Yunanıstan mətbuatı Qarabağ barədə: Bir nəfərlik aktyorun teatrına çevirərək...
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yunanıstan mətbuat "Olimpiakos"un Avropa Liqasının əsas mərhələsindəki rəqiblərindən olan "Qarabağ"ın çıxışını diqqətdə saxlayır. Sport24.az xəbər verir ki, "Parapolitika" nəşri Azərbaycan çempionunun Misli Premyer Liqasının 18-ci turunun "Araz-Naxçıvan"la görüşündəki 2:0 hesablı qələbəsindən yazıb.
Yunanıstandan olan həmkarlarımız "Qarabağ"ın qalibiyyəti haqda bunları qeyd edib:
"Qarabağ" növbəti turda da əla formada olduğunu təsdiqlədi. "Olimpiakos"un rəqibi onlarla titul uğrunda mübarizədə iştirak edən "Araz-Naxçıvan"la dueli bir nəfərlik aktyorun teatrına çevirərək, daha üç xal qazanıb. Bu görüşdə "Qarabağ" öz üstünlüyünü və gücünü nümayiş etdirdi. İndi "Qarabağ" rəqibindən 8 xal öndə olaraq, 47 xalla birinci pillədədir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 25 Dekabr 2024 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















