Icma.az
close
up
RU
Yuri Vernidub Qurban Qurbanovdan qisas ala biləcəkmi?

Yuri Vernidub Qurban Qurbanovdan qisas ala biləcəkmi?

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Aprelin 26-da keçirilən Azərbaycan derbisi “Neftçi”nin növbəti “Qarabağ” sınağında da faciəylə üzləşməsi ilə nəticələndi. Ancaq bu matç cari mövsümdə şahidlik etdiyimiz sonuncu duel deyil. Ona görə ki, bu gün daha bir Azərbaycan derbisi keçiriləcək. Söhbət ağdamlıların Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı görüşə daha yaxşı hazırlaşması məqsədilə təxirə salınan qarşılaşmadan gedir.

Yeri gəlmişkən, oyun həm “CBC Sport”un, həm də “İdman” TV-nin efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
2-ci dövrə, 21-ci turdan təxirə salınan oyun
30 aprel
Neftçi – Qarabağ

“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 50:+12=16-32, 45:71.
1992/93 – 1:1; 1993/94 – 1:1; 1994/95 – 3:2; 1995/96 – 2:2, 2:2**; 1996/97 – 0:0; 1997/98 – 1:1; 1998/99 – 0:0, 0:0; 1999/20 – 2:0; 2000/01 - +:-*; 2001/02 – 1:0; 2003/04 – 2:0; 2004/05 – 1:0; 2005/06 – 2:0; 2006/07 – 0:0; 2007/08 – 0:0; 2008/09 – 0:1; 2009/10 – 0:0, 0:0; 2010/11 – 1:1, 2:0; 2011/12 – 3:2, 2:1; 2012/13 – 0:1, 1:2; 2013/14 –0:0, 1:4; 2014/15 – 1:3, 0:1; 2015/16 – 1:0, 1:2; 2016/17 – 0:2, 1:2; 2017/18 – 1:3, 0:0; 2018/19 – 3:1, 2:3; 2019/20 – 0:0; 2020/21 – 0:6, 1:0; 2021/22 – 1:2, 1:2; 2022/23 – 0:4, 2:4; 2023/24 – 0:2, 1:4; 2024/25 – 0:3, 0:1; 2025/26 – 1:5.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
** - neytral meydanda keçirilib.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 20-30-50.
Bakı, “Palms Sports Arena”. Saat 20.00.
Zarafat deyil, “Neftçi” 18 oyundu “Qarabağ”a qalib gələ bilmir. Üstəlik “köhlən atlar” ardıcıl 11 matçda qələbə qazanıb. Deməli, “ağ-qaralar” ağdamlılarla bağlı ciddi kompleks yaşayır. Belə düşünmək üçün başqa əsaslar da var. Azı ona görə ki, Yuri Vernidubun rəhbərliyi altında meydana çıxan bakılılar srağagünə qədər 13 premyer-liqa matçında cəmi bir dəfə məğlubiyyətlə üzləşmişdi. Kəsəsi, azarkeşlər bu dəfə “Qarabağ”la bağlı tilsimin qırılacağına əvvəlkindən daha çox inanırdı. Ancaq Qurban Qurbanov həmkarına “ağ-qaralar”ın “sükanı arxasında” ən ağır məğlubiyyətini yaşatdı. İstənilən halda, daha bir şans var. Paytaxt təmsilçisi qısa müddətdə toparlanmağa nail olsa, ağdamlılardan qisas ala bilər. Yenə də “köhlən atlar”ın əzəli rəqibinə şans verəcəyinə inanmaq çətindi. Axı “Qarabağ”ın mövsümü titulsuz başa çatdıracağı böyük ölçüdə dəqiqləşsə də, Avropa Liqasına yollanmaq şansı qüvvədədi. Əlbəttə, son çempion bunun üçün “futbol ili”ni ikinci sırada tamamlamalı, “Sabah” yenə ölkə kubokunun qalibi olmalıdı. Göründüyü kimi, ağdamlıların da motivasiyalı olmaq üçün önəmli səbəbi var.
Ümumiyyətlə, komandalar indiyə qədər 101 dəfə qarşılaşıb. Bunların 23-də “Neftçi”, 47-də “Qarabağ” qələbə qazanıb, 31-də qalib müəyyənləşməyib. Topların nisbətində “köhlən atlar” öndədi – 147:85.
1. Sabah 29 22 6 1 69-21 72
2. Qarabağ 28 18 5 5 60-19 59
3. Turan Tovuz 29 16 8 5 39-20 56
4. Zirə 29 11 13 5 38:32 46
5. Neftçi 28 11 11 6 46-30 44
6. Araz-Naxçıvan 29 11 7 11 38-53 40
7. Sumqayıt 29 11 5 13 38-40 38
8. Şamaxı 29 8 11 10 27-29 35
9. İmişli 29 6 11 12 21-39 29
10. Kəpəz 29 6 3 20 22-57 21
11. Qəbələ 29 5 5 19 26-45 20
12. Karvan-Yevlax 29 3 5 21 21-59 14
Bombardir: Coy-Lens Mikels (Sabah) – 18.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Aprel 2026 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri