Yunan Baş nazirə Ceddin Deden qarşılaması Bu görüntülər maraq doğurdu + VİDEO
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
NATO-nun 36-cı Zirvə Toplantısı çərçivəsində Ankarada təşkil olunan rəsmi qəbul zamanı Yunanıstanın Baş naziri Kiriakos Miçotakis və həyat yoldaşı Türkiyə Prezident Administrasiyasında rəsmi məeasimlə qarşılanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın ev sahibliyi etdiyi tədbirdə liderlər və onların həyat yoldaşları Prezident Administrasiyasına daxil olarkən mehter orkestri müxtəlif marşlar ifa edib.
Kiriakos Miçotakis və həyat yoldaşı avtomobildən düşərək qəbul məkanına doğru hərəkət etdiyi zaman isə mehter orkestri "Ceddin Deden Neslin Baban" marşını səsləndirib.
Həmin anların görüntüləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. Bəzi istifadəçilər marş seçimini Türkiyə–Yunanıstan münasibətləri fonunda simvolik mesaj kimi şərh etsələr də, rəsmi qurumlar bununla bağlı hər hansı açıqlama verməyiblər.
Qeyd edək ki, "Ceddin Deden" Osmanlı hərbi ənənəsinin və Osmanlı tarixinin rəmzlərindən hesab olunan məşhur mehter marşıdır. Mahnı türk millətinin qəhrəmanlığını, vətənə sədaqəti və döyüş ruhunu tərənnüm edir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 08 İyul 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















