Yuri Boçarov: Prezident İlham Əliyevin liderlik modeli ölkədə intizamı, məsuliyyəti və quruculuq ruhunu formalaşdırır
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 25 dekabr, Səbinə Əlizadə, AZƏRTAC
Prezident İlham Əliyevin doğum gününü ənənəvi olaraq işğaldan azad edilmiş ərazilərdə – Xankəndidə və Ağdamda keçirməsi təkcə şəxsi xarakterli addım deyil, həm də dərin siyasi və dövlətçilik məzmunu daşıyan rəmzi hadisədir.
Bunu AZƏRTAC-a açıqlamasında israilli politoloq Yuri Boçarov bildirib.
Onun sözlərinə görə, dövlət başçısının bu günü azad olunmuş torpaqlarda – doğma yurdlarına qayıdan sakinlərlə birlikdə keçirməsi Azərbaycanın siyasi iradəsini, gələcəyə yönəlik strateji baxışını və milli məsuliyyət anlayışını aydın şəkildə nümayiş etdirir. “Bu seçim həm Azərbaycan cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan açıq mesajdır: azad edilmiş torpaqlar artıq keçmişin ağrılı xatirəsi deyil, ölkənin bu günü və gələcəyidir”, – deyə politoloq vurğulayıb.
Yuri Boçarov qeyd edib ki, Prezident İlham Əliyevin fəaliyyəti yalnız hərbi-siyasi qələbə ilə məhdudlaşmır. “44 günlük Vətən müharibəsində əldə olunan Zəfər Azərbaycanın tarixi ədalətinin bərpası idi. Lakin dövlət başçısının üzərinə düşən missiya bununla bitmir. Bu gün o, qalib sərkərdə olmaqla yanaşı, həm də qurucu lider kimi çıxış edir. Azad edilmiş ərazilərdə həyatın bərpası, infrastrukturun qurulması, sosial-iqtisadi inkişafın təmin edilməsi məhz bu mərhələnin əsas mahiyyətidir”, – deyə o əlavə edib.
Politoloqun fikrincə, Prezident İlham Əliyevin doğum gününü məhz Xankəndi və Ağdamda keçirməsi onun dövlət başçısı kimi məsuliyyət hissini, xalqa bağlılığını və xidmət fəlsəfəsini aydın şəkildə ortaya qoyur. “Bu, bir daha göstərir ki, Prezident üçün vəzifə formal status deyil, gündəlik əməli fəaliyyətdir. O, şəxsi həyatla dövlət maraqları arasında seçim qarşısında qaldıqda hər zaman ikinciyə üstünlük verir”, – deyə Yuri Boçarov bildirib.
Onun sözlərinə görə, bu yanaşma Azərbaycan cəmiyyətinə də mühüm mesaj verir: dövlətçilik məsuliyyəti hər bir vətəndaş üçün ali dəyər olmalıdır. Məhz bu liderlik modeli ölkədə intizamı, məsuliyyəti və quruculuq ruhunu formalaşdırır, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişini təmin edir və Azərbaycanın uzunmüddətli inkişafına möhkəm zəmin yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 25 Dekabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















