Icma.az
close
up
RU
Yuxunun müddəti, yoxsa keyfiyyəti daha vacibdir?

Yuxunun müddəti, yoxsa keyfiyyəti daha vacibdir?

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Yuxu fiziki və zehni sağlamlığımız üçün həyati əhəmiyyət daşıyır. Lakin mütəxəssislər bildirirlər ki, vacib olan yalnız yuxunun müddəti deyil, həm də onun keyfiyyətidir.

“Euronews.com” telekanalı  xəbər verir ki, mövzu ilə bağlı Stanford Universitetindən yuxu mütəxəssisi Rafael Pelayo araşdırma aparıb.

Mütəxəssis qeyd edib ki, əksər insanlar üçün 7-9 saat yuxu ideal hesab olunur: “6 saatdan az və ya 9 saatdan çox yuxu sağlamlıq risklərini artıra bilər. Əgər uzun müddət yatdıqdan sonra yenə də yorğun hiss edirsinizsə, yuxu keyfiyyətiniz aşağı ola bilər. Yaşa görə yuxu tələbatına əsasən, körpələr 14-17 saat, gənc yetkinlər (16-25 yaş) 8-10 saat, böyüklər (26-64 yaş) 7-9 saat, yaşlılar (65 yaş və yuxarı) 7-8 saat yatmalıdırlar”.

R.Pelayo bildirib ki, insanlar hər 90 dəqiqədən bir yuxu mərhələlərindən keçirlər: “Gecənin ilk hissəsində dərin yuxu baş verir – bədən bərpa olunur, böyümə hormonu ifraz edilir. Gecənin sonuna yaxın REM yuxusu artır – yaddaş möhkəmlənir və öyrənmə prosesi güclənir”.

“Araşdırmalar göstərir ki, qadınların yuxuya ehtiyacı kişilərdən çox deyil, lakin onlar adətən bir qədər çox yatırlar. Hamiləlik, menopauza və menstrual dövr yuxu keyfiyyətinə təsir edə bilər. Yeni ana olan qadınlar gecələr daha çox oyanmağa meyillidirlər. Yuxu çatışmazlığı müəyyən sağlamlıq risklərini artıra bilər: Depressiya və stress; Yüksək qan təzyiqi, infarkt və insult; İmmunitet sisteminin zəifləməsi; Alsheimer riskinin artması. Əgər kifayət qədər yatırsınız, amma yenə də yorğun hiss edirsinizsə, həkimə və ya yuxu mütəxəssisinə müraciət etməyiniz tövsiyə olunur”, – deyə mütəxəssis əlavə edib.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 İyun 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri