Icma.az
close
up
RU
Yoxsullara yardım edək!

Yoxsullara yardım edək!

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Dünyada və Azərbaycanda vəziyyət necədir?

Yoxsulluq bəşəriyyətin əsas problemlərindən biri olaraq qalmaqdadır. Təxmini hesablamalara görə, dünya əhalisinin 15 faizi, başqa sözlə, 250 milyonu uşaq olmaqla 1 milyarda yaxın insan yoxsulluqdan əziyyət çəkir. Əsasən, xammal bazası olan inkişaf etməmiş ölkələrdə və təbii resurslar cəhətdən kasad ölkələrdə müşahidə olunan yoxsulluğun müxtəlif səbəbləri var.

Məlumdur ki, dünyanın bir çox ölkələrində yoxsulluğun aradan qaldırılması üçün dövlət və beynəlxalq proqramlar həyata keçirilir. Eyni zamanda, sahibkarlar, müxtəlif dini və xeyriyyə ictimai təşkilatları tərəfindən yoxsullara yardım göstərilir. Bu günə qədər BMT tərəfindən yoxsulluğun kökünün kəsilməsi məqsədilə bir neçə proqram qəbul edilib. İlk proqramın icrasına 2000-ci ilin əvvəlində başlanılsa da, hələ yoxsulluq həddində yaşayanların sayı azalmır.

Yoxsulluğun hesablanma metodologiyası...

Qeyd edək ki, bütün dünyada yoxsulluq səviyyəsi Dünya Bankının təklif etdiyi metodologiya əsasında müəyyənləşdirilir. Bu metodologiyaya əsasən, gündəlik gəliri 2 dollardan aşağı olanlar yoxsul, 1 dollardan aşağı gəliri olanlar isə ifrat yoxsul hesab olunur. Lakin bir çox hallarda bu metodologiya düzgün hesablama üçün kifayət etmir. Çünki elə ölkələr var ki, orada orta aylıq əmək haqqı 60 dollardan aşağıdır. Amma elə ölkələr var ki, orada 60 dollar heç gündəlik təlabatı ödəmir.

8 ildə 300 milyon insan yoxsulluqdan ölüb

Yeri gəlmişkən, 19 dekabr Beynəlxalq Yoxsullara Yardım Günüdür. Bu gün 1995-ci ildə BMT tərəfindən təsis edilib. Məlumata görə, planetin bütün əhalisinin təxminən dörddə bir hissəsi  20-ci əsrdə dilənçi vəziyyətində olub. Aparılan araşdırmalar göstərir ki, 1999-cu ildən 2007-ci ilədək olan dövrdə yoxsulluqdan 300 milyon nəfər ölüb. Hətta iki dünya müharibəsi belə ümumilikdə bu qədər insanın həyatına son qoymayıb.

Dünyanın ən yoxsul ölkələri...

“Global Finance” agentliyi dünyanın ən yoxsul ölkələrinin reytinqini açıqlayıb. Reytinq cədvəli adambaşına düşən ÜDM-nin həcminə görə tərtib olunub. Reytinq cədvəlində dünyanın ən kasıb ölkəsi kimi göstərilən Cənubi Sudan (adambaşına düşən ÜDM-nin həcmi 455 dollar) 2011-ci ildən bəri zorakılıqla üzləşib. Sosial parçalanmalar, bərabərsizlik, korrupsiya və müharibə burada vəziyyəti daha da pisləşdirib. Bu il Cənubi Sudan əhalisinin 60 faizindən çoxunun - 9 milyona yaxın insanın humanitar yardıma ehtiyacı olacaq.

Dənizə çıxışı olmayan kiçik Burundi ən yoxsul ölkələr arasında ikinci yerdədir. Ölkə təbii sərvətlərə malik deyil və 1993-2005-ci illərdə davam edən vətəndaş müharibəsindən əziyyət çəkib. Üçüncü yerdə Mərkəzi Afrika Respublikasıdır. Belə görünür ki, qızıl, neft, uran və almazla zəngin olan bu ölkədə nədənsə çox kasıb insanlar yaşayır və on il ərzində dünyanın ən kasıb dövlətləri sırasında yer alıb.

Dünyanın ən yoxsul ölkələrinin ilk onluğuna Konqo Demokratik Respublikası, Mozambik, Niger, Malavi, Liberiya, Madaqaskar və Yəmən də daxildir.

Kasıb ölkələr müasir texnologiyadan uzaqdır...

Yoxsulluq coğrafiyasına diqqət yetirdikdə belə bir məqam nəzərə çarpır: heç bir təbii resursu olmayan ölkələri bir kənara qoysaq, əksər belə ölkələr ya kənd təsərrüfatı, ya da hasilat sənayesi üzrə ixtisaslaşıblar və müasir texnologiyalar əldə etməyə çətinlik çəkirlər. Yoxsulluğun da bir çox hallarda təbii və süni fəlakətlərin nəticəsi olaraq ortaya çıxması bunu deməyə əsas verir. Belə bir ixtisaslaşmada məhz dünyanın inkişaf etmiş ölkələri maraqlı görünür.

Müasir texnologiyalara malik dövlətlər bu texnologiyanın başqa ölkələrə verilməsində maraqlı olmur. Tez-tez eşidirik ki, ABŞ və dünyanın digər iri dövlətləri kasıb ölkələrə kredit verir. Kreditlərin strukturuna baxanda görürük ki, bu kreditlər yalnız müəyyən əmtəələrin alınmasına verilir, məsələn ağır sənaye məhsulları. Bu əmtəələr də kredit verən iri dövlətlərdə istehsal olunur. Bir sözlə, onların verdikləri pullar faizlə birlikdə özlərinə qayıdır. Faktiki olaraq, özləri öz şirkətlərinə vəsait verərək dövlət sifarişlərini həyata keçirirlər. Kasıb ölkələr Qərbin bu siyasətinin qurbanı olmamaq üçün təhsilə və elmə ayırdığı pulu artırmalıdırlar.

Azərbaycanda vəziyyət necədir?

15-20 il qabaq rəsmi rəqəmlərdə Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizə yaxın göstərilirdi. Son illərdə bu rəqəmlər yüksək templə azaldılmağa doğru davam edib və son illərdə 5 faiz civarında göstərilir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanı yoxsulluğun ən aşağı səviyyədə, yəni 5%-dən aşağı olduğu ölkələrin siyahısına daxil edib. FAO-nun məlumatına görə, bu qərar yetərincə qidalanmanın yayılması barədə mövcud olan ən son məlumatlara əsasən qəbul edilib. FAO-nun açıqlamasında bildirilir ki, qlobal iqtisadi böhran regiondakı digər ölkələrə nisbətən Azərbaycana daha az təsir edib.

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Dekabr 2024 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri