Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Yuxuda dənizdə üzmək nə deməkdir?

Yuxuda dənizdə üzmək nə deməkdir?

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yuxuda dənizdə üzdüyünü görmək, insanın həyatda qarşılaşdığı çətinliklərin öhdəsindən gələcəyinə, istək və arzularının gerçəkləşəcəyinə, daha sakit və rahat bir dövrə qədəm qoyacağına işarə edir.

Bu cür yuxular həm də yuxu sahibinin içindəki cəsarəti, qətiyyətli iradəsini və mübarizə əzmini təmsil edir. Dənizdə üzmək həyatın dərinliklərinə baş vurmaq, məqsədinə doğru irəliləmək deməkdir. Bu yuxu həm fiziki, həm də ruhi inkişafı ifadə edə bilər.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də dənizdə üzməkdir.

Bəs, yuxuda dənizdə üzdüyünü görmək hansı mənaya gəlir? 

Lent.az yuxuda dənizdə üzdüyünü görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:

Yuxuda dənizdə üzmək nədir?

Yuxuda sadəcə üzmək, yəni dəniz, göl və ya hər hansı suda üzdüyünü görmək, yuxu sahibinin istənilən sahədə uğur əldə edə biləcək potensiala malik biri olduğuna işarədir.

Bu şəxs həyatda qarşısına çıxan maneələrə asanlıqla sinə gərə bilir və əzmi sayəsində böyük nailiyyətlər qazanır. Həmçinin bu cür yuxular yeni insanlar tanımaq, yeni məkanlar kəşf etmək, səyahətə çıxmaq, təhsil almaq və sosial mövqedə yüksəlmək kimi arzuların və bu arzulara çatmaq üçün olan motivasiyanın göstəricisidir. Ümumilikdə, yuxuda üzmək çox vaxt uğur, inkişaf və gələcəyə inam mənasına gəlir.

 Yuxuda dalğalı dənizdə üzmək nədir?

Dalğalı dənizdə üzmək həyatın sabit və rahat bir şəkildə irəliləmədiyini, zaman-zaman çətinliklərin və gözlənilməz hadisələrin ortaya çıxdığını göstərir.

Bu yuxu, yuxu sahibinin, xüsusilə iş həyatında, sanki böyük dalğalarla mübarizə apardığı kimi, müxtəlif böhranlarla qarşılaşacağını bildirir. İnsan bu vəziyyətlərdən çıxmaq üçün yollar axtarır və daxili narahatlıq içindədir. Bu yuxu həm də gələcəkdə davamlı və əzmli mübarizə aparmalı olacağını, rahatlıqdan əvvəl zəhmət dövrü keçəcəyini bildirir.

Yuxuda təmiz və aydın dənizdə üzmək nədir?

Əgər yuxuda dəniz suyu təmiz və şəffafdırsa və bu suda üzülürsənsə, bu, yuxu sahibinin daxili dünyasının təmiz, niyyətlərinin saf və halallıq üzərində qurulduğunu göstərir. Bu şəxs ailəsinə, qohumlarına və dostlarına qarşı xoşniyyətlidir, insanlara yardım etməkdən çəkinməz.

Bu yuxu, yaxşı niyyətlə atılan addımların qarşılığında həm maddi, həm də mənəvi baxımdan qazanc əldə olunacağına dəlalət edir. Həmçinin yeni insanlarla tanış olmaq, onlardan dəstək görmək və arzuların gerçəkləşməsi anlamına gəlir. Bu rüya – "zəhmət varsa, bərəkət də olacaq" fikrini əks etdirir.

Yuxuda dənizin dərinliyində, su altında üzmək nədir?

Bu yuxu, daha çox həyatın çətin və bilinməyən yönləri ilə qarşılaşmağa, lakin bu çətinliklərə qarşı halal və dürüst yolla mübarizə aparmağa işarə edir. Su altında üzmək həm də daxili duyğuların, bəzən də sıxıntıların simvoludur.

Yuxu sahibi halallıqla, öz alın tərilə qazanc əldə edəcək, amma bu yolda müəyyən kədərli anlar və çətinliklər də yaşaya bilər. Bəzən bu yuxu insanın qarşısına çıxacaq maddi riskləri, ailə və ya iş həyatındakı yükü ifadə edir.

Yuxuda dənizdə arxası üstə üzmək nədir?

Arxası üstə üzüb göyə baxmaq – daxili sakitlik, ruhi rahatlıq, Allahla bağ qurmaq və özünü axına buraxmaqla bağlı simvolik məna daşıyır. Bu yuxu həm də bərəkət, ruzi və yaxşı xəbərlərlə qarşılaşmağa işarədir.

Yuxu sahibinin çalışqanlığı nəticəsində həyatında gözəl dəyişikliklər baş verəcək, qazanc artacaq və xoş hadisələr baş verəcək. Eyni zamanda, bu yuxu sahibinin gözəl əxlaq sahibi olduğunu və insanlara qarşı ədalətli, mərhəmətli biri olduğunu göstərə bilər.
Yuxuda yosunlu dənizdə üzmək  nədir?

Yosunlu və bulanıq su həm fiziki, həm də psixoloji maneələri təmsil edir. Bu yuxu, yaşanan problemlərin asanlıqla keçməyəcəyinə, bəzi çətinliklərin uzunmüddətli ola biləcəyinə işarədir.

Həyatda qarşılaşılacaq ağır, yorucu dövrlər, maddi və mənəvi yorğunluq və uzun sürən çətinliklər bu rüyanın əsas mövzusudur. Eyni zamanda yoxsulluq və ümidsizlik hissləri də bu yuxu ilə əlaqələndirilə bilər.

Yuxuda palçıqlı dənizdə üzmək nədir?

Bu yuxu ilk baxışda mənfi kimi görünsə də, əslində müsbət yozulur. Palçıqlı suda üzmək – yuxu sahibinin bir müddət sıxıntı çəkəcəyini, lakin bu çətinliklərə sinə gərərək sonunda rahatlığa və sevinclərə qovuşacağını göstərir. Əgər yuxu sahibi dövlət qulluqçusudursa, bu rüya onun qısa müddətli çətinliklərdən sonra vəzifədə yüksələcəyinə və daha yaxşı vəziyyətə gələcəyinə işarədir.

Yuxuda açıq dənizdə üzmək nədir?

Açıq və geniş dənizdə üzmək – insanın qarşısında geniş imkanlar və açıq yollar olduğunu göstərir. Bu yuxu, uğur, müvəffəqiyyət, ailə içində sülh və maddi rahatlıq deməkdir.

Yuxu sahibi həyatın bütün sahələrində əhəmiyyətli uğurlar əldə edə bilər. Gözlənilməz müjdələr, yeni fürsətlər və sevindirici hadisələr bu yuxunun içində gizlidir.

Yuxuda suda üzmək – halal qazanca və vəzifə artımına işarədir. Suyun bulanıq olması – haram qazanc və ya qarışıqlıq mənasına gələ bilər. Suda batıb sonra çıxmaq kədər və sıxıntıdan qurtulmaq deməkdir. 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:353
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 İyul 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see960

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see421

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see375

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see358

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see284

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see268

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see257

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see221

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see219

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see212

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see210

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see191

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see173

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri