“Yunayted”lilər müsəlman futbolçuya dəstək oldular: Bu gödəkçəni geyinmədilər
Icma.az, Publika.az saytına istinadən bildirir.
İngiltərə Premyer Liqasının 13-cü turunun “Everton”la oyunundan (4:0) əvvəl “Mançester Yunayted”in futbolçuları mərakeşli müdafiəçi Nussair Mazrauinin imtinasından sonra LGBT-yə dəstək üçün gödəkcə geyinməyiblər.
Publika.az xəbər verir ki, komanda heç bir oyunçunun gödəkçəni geyinməməsinə qərar verib ki, Mazraui onu geyinməkdən imtina edən yeganə şəxs olmasın.
“Mançester Yunayted” həyatın bütün təbəqələrindən olan azarkeşləri qəbul edir və bizim müxtəliflik və inklüzivliyə güclü bağlılığımız var. Biz bu prinsipləri bir sıra fəaliyyətlər, o cümlədən ayrı-seçkiliyin bütün formalarına qarşı kampaniyalar vasitəsilə nümayiş etdiririk.
Oyunçuların, xüsusən də inancları ilə bağlı öz fikirlərini bildirmək hüququ var və bəzən bu, klubun mövqeyindən fərqlənə bilər”, – “The Athletic” klubdan sitat gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 04 Dekabr 2024 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















