Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Yuxuların sirri: Gördüklərimiz nədən xəbər verir?

Yuxuların sirri: Gördüklərimiz nədən xəbər verir?

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Demək olar ki, hər kəsin müəyyən tezliklərdə cavabını soruşduğu yuxu mövzusu son dərəcə dərin dənizdir. Bu videoda bəşəriyyətin varlığından bəri araşdırılan, lakin qəti bir cavab tapılmayan yuxuların nə olduğu və niyə görüldüyü haqqında fikir əldə edə biləcəksiniz. Əgər hazırsınızsa, gəlin bu sirri araşdırmağa başlayaq.

Ümumiyyətlə yuxu nədir?

Bəzən yuxumuzda şirəli alma, bəzən qəzəbli öküz, bəzən dibsiz zülmət, bəzən də ucsuz-bucaqsız meşə görürük. Bütün bu görüntülər sadəcə beynimizin hiyləsidir? Yuxular yuxu zamanı şüuraltının təsiri altında baş verən vizual, eşitmə və emosional təcrübələr olaraq izah edilir. Yuxu zamanı beyin hələ də aktiv işləyir. 

Yuxuların qəti elmi izahı olmasa da, tədqiqatlar beyin fəaliyyəti, emosional emal və yaddaşın möhkəmlənməsi kimi proseslərlə əlaqəli olduğunu göstərir. Yuxuların mənası və təfsiri psixologiyada və müxtəlif mədəniyyətlərdə fərqlidir və hər kəsin yuxuları xüsusi olaraq öz həyatı və şəxsiyyəti üçün şərh edilməlidir.

Bəs biz niyə yuxu görürük?

Bu sualın dəqiq cavabı hələ ki yoxdur. Lakin alimlər və tədqiqatçılar yuxu görməyin iki əsas səbəbi ola biləcəyini düşünürlər. Bunlardan biri belə izah olunur:

Şüuraltı: Bu, insanın özü fərqində olmasa da beynində baş verən və hisslərinə, düşüncələrinə təsir edən proseslərdir. Alimlərin fikrincə, biz yuxuda gün ərzində yaşadığımız hadisələri, hiss etdiklərimizi və düşündüklərimizi “şüuraltı” şəkildə yenidən yaşayırıq. Yəni, bəzən yuxularla gün ərzində başımıza gələn hadisələr və ya hiss etdiklərimiz arasında gizli bir əlaqə olur. Bu da yuxunun beynimizdə həmin təcrübələri emal etməsinin bir yolu ola bilər.

Beyin Aktivliyi: Yuxuların yaranma səbəblərindən biri də beynin fəaliyyətidir. İnsan yuxuda olsa da, beyin tamamilə dayanmaz – o, müxtəlif funksiyalarını davam etdirir və müxtəlif dalğalarla işləyir. Yuxu zamanı beyin, gündəlik həyatda yaşadığımız hadisələri və hissləri “emal edir”, yəni onları təkrar nəzərdən keçirir və nizamlayır. Bu zaman şüuraltımızda olan düşüncələr, emosiyalar və xatirələr yuxu şəklində üzə çıxa bilər. Bəzən yuxular, insanın içində yaşadığı qorxu, narahatlıq, xoşbəxtlik və ya stress kimi hissləri simvolik şəkildə əks etdirir. Bu da bizim emosional tarazlığımızı qorumağa və stresin öhdəsindən gəlməyə kömək edir.

Bununla yanaşı, yuxular yaradıcılıqla da sıx bağlıdır. Bir çox məşhur sənətkarlar, musiqiçilər və alimlər ideyalarını yuxuda aldıqlarını bildiriblər. Məsələn, Dmitri Mendeleyev dövri elementlər cədvəlini yuxuda gördüyünü qeyd etmişdi.

Yuxular haqqında bəzi elmi faktlar da var.

1.Yuxuların böyük hissəsini unuduruq. İnsanlar yuxularının təxminən 50 faizini oyandıqdan 5 dəqiqə sonra, 90 faizini isə 10 dəqiqə ərzində unudur.

2.Görmə məhdudiyyətli insanlar da yuxu görür. Sonradan görmə qabiliyyətini itirən şəxslər vizual obrazları xatırlaya bilər. Anadangəlmə görmə əngəlli insanlar isə səs, toxunma və duyğular vasitəsilə yuxu görürlər.

3.Yuxularımızda yalnız tanıdığımız üzləri görürük. Beyin yeni üzlər yaratmır, biz yuxularımızda real həyatda gördüyümüz, bəzən isə xatırlamadığımız insan simalarını görürük.

4.Yuxuların hamısı rəngli olmur. İnsanların bir hissəsi yuxularını yalnız ağ-qara görür. Bu göstərici illər keçdikcə dəyişib və rəngli televiziyanın yayılması ilə rəngli yuxular artıb.

5.Gecə boyunca bir neçə dəfə yuxu görürük. Orta hesabla hər gecə 4-dən 7-yə qədər yuxu görmək mümkündür və bu, ümumilikdə 1-2 saat çəkə bilər.

6.Heyvanlar da yuxu görür. Araşdırmalar sübut edir ki, bəzi heyvanlar da insanlar kimi yuxu mərhələlərindən keçir. 

7.Kişi və qadınların yuxuları fərqlənir. Kişilər daha çox kişi obrazları, qadınlar isə həm kişi, həm də qadın obrazları görür. Kişilərdə daha çox aqressiv duyğular müşahidə olunur.

8.Xoruldamaq yuxu görməyə mane ola bilər. Elmi tam sübut olmasa da, bəzi araşdırmalar xoruldayan insanların daha az yuxu gördüyünü iddia edir.

9.REM mərhələsi – dərin yuxu mərhələsidir. Sürətli Göz Hərəkəti yəni, REM yuxunun standart mərhələsidir, bu müddət ərzində gözlər sürətlə hərəkət edir. REM yuxusu yeniyetmələrdə bütün yuxunun 20-25 faizini əhatə edir ki, bu da bir gecənin 90-120 dəqiqəlik yuxusuna bərabərdir. REM yuxusu zamanı bədən yuxuda hərəkət etsə də, realda heç bir hərəkət olmur, buna görə də bədən müvəqqəti “yuxu iflici” vəziyyətinə keçir. Yuxudan qorxu içində oyanmaq – xüsusilə də ürək döyüntüsü, tərləmə və ya nəfəs darlığı ilə – şüuraltında yığılan gərginliyin artıq bədəninizə də təsir etdiyini göstərir. Bu hal bəzən stress, narahatlıq, ya da keçmişdə yaşanmış travmaların hələ də təsir etməsi ilə bağlı olur. 

10.Alimlər arasında gördüyümüz yuxuların 6 saniyə çəkdiyini deyənlər olsa da, bunun 10-25 dəqiqə davam etdiyini söyləyənlər də var.

Məlum olur ki, yuxular emosional və psixoloji dünyamızda əvəzsiz yer tutur. Onlar bəzən ilham mənbəyi çıxış edir. Bəlkə də bu səbəbdəndir ki, yuxular həm insan ruhunun güzgüsü, həm də şüur aləminin ən sirli pəncərələrindən biri olaraq qalır. Və hər gecə yuxular vasitəsilə biz, öz daxili dünyamızla səssiz, amma bir o qədər də mənalı dialoqa giririk.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Aprel 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri