Icma.az
close
up
RU
Yuxuların psixoloji izahı

Yuxuların psixoloji izahı

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Röyalar psixologiyada, şəxsin yuxuda olan zaman yaşadığı hər cür görüntü, duyğu və düşüncə olaraq izah olunur.

Niyə yuxu görürük və necə yuxu gördüyümüz mövzusunda hələ dəqiq bir elmi sübut olmasa da bu mövzuda bir çox önəmli fikirlər var.

Tanınmış avstriya alimi psixoanalizin müəllifi Ziqmund Freydin röya haqqındakı düşüncələri də psixologiyada çox vacib yerlərdən birini tutur. Freyd, röyaların məzmununun arzuladığımız şeylərlə əlaqəli olduğuna və röyalarımızın şüuraltından gələn düşüncə, davranış və arzularla ortaya çıxdığına inanırdı.

Ziqmund Freydə görə röyalarda ən çox rast gəlinən mövzular aşağıdakılardır. Freyd onların mənasını öz yanaşması ilə belə izah edirdi:

1. Hazırlaşmadığınız bir imtahana girmək

Bu tip röya onu görən şəxsin birbaşa özü ilə əlaqəlidi. Məsələn: bir aktyor, sözlərini xatırlamadığı ya da ssenaridəki yazıları oxuya bilmədiyini yuxuda görə bilər. Bu növ röyalar insanın özünü müdafiəsiz hiss etməsi ilə əlaqəlidir.

2. İnsanların çox olduqları məkanlarda uyğun olmayan bir geyimdə gəzmək

Bu tip röyalar utancaqlıq və ya kövrəklik hissləriylə əlaqəlidir.

3. Röyada kimisə qovmaq və ya kiminsə sizi qovması

Bu tip röyalar adətən uşaqlarda tez-tez rast gəlinir. Balaca olduqları üçün kimlərinsə onları incidəcəyindən qorxduqları üçün belə röyalar görə bilərlər. Böyüklərdə isə bu röyalar, röyanı görənin stress altında olduğuna bir işarədir.

4. Yıxılmaq

Yıxılmaq, hazırki vəziyyətinizdən hədsiz dərəcədə bezmiş olduğunuzu, yorulduğunuzu və artıq nəzarət etməyə çətinlik çəkdiyinizi ifadə edir.

5. Yolda itmək

Bu tip röya, adətən şəxsin bir şeylər əldə etməyə ya da bir yol tapmağa çalışdığını və bunu necə edəcəyindən əmin olmadığını izah edir.

6. Bir dişini itirmək

Bu röya, bir münasibətdə duyulmadığını və ya görülmədiyini hiss etməyi ya da qəzəb duyğularını ifadə edər.

7. Təbii fəlakətlər

Bu röya, şəxsi problemlərdən çox yorulmuş olmağı və hadisələrin artıq nəzarətdən çıxdığı duyğusunu ifadə edər.

8. Uçmaq

Hansısa bir vəziyyətdən qurtulmaq, qaçmaq, azad olmaq arzularının ifadəsidir.

9. Ölmək ya da yaralanmaq

Bu röya, röyanı görən şəxsin həyatında artıq yaxşı olmayan və sona yaxınlaşan bir şəxsi münasibətin olduğunu ifadə edər.

10. Maşının idarəsini itirmək

Bu tip bir röya, stress və ya qorxu içində olduğunuza bir işarədir.

P.S: Biz yatan zaman yuxuda oluruq. Yuxu zamanı gördüklərimiz isə röya adlanır.Yəni bizim öyrəşdiyimiz və çox işlətdiyimiz “yuxu görmək” termini əslində “röya görmək”di. Ona görə də məqaləni yazarkən bu termindən istifadə etdim.

Cəmalə Əlirzayeva

Həkim-pediatr, psixoterapevt

pcc.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see287

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see267

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see248

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see248

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see239

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see238

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see224

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see219

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see207

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see202

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see201

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see196

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see191

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see191

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see185

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see182

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see180

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri