Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Yusif ibn Küseyir türbəsi “Atababa günbəzi”

Yusif ibn Küseyir türbəsi “Atababa günbəzi”

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

863 ilin yadigarının 1891-ci ilə aid illüstrasiyası

Bu türbə Naxçıvan–Marağa memarlıq  məktəbinin və ümumilikdə Azərbaycan memarlığının ən gözəl nümunələrindən biridir. Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr Naxçıvani tərəfindən Naxçıvan şəhərinin cənub-şərq tərəfində 1162-ci ildə inşa edilən Yusif ibn Küseyir türbəsi (Yusif Küseyr oğlu türbəsi) el arasında “Atababa günbəzi” kimi də tanınır. 

Abidə yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir. Daxildən və xaricdən səkkizguşəli formada ucaldılan türbə piramida şəkilli günbəzlə örtülüb. Naxçıvanın türk-islam mədəniyyətinin ən dəyərli nümunələrindən sayılan Yusif Küseyr oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində yeganə abidədir ki, üst piramida örtüyü günümüzə salamat vəziyyətdə gəlib çatıb.

Yusif ibn Küseyir türbəsi haqqında çox yazılıb, çox danışılıb. Lakin bu abidənin elmi və vizual ömründə xüsusi bir səhifə var ki, həm ictimaiyyət, həm də akademik mühit üçün uzun müddət qapalı qalıb. Bəs qaranlıq qalan məqam nədir və niyə ictimaiyyətə açılmasında maneələr olub?

Bu suala Naxçıvan Dövlət Universitetinin Ümumi hüquq kafedrasının müəllimi Yunis Xəlilov aydınlıq gətirir. Yunis müəllim XQ-yə açıqlamasında bildirdi ki, söhbət türbənin indiyə qədər məlum olan ən erkən vizual təsvirlərindən biri – 1891-ci ildə Tiflisdə erməni dilində nəşr olunan “Taraz” (“Տարազ”) jurnalında dərc edilmiş sinkoqravür illüstrasiyasından gedir. Bu təsvir təkcə Azərbaycan memarlıq tarixi baxımından deyil, XIX əsrin sonlarında Qafqazın mədəni mənzərəsini öyrənmək üçün də qiymətli vizual mənbədir: “Taraz” jurnalı 1890-cı ildən Tiflisdə Tiqran Nazaryanın redaktorluğu ilə nəşr olunub. Bədii-ədəbi və publisistik xarakter daşıyan illüstrasiyalı jurnal Qafqazın şəhərləri, abidələri və etnoqrafiyasına dair nadir vizual materiallar dərc edib. 1891-ci il 24 fevral tarixli (II il, №8) sayında jurnal “Köhnə Naxçıvan yaxınlığında ərəb məzarı” (“Արաբական գերեզման Հին Նախիջեւան մօտ”) başlığı ilə Yusif ibn Küseyir türbəsinin qara-ağ təsvirini oxuculara təqdim edib.

Təəssüf ki, həmin dövrdə jurnalın bir çox nömrələrində Azərbaycan şəhərləri və abidələri haqqında vizual materiallar təqdim edilsə də, onlar tez-tez “ərəb” və ya “fars” abidələri kimi yad ünsürlər qismində təqdim olunurdu. XIX əsrin sonlarında Qafqazda nəşr olunan erməni və rusdilli mətbuatda islam memarlığına belə təhrifedici yanaşma geniş yayılmışdı.

Bu baxımdan, Yusif ibn Küseyir türbəsinin “ərəb məzarı” kimi təqdim edilməsi yanlışdır. Birmənalı şəkildə məlumdur ki, bu türbə XII əsrdə Naxçıvanda fəaliyyət göstərmiş görkəmli memar Əcəmi Naxçıvaninin memarlıq məktəbinə aiddir. Onun həm memarlıq üslubu, həm də kufi xətti ilə yazılmış epiqrafik kitabələri bu abidənin yerli Azərbaycan şəhər-mədəni mühitinin məhsulu olduğunu təsdiqləyir. Eləcə də, Yusif ibn Küseyir ərəb yox, Naxçıvanda yaşamış müsəlman azərbaycanlı şəxsiyyətlərdən biri olub. Bu isə mübahisə doğurmayan elmi faktdır”.

Y.Xəlilov onu da vurğuladı ki, bu cür təqdimat abidəni öz milli-tarixi kontekstindən ayırır, yanlış etnik-mədəni identifikasiya yaradır və tarixi yaddaşımıza zərər vurur: “Gəlin abidənin həmin illüstrasiyasına nəzər salaq. O dövrdə fotoqrafik texnologiyaların geniş yayılmadığını nəzərə alsaq, bu təsvir fotoəsaslı gravür texnikasında hazırlanmış vizual sənəd hesab oluna bilər. Türbənin səkkizbucaqlı gövdəsi, kərpic üzlüyü və kufi yazı zolağı qara-ağ illüstrasiyada kifayət qədər dəqiq təsvir olunub. Bu nadir təsvir uzun müddət yalnız Ermənistan Milli Kitabxanasının arxiv fondlarında qorunaraq ictimaiyyət və Azərbaycan tədqiqatçıları üçün əlçatmaz olub. Yalnız 2022-ci ildə “Taraz” jurnalının bu buraxılışı rəqəmsallaşdırılıb elektron fonda daxil edildikdən sonra görüntü “Wikimedia Commons” platformasında yayımlandı. Bu isə onu elmi dövriyyəyə daxil etmək üçün mühüm imkan yaratdı”.

Naxçıvan Dövlət Universitetinin müəllimi təəssüf hissi ilə bildirdi ki, bu görüntü indiyə qədər nə Azərbaycan memarlıq ədəbiyyatında geniş şəkildə yer alıb, nə də türbənin “ərəb məzarı” kimi təqdim olunması cəhdi tənqidə məruz qalıb: “Hətta illüstrasiyanın özünün elmi tədqiqata cəlb olunmaması da diqqətdən yayınmamalıdır. Azərbaycan elmi mühitində bu görüntü haqqında ilk qeydə 1980-ci illərdə Kövsər Tarverdiyevanın “Azərbaycan mədəniyyəti erməni dövri mətbuatında (1850–1920)” adlı araşdırmasında rast gəlirik. Tədqiqatçı həmin jurnalda Azərbaycan memarlığına dair illüstrasiyaların mövcudluğunu qeyd etsə də, nə həmin şəkli dərc edib, nə də onu ayrıca vizual mənbə kimi təhlil edib. Bu isə çox güman ki, o dövrdə arxiv materiallarına çıxışın və çap imkanlarının məhdudluğu ilə bağlı olub. 

Bəs bu illüstrasiya niyə bu gün də “gözəgörünməz” qalır? Səbəblər bir neçədir: birincisi, “Taraz” jurnalının erməni dilində olması və bu sahə üzrə azərbaycanlı tədqiqatçıların azlığıdır. İkincisi, görüntünün gravür texnikasında hazırlanması, onun fotoqrafik dəqiqlikdə olmaması və bəzi detalların aydın görünməməsidir. Üçüncüsü, Azərbaycan memarlıq ədəbiyyatında inert (passiv) elmi ənənənin mövcudluğudur – bu illüstrasiyaya klassik ədəbiyyatda yer verilməyib, yeni nəşrlər də bu boşluğu doldurmayıb. Bu təsvir yalnız memarlıq tarixçiləri üçün deyil, vizual mədəniyyət və media tarixini araşdıranlar üçün də əvəzsiz qaynaqdır. Həm abidənin erkən vizual təqdimatı baxımından, həm də XIX əsr mətbuatının abidələrə yanaşması kontekstində olduqca vacibdir”.

Sonda onu da qeyd edək ki, bu görüntü artıq rəqəmsal formada açıq şəkildə əldə edilə bilər və Azərbaycan memarlıq ədəbiyyatında, xüsusilə Yusif ibn Küseyir türbəsinə dair araşdırmalarda öz layiqli yerini tutmalıdır.

Gələcəkdə “Taraz” kimi nəşrlərdə yer alan bütün Azərbaycan abidələrinə aid illüstrasiyalar sistemli şəkildə toplanmalı, transliterasiya olunmalı və elmi dövriyyəyə daxil edilməlidir. Bu, həm tarixi ədalətin bərpası, həm də milli yaddaşımızın vizual arxivinin yenidən qurulması baxımından böyük ictimai və elmi əhəmiyyət daşıyır.

Azər MUSTAFAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Avqust 2025 06:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see294

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see278

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see273

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see239

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see226

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see218

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see212

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see210

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see202

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see201

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see199

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see195

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see192

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see187

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see182

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see179

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see178

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see178

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see165

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri