Icma.az
close
up
RU
Yüksək pensiya almaq istəyənlərin nəzərinə: dəyişikliklər ola bilər

Yüksək pensiya almaq istəyənlərin nəzərinə: dəyişikliklər ola bilər

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Bir müddətdir, Azərbaycanda xüsusilə pensiya yaşına az qalmış şəxslərin ixtisara düşməsi, növbəti mərhələdə yeni iş yeri ilə bağlı çətinlik yaşaması müzakirə obyekti olub. Bildirilir ki, bu məsələ barədə qanuni tədbirlər görülməli və ya yeni dəyişikliklər edilməlidir.

Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, sözügedən problem kifayət qədər ciddidir:

“Bilirsiniz, kişilər üçün pensiya hüququ əldə etmək yaşı 65-dir, qadınlarda isə hər il altı aydan bir artırılmaqla demək olar, bu rəqəmə çatmaq üzrədir. Vətəndaşın 50 və ya 60 yaşında müəyyən səbəblərdən ixtisara düşməsi, təbii ki, yenidən iş tapmaqlarına maneə yaradır. Yerdə qalan 5-10 il ərzində bu adam məcburi dövlət sosial sığorta haqqı ödəsəydi, iş stajı tamamlansaydı, pensiya ödənişləri yüksək olacaqdı. Bəs işləmədiyi müddətdə bu məsuliyyət kimin üzərinə düşür? Bu, qanunvericilik səviyyəsində mütləq sadə bir formada diqqətə alınmalıdır. Qanunvericiliyə əsasən, hər bir vətəndaş müəyyən pensiya kapitalına sahib olmalı, ya da 25 illik əmək stajı yığmalıdır. Azərbaycanda hələ ki pensiya-sığorta sistemi sahəsində islahatlar davam edir. Belə incə məsələlərin nəzərə alınması olduqca vacibdir”.

Pərviz Heydərov

İqtisadçı bildirib ki, ixtisara düşən vətəndaş işsizlik statusu alarsa, buna görə müvafiq qaydada müavinət almaq şansı mövcuddur:

“Lakin pensiya yaşına qədər onun ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqı var. Bunu ödəməyi halda, əlbəttə, şəxsin lazımi səviyyədə pensiya almasına imkan yaradılmır. Həmin vətəndaşların gələcək pensiya təminatı ilə əlaqədar dövlət tərəfindən sığortalanmasına ehtiyac var. Amma hansı formada və necə? Hesab edirəm ki, bu sahədə mütəxəssislər konkret bir mexanizm işləyib hazırlamalıdırlar. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq, istər dövlət, istər özəl sektorda hər hansı bir yaş həddində vətəndaşın ixtisara düşməsi realdır. Sadəcə həmin hallar baş verdikdə, xüsusən 55-58 yaşdan yuxarı vətəndaşların bu sahədə hüquqları dövlət tərəfindən nəzərə alınmalıdır”.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 May 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri