Icma.az
close
up
RU
Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi

Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tarixdən əvvəlki dövrə aid məbədləri, möhkəmləndirilmiş şəhərləri, firuzəyi suları və mənzərəli qayalıqları ilə Malta kiçik ərazidə zəngin görməli məkanları birləşdirir. Üstəlik, oktyabr ayında belə burada havanın temperaturu dənizdə üzməyə və çimərlikdə günəşlənməyə imkan verir. Bu səbəbdən Malta yayın son günlərini yaşamaq istəyənlər üçün ideal istiqamət hesab olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Pro TV" yazıb.

Maltada səyahət zamanı görməli çoxsaylı turistik məkanlar var. Adanı bir ucundan digərinə, xüsusilə səfər yoldaşlarının avtomobillərini paylaşmağa imkan verən xidmətlərdən istifadə etməklə, cəmi 30 dəqiqəyə keçmək mümkündür. Belə səfərin qiyməti təxminən 20-30 avro, yəni 950-1420 qrivna təşkil edir.

Nələri görmək lazımdır?

Valletta - 1566-cı ildə əsası qoyulan Valletta dünyada mədəni irs abidələrinin ən yüksək sıxlığa malik paytaxtlarından biridir. YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş bu möhkəmləndirilmiş şəhəri piyada tam gəzmək mümkündür.

Müqəddəs İohann kilsəsi Vallettanın ən təsirli görməli yerlərindən biridir. 1573-1578-ci illər arasında inşa edilən binanın təmkinli fasadı içəridəki zəngin dekorasiyanı əks etdirmir. Divarlar və tavan rəsmlər, qızıl işləmələr və barokko üslubunda heykəllərlə bəzədilib. Döşəmədə isə Malta Müqəddəs İohann ordeninin cəngavərlərinə məxsus 400-dən çox müxtəlif rəngli mərmər məzar daşı var.

Yuxarı Barrakka bağlarından Vallettaya möhtəşəm mənzərə açılır. Hündürlükdə yerləşən bu terrasdan Böyük limana və "Üç şəhər"ə panoramaya baxmaq mümkündür. Hər gün günorta saat 12:00-da və 16:00-da aşağıdakı meydançada yerləşən "Salam batareyası"ndan top atılır. Bu ritualın tarixi XIX əsrə gedib çıxır.

Mdina - Adanın mərkəzində təpə üzərində yerləşən Mdina Maltanın keçmiş paytaxtıdır. "Sükut şəhəri" adlandırılan bu yaşayış məntəqəsi sakit və zamansız ab-havasını qoruyub saxlayıb. Nəhəng divarların arxasında dar küçələr qızılı rəngli əhəngdaşından tikilmiş sarayların və sadə kilsələrin arasından keçir. Burada 300-dən az insan yaşayır.

"Taxt oyunları" serialının bəzi səhnələri də məhz burada çəkilib və bu, şəhərin populyarlığını daha da artırıb.

"Üç şəhər" - Vittoriosa (Birqu), Senqlea (İsla) və Kospikua (Bormla) Vallettanın qarşı tərəfində, Böyük limanın digər sahilində yerləşən tarixi ansamblı təşkil edir.

Bu şəhərlər Maltanın paytaxtından daha qədimdir və 1530-cu ildən etibarən Müqəddəs İohann ordeninin cəngavərlərinin Maltadakı ilk məskənləri olub. Vallettadan ənənəvi Malta su taksisi "dqaysa" ilə keçmək həmin əraziyə çatmağın maraqlı yollarından biridir. Gedişin qiyməti cəmi 3 avrodur.

Komino - Komino Malta arxipelaqının məskunlaşan üç adasının ən kiçiyidir. Malta ilə Qozo arasında yerləşən ada demək olar ki, yaşayışsızdır. Burada avtomobillər və asfalt yollar yoxdur.

Ada xüsusilə Maltanın ən çox fotoşəkil çəkilən təbiət məkanı olan Mavi laqunu ilə məşhurdur. Firuzəyi, demək olar ki, şəffaf sulara malik laqun qayalar və kiçik Kominotto adası ilə əhatələnib.

Müqəddəs Pyotr hovuzu - Maltanın cənub-şərqində, Marşaxlok yaxınlığında yerləşən Müqəddəs Pyotr hovuzu əhəngdaşı qayasında təbii şəkildə formalaşmış hovuzdur. Buradakı su tünd mavi rəngə malikdir. Hovuzun ətrafındakı düz qayalar günəş vannası qəbul etmək üçün əlverişlidir. Daha cəsarətli turistlər isə qaya platformalarından birbaşa suya tullanırlar.

Qozo adasındakı duz vannaları - Qozo adasının şimal sahilində, Xvejni körfəzində yerləşən duz vannaları sahil qayasına oyulmuş həndəsi mənzərə yaradır. Roma dövründən istifadə olunan bu duz hovuzlarında bu gün də duz istehsal edilir. Bəzi ailələr xüsusilə iyun-sentyabr aylarında dəniz duzunu əl ilə çıxarmağa davam edir.

Mavi mağara - Maltanın cənub sahilində yerləşən Mavi mağara yalnız ənənəvi qayıqla çatmaq mümkün olan bir sıra dəniz mağaralarından ibarətdir. Qumlu dibdən əks olunan işıq suya müxtəlif tünd mavi çalarlar verir.

Qayıqla gəzintilər təxminən 25 dəqiqə davam edir və Vied-iz-Zurrikdəki kiçik limandan başlayır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Oktyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri