Icma.az
close
up
RU
Yuxularımızın sirri açıldı Belə formalaşırmış

Yuxularımızın sirri açıldı Belə formalaşırmış

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yuxuların tamamilə təsadüfi və xaotik olduğu düşüncəsi yeni elmi araşdırma ilə yenidən sual altına alınıb. Alimlər 3700-dən çox yuxu hesabatını təhlil edərək, yuxuların məzmununu formalaşdıran əsas faktorları müəyyən etməyə çalışıblar.

“Qafqazinfo” xəbər verir ki, araşdırmaya görə, yuxular nə yalnız təsadüfi görüntülər, nə də sadəcə gündəlik hadisələrin sadə təkrarıdır.

Əksinə, onlar insanın şəxsiyyət xüsusiyyətləri və real həyatda yaşadığı təcrübələrin birləşməsi ilə formalaşır.

İtaliyada yerləşən “Lucca İMT” Qabaqcıl Tədqiqatlar Məktəbi tərəfindən aparılan tədqiqat nəticələri “Communications Psychology” jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində 18-70 yaş arası 287 iştirakçı iki həftə ərzində yuxularını və gündəlik təcrübələrini qeydə alıb. Ümumilikdə 3700-dən çox yuxu hesabatı toplanaraq təhlil edilib.

Araşdırmada süni intellekt əsaslı Təbii Dil Emalı (NLP) texnologiyasından istifadə edilərək, iştirakçıların yuxu təsvirləri ilə gündəlik həyatları arasında əlaqələr araşdırılıb.

Nəticələr göstərib ki, yuxular insanın psixoloji vəziyyəti və idrak xüsusiyyətləri ilə sıx bağlıdır. Gün ərzində düşüncələri tez-tez dəyişən və diqqəti dağınıq olan şəxslər daha xaotik yuxular gördüklərini bildiriblər. Daha stabil düşüncə tərzinə sahib olan insanlar isə daha ardıcıl və mənalı yuxular təsvir ediblər.

Araşdırma həmçinin göstərib ki, xarici hadisələr də yuxulara təsir edir. Məsələn, COVID-19 pandemiyası dövründə yuxularda məhdudiyyət və təcrid mövzuları daha çox müşahidə olunub.

Alimlər qeyd ediblər ki, yuxular real həyatı olduğu kimi təkrarlamır, əksinə, onu dəyişdirərək yeni, bəzən sürreal ssenarilər yaradır. İş yerləri, məktəblər və xəstəxanalar kimi tanış məkanlar yuxularda fərqli kontekstlərdə ortaya çıxır.

“Yuxular sadəcə keçmiş təcrübələrin əksi deyil, kim olduğumuz və nələr yaşadığımızla formalaşan dinamik bir prosesdir”, - tədqiqatın aparıcı müəllifi Valentina Els bildirib.

Araşdırma göstərir ki, yuxular həm daxili psixoloji xüsusiyyətlər, həm də xarici mühit amillərinin təsiri ilə formalaşır. Bu isə yuxuların düşündüyümüzdən daha sistemli və strukturlaşdırılmış ola biləcəyini ortaya qoyur.

Alimlər hesab edirlər ki, süni intellekt texnologiyaları gələcəkdə yuxuların və insan şüurunun daha dərindən öyrənilməsinə imkan verə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Aprel 2026 05:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri