Yunanıstan serbiyalı turistlərin Avropa İttifaqına girişini asanlaşdıra bilər
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Yunanıstan yay mövsümündə serbiyalı turistlər üçün Avropa İttifaqına giriş sistemini asanlaşdıra bilər.
"Report"un Balkan bürosu xəbər verir ki, Yunanıstanın yay səyahət mövsümünün pik dövründə Serbiya vətəndaşları üçün Aİ-yə yeni giriş-çıxış sisteminin (EES) tətbiqini dayandırması gözlənilir.
Bu addım sərhədlərdə uzun növbələrin qarşısını almaq məqsədi daşıyır.
Serbiyanın Salonikidəki baş konsulu Yelena Vuyiç Obradoviçin sözlərinə görə, sistemin iyunun 1-dən avqustun 30-dək dayandırılması və ya yalnız gecə saatlarında tətbiq edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, EES Şengen bölgəsi üçün hazırlanmış yeni rəqəmsal sərhəd nəzarəti sistemidir və pasport möhürlənməsini biometrik məlumatların toplanması ilə əvəz edir.
Baxış sayı:187
Bu xəbər 03 May 2026 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















