prosesi sürətlənir. Hər bir halda yaxşı olar ki, yuyulma zamanı yaranan axıntılar istiqamətləndirilsin və birbaşa ağacların kök sistemlərinə axmasın”, – o bildirib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 14 İyul 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















