Icma.az
close
up
RU
Yumurta, yoxsa kəsmik: səhər yeməyində hansını yemək daha yaxşıdır?

Yumurta, yoxsa kəsmik: səhər yeməyində hansını yemək daha yaxşıdır?

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səhər yeməyində yumurta və ya kəsmik (tvoroq) yeməyin hər birinin üstünlükləri və çatışmazlıqları var. Yumurta daha uzunmüddətli toxluq hissi yaradır, kəsmik isə orqanizmi kalsium və yüngül zülal porsiyası ilə təmin edir. Seçim rasiondakı qida balansından asılıdır.

Lent.az yumurta və kəsmiyin faydalarını təqdim edir:

Kəsmiyin faydaları

Həm yumurta, həm də kəsmik ürək sağlamlığını dəstəkləyə bilər əsas odur ki, onları orta miqdarda qəbul edəsiniz. Kəsmik yumurtadan daha çox kalsium və daha az doymuş yağ ehtiva edir. Əsas şərt isə natrium miqdarı 300 mq-dan çox olmayan məhsulu seçməkdir, çünki yüksək natrium arterial təzyiqin artmasına və ürək-damar xəstəlikləri riskinə səbəb ola bilər. Kəsmiyin yüksək kalsium, az xolesterin və az doymuş yağ tərkibi onu ürək sağlamlığı üçün xüsusilə faydalı edir. Hypertension jurnalında dərc olunmuş araşdırma göstərir ki, yağsız süd məhsullarını (kəsmik kimi) müntəzəm qəbul edən insanların qan təzyiqi daha aşağı olur və onların ürək xəstəliklərinə tutulma riski də azdır. Eyni zamanda, kəsmik adətən sərt pendirlərdən daha az doymuş yağ ehtiva edir. Yarım stəkan yağsız kəsmikdə cəmi 1,2 qram doymuş yağ olur. Lakin Amerika Ürək Assosiasiyası xəbərdarlıq edir ki, bəzi kəsmik növlərində natrium çox olur və bu da ürək xəstəlikləri riski daşıyan insanlar üçün təhlükəli ola bilər. Uzunmüddətli yüksək miqdarda qəbul yüksək qan təzyiqinə və ürək-damar problemlərinə gətirib çıxara bilər.

Yumurtanın təsiri

Yumurta istehlakı ilə xolesterin səviyyəsinin yüksəlməsi arasında əlaqə mövcuddur və bu, ürək xəstəliklərinə səbəb ola bilər. Orqanizmin müəyyən qədər xolesterinə ehtiyacı olsa da, həddindən artıq qəbul arteriyalarda yığılan lövhələrin yaranmasına səbəb olur ki, bu da ürək xəstəliklərinin inkişaf riskini artırır. Bununla belə, European Journal of Nutrition jurnalında dərc olunmuş araşdırmada göstərilir ki, yumurtalar antioksidantlarla zəngin olduqları üçün müntəzəm qəbul ürək sağlamlığına faydalı ola bilər. Bu antioksidantlar iltihabı azaldır. Gündə bir yumurta yemək bəzi insanlarda insult və infarkt riskini azalda bilər. Yaşlı insanlar, yüksək xolesterini olanlar və ürək xəstəliyindən əziyyət çəkənlər yumurta qəbulunu məhdudlaşdırmalı və onu hər gün yeməkdən çəkinməlidirlər.

Sağlam səhər yeməyi üçün məsləhətlər

Seçiminiz istər yumurta, istərsə də kəsmik olsun, həkimlər aşağıdakı qaydalara əməl etməyi tövsiyə edirlər:

Kəsmiyi blinçiklərə və ya yulaf sıyığına əlavə edin.

Tam buğda vaflisinin və ya tostun üzərinə yağsız kəsmik səpin.

Bərk bişmiş yumurtanı doğrayıb tost üzərində təqdim edin.

Yağsız, natrium miqdarı az və əlavə dadlandırıcı, şəkərsiz kəsmik seçin.

Ürək üçün faydalı bitki yağlarından istifadə edin, kərə yağı və ya heyvan yağı istifadə etməyin.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:384
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Sentyabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri