Icma.az
close
up
RU
Yurdun izini silmək planı

Yurdun izini silmək planı

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Ortayaşlı nəsil yaxşı xatırlayır: Birinci Qarabağ müharibəsinin qızğın çağlarında bütün dünya, Rusiyada isə, az qala, ütü də Qarabağ hadisələrindən danışırdı. Heç kəsə sirr deyil ki, o zaman efirdə səsləndirilən, yazılı mətbuatda dərc olunan materialların mütləq əksəriyyəti ya açıq-aşkar, ya da dolayısıyla ermənilərin mövqeyini əks etdirirdi. Klassik narrativdən çıxış etsək, deməliyik ki, bunun obyektiv və subyektiv səbəbləri vardı. Məlum məsələdir ki, tutalım, "xristian klubu" rolunda fəaliyyət göstərən, təcavüzkarın tərəfini saxlayan Avropa Birliyinin ümidinə qalsa, heç vaxt heç nə dəyişilməyəcəkdi. Məsələnin subyektiv tərəfinə gəlincə, hadisələrin belə şəkil almasını şərtləndirən əsas amillərdən biri də, şübhəsiz, erməni təbliğatıydı. Dövlət səviyyəsində aparılan bu təbliğatın əsas qayəsi erməniləri zəngin irsi olan mədəni və tarixi bir millət, qonşuları isə bunlara göz verib, işıq verməyən barbarlar kimi auditoriyaya təqdim etmək idi. Son illərdə yaşanan bütün dramatik hadisələrə baxmayaraq, bu sahədə hər şey olduğu kimi qalır. Bu azmış kimi, sakitləşmək bilməyən erməni tərəfinin cəhdləri internetin, sosial şəbəkələrin, Facebook, Twitter, YouTube kimi platformaların inkişafı ilə daha da intensivləşib, daha eybəcər şəkil alıb.

Təsadüfi deyil ki, aprel   ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda dövlət başçısı İlham Əliyev məhz bu məqama diqqət çəkir: "Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz. Bu, reallıqdır. Biz bu reallığı müxtəlif informasiya mənbələrindən bilirik və biz bununla yaşamalıyıq. Odur ki, ola bilsin, bunlar bizim müharibədən, postmüharibə vəziyyətindən çıxardığımız nəticələrdir".

Bu reallıq bizə nəyi diktə edir?

Ömür boyu obyektiv faktları təhrif edən, insanların qorxu, ümid, qəzəb və ya vətənpərvərlik kimi hisslərindən istifadə edərək, onları öz tərəfinə çəkməyə çalışan, qarşısını boş görüb, auditoriyanın emosiyaları və qavrama məntiqini manipulyasiya obyektinə çevirən ermənilər ən çox "əzabkeş, mədəni və tarixi xalq imici"ninin yerlə-yeksan olmağından qorxur. Ona görə ki, bu məsələni onlar fundamental bir sistemi kimi görür, propaqandanın bütün sonrakı strukturunu bunun üzərində qururlar.

Bizə yaxşı məlumdur ki, öz xarakteri və mahiyyəti etibarilə erməni propaqandası Bibiliyadakı ayaqları gildən olan bütü xatırladır: "Bu, nəhəng bir büt idi, qarşında çox ehtişamlı və qorxunc görünürdü. Bütün başı qızıldan, sinəsi və qolları gümüşdən, qarnı və ombası misdən, dizləri dəmirdən, ayaqları isə gildən idi. Günlərin bir günü dağdan bir daş qopdu, bütün dəmir və gil ayaqlarına çırpıldı... Onda hər şey parça-tikə oldu: dəmir, gil, mis, gümüş və qızıl yay xırmanındakı toza çevrildi, külək götürüb apardı, izi də qalmadı".

Yuxarıda dediyimiz kimi, bu bizə məlum həqiqətdir, çünki Azərbaycan insanı sözügedən təbliğatın heç bir əsaslı dəlilə, sübuta söykənmədiyini yaxşı bilir. Lakin beynəlxalq platformalarda şovinist, revanşist ermənipərəst qüvvələrin düzəltdiyi təbliğat bütünü xırman tozuna çevirib, əməyini puç edə biləcək həmin qaya parçasına ehtiyac var.

Hörmətli müəlliflər Əziz Ələkbərli və Səbuhi Hüseynovun "Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair" hesabat və materiallar kitabı məhz bu qəbildən olan möhtəşəm tədqiqat əsəridir.

Azərbaycanda ilk dəfə Ermənistan tərəfindən azərbaycanlıların qəbiristanlıqlarının sistemli şəkildə dağıdılması siyasəti və onun nəticələri tədqiqat obyektinə çevrilmişdir. Bu tədqiqat azərbaycanlıların tarixi-etnik torpaqları olan Qərbi Azərbaycandakı qəbiristanlıqlara qarşı Ermənistan dövləti tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən vandalizm siyasətinin sənədləşdirilməsinə həsr edilmişdir. Tədqiqatın ideya müəllifi və layihə rəhbəri professor Ədalət Vəliyev kitaba yazdığı ön sözdə qeyd edir: "Ermənistan dövləti Qərbi azərbaycanlılara qarşı etnik təmizləmə - soyqırımı və deportasiya siyasəti ilə kifayətlənməmiş, ümumiyyətlə bu torpaqlardan azərbaycanlıların tarixi köklərini qoparmağa, onlara məxsus maddi-mədəni irsi məhv etməyə çalışmışdır. Ermənistan dövlətinin bu cinayətkar fəaliyyətinin tarixi dinamikasının müəyyən edilməsi, əldə edilən təkzibedilməz faktlar əsasında onun beynəlxalq hüquqa uyğun olaraq məsuliyyətə cəlb edilməsinin təşkili Qayıdış Konsepsiyasının qarşısında duran mühüm vəzifələr kimi təsbit edilmişdir. İndiyədək Ermənistanda mövcud olmuş hakimiyyətlərin həmin ərazilərdəki azərbaycanlılara məxsus toponimlərə, tarix və mədəniyyət abidələrinə qarşı apardığı soyqırımı siyasəti ilə bağlı geniş tədqiqatlar aparılmış, təkzibedilməz fakt və sənədlərdən ibarət zəngin resurslar formalaşdırılmışdır. Ermənistanın öz ərazisindəki tarixi azərbaycanlı varlığına qarşı siyasi fəaliyyəti deportasiya və soyqırımı cinayətləri ilə məhdudlaşmamışdır. Bu fəaliyyətin əsas istiqamətləridən biri maddi-mədəni irsin ən mühüm tərkib hissəsi olan azərbaycanlılara məxsus qəbiristanlıqların məhvinə yönəlmişdir. 1991-ci ilə qədər Qərbi Azərbaycan - indiki Ermənistan ərazisində 700-dən çox azərbaycanlı qəbiristanlığı mövcud olmuşdur. Bunu yüzlərlə xəritə, sənədlər, foto-video təsvirlər, şahid ifadələri və müasir peyk görüntüləri təsdiqləyir".

Hesabat indiki Ermənistan Respublikası ərazisində vaxtilə azərbaycanlıların dəfn olunduğu qəbiristanlıqların müasir peyklər vasitəsilə tədqiqi, tarixi-müqayisəli təhlili və monitorinqini özündə əks etdirir. Tədqiqatın aparılması üçün bir sıra ölkələrin kitabxanalarında saxlanılan XIX-XX əsrlərə aid hərbi topoqrafik xəritələrdən, 1960-1980-ci illərə aid, üzərindən məxfilik qrifi götürülmüş ABŞ kəşfiyyat peyklərinin təsvirlərindən, müasir yüksək ayırdetməli peyk təsvirlərindən, foto və video materiallardan istifadə edilmiş və müasir metodoloji təhlillərlə ərazidə mövcud olan qəbiristanlıqlardan 200-nün monitorinqi həyata keçirilmişdir.

Müasir ciddi elmi əsaslara aparılmış, çılpaq faktlara söykənən 800 səhifəlik təqiqat əsəri erməni xislətinin, riyakarlığının bütün eybəcərliklərini dəlil-sübutlarla bir daha gün üzünə çıxarır.

Demək lazımdırmı ki, qəbiristanlıqlar mədəni və tarixi irsin əhəmiyyətli parçası kimi, cəmiyyətlərin tarixi, sosial strukturu, tapındığı dəyərlər, dini görüşləri, adət-ənənələrinin təqiqi və dərki üçün son dərəcə vacib, sakral məkanlardır. Bu məkanlar yalnızca dəfn yerləri deyil, eyni zamanda keçmiş haqqında, memarlıq üslubları, inanclar və sosial praktikalar barədə çeşidli bilgilər ehtiva edən mühüm mədəni irs obyektləridir. Qəbiristanlıqların məqsədli şəkildə dağıdılması beynəlxalq hüquqda, xüsusilə silahlı münaqişə və ya soyqırımı kontekstində baş verdikdə, insan hüquqlarının və beynəlxalq normaların ciddi şəkildə pozulması kimi qiymətləndirilir, belə hərəkətlər hərbi cinayət, humanitar hüququn pozulması və mədəni soyqırımı aktı kimi tanınır və ümid edirik ki, hazırda Ermənistan adlandırılan Qərbi Azərbaycanda tarixi-mədəni irsimizin, dini və memarlıq abidələrimizin dağıdılması, yer üzündə silinməsi kimi məqsədyönlü fəaliyyətə, genosid aktına beynəlxalq müstəvidə gec-tez hüquqi qiymət veriləcəkdir. 

Sözügedən kitab "mədəni, əzabkeş" erməni vandallarının hansı dünyagörüşünə, "əxlaqa və mənəviyyata" söykəndiyini göstərən əvəzsiz məxəzdir. Bir daha aydın olur ki, işğal dönəmində Qarabağda şəhər və kəndlərin yerlə-yeksan edilməsi, sakral məkanların, memarlıq abidələrinin vəhşicəsinə dağıdılması təkcə acgözlükdən, görməmişlikdən, başqasının mal-mülkünə tamah salıb yağmalamaq istəyindən irəli gəlmir, bu uzun tarixi keçmişə dayanan, ermənilərin başbilənləri tərəfindən hər zaman dəstəklənən məqsədyönlü fəaliyyətin tərkib hissəsidir.

Kitabda toplanmış, daha doğrusu, böyük zəhmət hesabına əldə edilmiş qandonduran faktlara laqeyd qalmaq mümkün deyil. Yuxarıda qeyd etdiyimiz kimi, hələlik Ermənistan Respublikası ərazisində Azərbaycan mədəni irsinin tərkib hissəsi olan 201 azərbaycanlı qəbiristanlığının peyk vasitəsi ilə həm tədqiqi, həm də monitorinqi həyata keçirilmişdir. Məlum olur ki, qəbiristanlıqların böyük əksəriyyəti ya tamamilə məhv edilib, ya da ağır formada dağıntılara, vandalizmə və yağmalanmaya məruz qalmışdır. Qabiristanlıqlar məhv edildikdən sonra onların torpaqlarını əkin-biçin yerlərinə çevirmiş, digər məqsədlərlə istifadə etməyə başlamış, hətta yerlərində erməni qəbiristanlıqları salmışlar. Qəbiristanlıqların bir çoxunun foto və video təsvirlərinin təhlili göstərir ki, mərmər və digər növ qiymətli daşdan olan baş və sinə daşları toplanaraq yenidən istifadə üçün gəlir mənbəyinə çevrilmişdir. Qəbiristanlıqlarda qalan digər ucuz hesab edilən daşlar isə vandalizmə məruz qalaraq, parçalanmış, üzərindəki yazıları və rəsmləri qaşınmış, zaman keçdikcə xaraba daş yığınları kimi müxtəlif hissələrə toplanmışdır. Bütün bunlar xüsusi təşkilatlanmış qruplar tərəfindən, dövlət qurumlarının gözü qarşısında, hətta onların dəstəyi ilə həyata keçirilmişdir...

Yuxarıda bu tədqiqat əsərinin əhəmiyyətini qeyd etdik: istər tarixi ədalətin bərpası, istərsə də beynəlxalq platformalarda ermənilərin iç üzünün açılması və özləri haqqında uydurduğu miflərə adekvat qiymət verilməsi baxımından.

Maraqlıdır ki, "QƏRBİ AZƏRBAYCAN İRSİ" tədqiqatlar seriyasının əsasən 5 hesabatdan ibarət olması nəzərdə tutulmuşdur. I, II, III hesabatlarda Qərbi Azərbaycanda Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılan azərbaycanlı qəbiristanlıqları, IV hesabatda Qərbi Azərbaycanda məhv edilən məscidlər, V hesabatda isə Qərbi Azərbaycanda dağıdılan və məhv edilən pirlər və türbələr haqqında məlumatlar öz əksini tapacaqdır. Məlumdur ki, XX yüzilliyin əvvəllərində İrəvan quberniyası torpaqlarında 310 məscid, tarixi memarlıq abidəsi mövcud olub. Sonradan bütün bu məbədlər, o cümlədən möhtəşəm Xan Sarayı və Sərdar məscidinin yer üzündən silinməsinə görə cavab verilməli, məsuliyyət müəyyənləşməlidir. Bu, xalqlarımızın bundan sonra dinc qonşuluq şəraitində yaşaya bilməsi üçün də vacibdir.

Müəlliflərə bütünlüklə layihənin uğurla başa çatdırmağı arzulayırıq, inanırıq ki, lazımi səviyyədə tərcümə edilib, beynəlxalq auditoriyaya təqdim ediləcəyi təqdirdə, bu tədqiqat əsərləri kifayət qədər anlamlı rezonans doğuracaqdır.

Etimad BAŞKEÇİD

Anar OSMANLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://525.az
archiveBu xəbər 21 İyul 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see201

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see185

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see175

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see130

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri