“Yüksəliş” müsabiqəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dekabrın 7-də “Yüksəliş” müsabiqəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib. Yarış müsabiqənin qalibləri, finalçıları və yarımfinalçıları arasında təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Yüksəliş” kvizinin qış mövsümündə 43 komanda tərkibində ümumilikdə 252 iştirakçı mübarizə aparıb. Gərgin və maraqlı mübarizə nəticəsində birinci yerə “White Walkers” komandası layiq görülüb. İkinci yerin qalibi “NeveRest”, üçüncü yerin sahibi isə “Se7en” komandaları olub.
“Yüksəliş” müsabiqəsi dördüncü dəfədir ki, qaliblər, finalçılar və yarımfinalçılar arasında intellektual yarış keçirdir. Qeyd edək ki, bu ilin payız mövsümündə baş tutan “Azərbaycanın Yüksəlişi” intellektual kvizi Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə, bahar mövsümündə keçirilən kviz “Yaşıl dünya naminə həmrəylik ili”nə, ötənilki yarış isə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmişdi.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 07 Dekabr 2024 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















