Yuxuya getməyi asanlaşdıran 7 qida
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Gecələr yuxuya getməkdə çətinlik çəkənlər qidalanmalarına diqqət etməklə bu problemi müəyyən qədər yüngülləşdirə bilərlər. Bəzi qidaların tərkibindəki faydalı maddələr orqanizmin rahatlamasına və yuxu keyfiyyətinin yaxşılaşmasına kömək edir.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, melatonin, triptofan, maqnezium, kalium və omeqa-3 yağ turşuları ilə zəngin bəzi qidalar yuxuya keçidi və yuxunun keyfiyyətini dəstəkləyir.
Albalı
Xüsusilə turş albalı və onun şirəsi yuxuya təsiri baxımından diqqət çəkir. Tərkibində yuxu prosesində rol oynayan melatonin olduğu bildirilir. Araşdırmalarda albalı şirəsinin orqanizmdə melatonin səviyyəsinə təsir göstərdiyi sübutu yetirilib.
Banan
Banan triptofanla zəngin meyvələrdən biridir. Bu maddə orqanizmin yuxu ilə əlaqəli bəzi birləşmələri istehsal etməsində iştirak edir. Bundan başqa, bananın tərkibində maqnezium və kalium da var. Bu mineralların əzələlərin rahatlamasına kömək edə biləcəyi bildirilir.
Qaragilə
Antioksidantlarla zəngin olan qaragilə aşağı qlisemik indeksi ilə də seçilir. Tərkibindəki antioksidantların yuxu ilə bağlı bəzi problemlərdə dəstəkləyici rol oynaya biləcəyi qeyd olunur.
Süd
Yatmazdan əvvəl süd içmək bir çox insan üçün ənənəvi vərdişdir. Südün tərkibində triptofan və yuxu ilə əlaqələndirilən digər maddələr var. Həmçinin süd zülallarından biri olan kazeinin rahatlama və yuxuya keçid prosesini sürətləndirir.
Qoz
Beyin sağlamlığı üçün faydalı hesab edilən qoz yuxu baxımından da diqqət çəkir. Tərkibində melatonin və yuxu prosesində rol oynayan digər maddələr olan qozun yuxu keyfiyyətinə müsbət təsir göstərdiyi elmi araşdırmalar yolu ilə sübut olunub.
Yağlı balıqlar
Somon kimi yağlı balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələrin həm beyin, həm də yuxu sağlamlığında rolu olduğu qeyd edilir. Omeqa-3 yağ turşularının yuxu prosesində iştirak edən serotonin mübadiləsinə də təsir göstərdiyi təsdiqlənib.
Kivi
Kivi də yuxu müddəti və keyfiyyəti ilə əlaqələndirilən meyvələrdəndir. Tərkibindəki antioksidantlar və serotoninlə əlaqəli xüsusiyyətlərin daha keyfiyyətli yuxuya kömək edir.
Qeyd edək ki, bu qidalar yuxu probleminin müalicəsi hesab olunmur. Davamlı yuxusuzluq və ya ciddi yuxu pozuntusu yaşayan şəxslərin həkimə müraciət etməsi vacibdir. (Metbuat.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 10 Oktyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















