Yunanıstan Azərbaycan biznes forumu keçiriləcək
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu ilin sentyabr ayında Yunanıstan-Azərbaycan arasında biznes forum təşkil ediləcək.
Bakıvaxtı.az İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bununla bağlı müzakirələr agentliyin icraçı direktoru Yusif Abdullayev və Yunanıstanın Azərbaycandakı səfiri Maria Papakonstantinou ilə keçirilən görüşdə aparılıb.
Görüş zamanı Y. Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, eləcə də Azərbaycan və Yunanıstan arasında mövcud iqtisadi əlaqələr barədə məlumat verib. Bu çərçivədə sentyabrda keçirilməsi planlaşdırılan Yunanıstan-Azərbaycan biznes forumunun təşkili ilə bağlı məsələlər də müzakirə olunub.
Tərəflər turizm, kənd təsərrüfatı, qida sənayesi, süni intellekt, rəqəmsal texnologiyalar və yaşıl enerji sahələrində mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə sentyabrda keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə məlumat verilib, forumun beynəlxalq tərəfdaşlarla əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 06 İyul 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















