Yunanıstanlı deputat: Qara dəniz hövzəsi yaşıl keçid üçün böyük potensiala malikdir
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bu gün ətraf mühitin vəziyyəti narahatedicidir. Lakin Qara dəniz hövzəsi yaşıl keçid üçün böyük potensiala malikdir".
Oxu.Az xəbər verir ki, bunu Yunanıstan parlamentinin deputatı Vasiliyos Giyogiakas Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) iyunun 18-də Bakıda keçirilən 65-ci plenar sessiyasında deyib.
O bildirib ki, Qara dəniz regionu mineral ehtiyatlar, həm də bərpaolunan enerjiyə keçid baxımından mühüm rol oynaya bilər:
"Düzdür, yaşıl gələcəyə keçidlə bağlı çətinliklər var, amma inkişafla bağlı imkanlar da təqdim edilir. Ona görə də Qara dəniz regionunda yaşıl gələcəyə keçid çoxtərəfli əməkdaşlıq tələb edir, daha geniş qlobal strategiyalar çərçivəsində addımlar atılır. Biz iqtisadi siyasətin perspektivlərinə yaşıl keçidi inteqrasiya etməliyik. Burada əsas məqsəd sağlam və firavan gələcəyə nail olmaqdır".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 18 İyun 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















