Yubiley qolunu Rüstəm vurdu
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Sumqayıt” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü səfər qolunu vurub.
Futbolpress.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının VI turuna təsadüf edib.
“Sabah”la görüşdə (1:1) fərqlənən Rüstəm Əhmədzadə yubiley qolunun müəllifi olub. 200-cü səfər qolu rəqib meydanlarındakı 221-ci matçda qeydə alınıb. “Sumqayıt” turnirin tarixində ən azı 200 səfər qolu vuran 9-cu komandadır.
Qeyd edək ki, Sumqayıtın eyniadlı təmsilçisinin Premyer Liqada, həm də səfərdəki ilk qolunun müəllifi Eşqin Quliyev olub. O, 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər qarşılaşmasında (1:2) fərqlənib.
Baxış sayı:140
Bu xəbər 29 Sentyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















