Icma.az
close
up
RU
Yüz il sonra: Birinci Türkoloji Qurultayın iştirakçıları kimlər idi?

Yüz il sonra: Birinci Türkoloji Qurultayın iştirakçıları kimlər idi?

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 3 noyabr, AZƏRTAC

Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar silsilə materiallar davam etdirilir. AZƏRTAC Qarabağ Universitetinin Elm şöbəsinin müdiri filologiya elmləri doktoru Elçin İbrahimovun “Birinci Türkoloji Qurultayın iştirakçıları” sərlövhəli məqaləsini təqdim edir.

1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay XX əsr Azərbaycan elmi-mədəni həyatında mühüm bir hadisə kimi qiymətləndirilir. Qurultayın xüsusilə əhəmiyyətli tərəfi ondan ibarət idi ki, tədbirə yalnız Azərbaycan ziyalıları deyil, həmçinin Türk dünyasından və Avropadan çoxlu sayda tanınmış tədqiqatçı alimlər qatılmışdı.

Qurultay iştirakçılarının milli və peşə tərkibi də olduqca maraqlı və təqdirəlayiqdir. Belə ki, Türkoloji Qurultayda ümumilikdə 131 nümayəndə iştirak edib. Onların 98-i türk, 20-si rus, 3-ü alman, 1-i ukraynalı və 1-i erməni idi. Bu göstəricilər Qurultayın beynəlmiləl xarakter daşıdığını və müxtəlif elmi mühitlərin təmsil olunduğunu göstərir.

Qurultay iştirakçılarının fərqli ixtisas sahələrinə mənsub olmaları da diqqətəlayiq məqamlardandır. Üzvləri fəaliyyət istiqamətlərinə görə dörd əsas qrupa bölmək mümkündür: alimlər, siyasətçilər, müəllim və pedaqoqlar, eləcə də yazıçılar və ədəbiyyatçılar.

Peşə bölgüsü aşağıdakı kimi olub: 3 nəfər Elmlər Akademiyasının üzvü (akademik), 18 professor, 5 dosent, 2 həkim, 1 diplomat, 1 hüquqşünas, 22 müəllim və pedaqoq, 4 ədəbiyyatçı, 14 redaktor və jurnalist, 2 tələbə, 17 siyasətçi.

Bundan əlavə, 42 nümayəndənin peşə mənsubiyyəti müəyyən edilməyib. Qurultay iştirakçılarından 19 nəfər xüsusi dəvətli, qalanları isə müxtəlif elmi, ictimai və mədəni cəmiyyətlərin rəsmi təmsilçiləri olublar.

İştirakçıların müxtəlif coğrafi bölgələrdən və müxtəlif elmi məktəblərdən olması, təqdim edilən məruzələrin elmi-metodoloji zənginliyi, həmçinin etnoqrafik, dilçilik və tarixşünaslıq sahələrində multidisiplinar yanaşmaların tətbiqi Qurultayı XX əsr Azərbaycan elmi-mədəni həyatının parlaq və yaddaqalan bir hadisəsinə çevirib. Bu mənada, Birinci Bakı Türkoloji Qurultay yalnız yerli deyil, həm də beynəlxalq aləmdə türkoloji elmin inkişafına mühüm töhfə verib.

İclasda SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyovun təbrik nitqi ilə çıxış etməsi də Qurultayın mötəbərliyini təsdiqləyir. Qeyd edək ki, Qurultay məşhur türkoloq Radlovun və İsmayıl bəy Qaspıralının şərəfinə keçirilib. Qurultayda akademik Vasili Bartold, Mehmet Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə, Aqafangel Krımski, Nikolay Poppe, Nikolay Aşmarin kimi tanınmış türkoloq-şərqşünas alimlərin iştirakı da onun böyük əhəmiyyəti və mötəbərliyindən xəbər verirdi.

Bildiyimiz kimi, Birinci Türkoloji Qurultay ilkin olaraq təşkilati məsələlərə diqqət yetirib və Qurultayın işlərinin səmərəli idarə olunması məqsədilə 22 nəfərdən ibarət Rəyasət Heyətinin seçimini həyata keçirib. Bu Rəyasət Heyəti qurultayın gündəliyində duran məsələlərin koordinasiyası və idarə olunması funksiyasını yerinə yetirib. Rəyasət Heyətinə 22 nəfərdən ibarət aşağıdakı namizədlər seçilir:

1. S.Ağamalıoğlu 2. R.Axundov, 3. H.Cəbiyev - Azərbaycan 4. V. Bartold - Rusiya 5. Ə.Baytursun - Qazaxıstan 6. İ.Barahov - Yakut Respublikası 7. İ.Borozdin - Rusiya 8. İ.Qəlimcan - Tatarıstan 9. K.İdelquzin - Başqırdıstan 10. F. Köprülüzadə - Türkiyə 11. C.Qorxmazov - Dağıstan 12. İ.Nahamov - Özbəkistan 13. İ.Naqovitsın - Rusiya 14. S.Oldenburq - Rusiya 15. M.Pavloviç - Rusiya 16. A.Samoyloviç - Rusiya 17. K.Tınstanov - Qırğızıstan 18. B.Çobanzadə - Azərbaycan 19. B.Berdiyev - Türkmənistan 20. H.Akçökraklı - Krım 21. U.Əliyev - Şimali Qafqaz 22. T.Menzel - Almaniya, Avropa alimlərinin nümayəndəsi.

Bundan sonra qurultaya Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, Marr, Anatoli Lunaçarski və Vilhelm Tomsendən ibarət Rəyasət Heyətinin fəxri üzvləri seçildi.

Qurultayın Mandat Komissiyasına isə C.Məmmədzadə, V.Tomaşevski, A.İvanov (Yakutustan), Ə.Cabbarov, P.İvanov (Çuvaşistan) seçilir. Redaksiya komissiyasının kürsüsündə isə qurultay iştirakçılarından A.Zifeld, N.Yakovlev, Q.Maqsudov, X.Qabitov, Ş.Rəhimi, X.S.Xocayev əyləşdilər.

Qurultayın katibləri P.Qasımov, S.Veltman, M.Qəldiyev, X.Odabaş və A.Sultanova oldular.

Mandat komissiyasının məruzəsinə əsaslanaraq deyə bilərik ki, Birinci Türkoloji Qurultaya 131 nəfər nümayəndə dəvət olunmuşdu. Onlardan 93 nəfər türk, 38 nəfər isə qeyri-türk idi.

Birinci Türkoloji Qurultaya rəsmi və qeyri-rəsmi dəvət olunanlar əsasən aşağıdakılar idi:

Azərbaycandan: Səmədağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ruhulla Axundov, Hənəfi Zeynallı, Həbib Cəbiyev, Mustafa Quliyev, Nikolay Aşmarin, Əziz Qubaydullin, Xalid Səid Xocayev, Bəkir Çobanzadə, Cabbar Məmmədzadə, Zifeldt-Simumyaqi Artur Rudolfovic, Pənah Qasımov, Museyib İlyasov, Cəlil Məmmədzadə, Ayna Sultanova, Fərid Xurşid, Həmid Sultanov, Mirzə Davud Hüseynov, Hüseyn Musayev, Əhməd Pepinov, İbrahim Rza Şəbüstəri, Həsən Musayev.

Türkiyə Cümhuriyyətindən: Əlibəy Hüseynzadə, Mehmet Fuad Körpülüzadə, Vitek Paul (alman), Gyula Messaroş (macar).

Rusiya Federasiyasından: akademik Vasili Bartold, Sergey Malov, Aleksandr Miller, Aleksandr Samoyloviç, Feodor Menzel (alman), Lev Şerbak, Aleksey Başkirov, İlya Borozdin, Solomon Veltman, Anatoli Cenko, Lev Jirixov, Sergey Oldenburq, Nikolay Poppe, Sergey Rudenko, Vsevolod Tomoşevskiy, Konstantin Yudaxin, Nikolay Yakovlev, Rauf Sabirov, Şamil Usmanov, Qani İtamişev, İbrakim Yumankulov; Qaraç aylardan: Umar Aliyev, Abdulkərəm Xubiyev, Nana Tokov; Yakutiyadan: İsidar Baraxov, Anempodist Satronov, Aleksey İvanov; Başqırd: Cuvaş Pamel İvanov, Xakas: Nikolay Ratanov, Rulayev; Ukraynalı: Aqafangil Krımski; turkmən Beşim Kulbeşirov, İnquş Zaurbek Malsatov, Rostovdan: Cahangir Nacıyev, Votyak İosif Naqovitsin, çeçen: Xalid Oşayev, yəhudi: Mixail Pavlovic, Çuvaş: Mixail Petrov, oryot: Aleksey Savaşkin, adigey Səfərbəy Siyuxov, Leninqraddan Abdulla Tağızadə, balkar İbrahim Usbayev, Tsey Davud Xatirovic, noqay Əbdulhəmid Canibekov, avar Əbdullətif Şamxalov, Tatarıstandan: Qaley Əbdurrəhimov, İbad Alnarov, Səttar Arifullin, Sabah Alnaqubov, Sibqat Qafurov, Alimcan İbrahimov, Qayaz Maqsudov, Qəbdurrəxman Sədi, Şərəf Alimcan, İ.Lemanov; Başkırdıstandan: Qabdiləhəl Vilqadonov, Həbibbulla Qabibov, Kərim İdelquzin, Sadiq Miryasov, Zakir Zakirov, Dağıstandan: İbrahim Əliyev, Qalıncan Ayyupov, Şevgi Bekturə, Cəlaləddin Qorxmazov, Kərim Mamedbekov, Edhem Feyzi, Krımdan: Həbibulla Odabaş, Həsən Səbri Eyvazov, Hüseyn Akcokraklı, Yaqub Kamal.

Almaniyadan: Radebold Valter.

Qazaxıstandan: Əhməd Baytursunov, Lides Omarov, Əziz Bayseyidullin, Bilal Suleyev.

Özbəkistandan: Əbducabbar Əbducabbarov, Mixail Qavrilov, Aşurəli Zahiri, Meşriq İlbek, Rəhim İnoqarnov, Bikcan Rəhmanov, Sadri İsmail, Mecid Usmanov, Neymət Həkimov, Qazi Yunusov, Rəhimi Şakircan.

Türkmənistandan: Bekki Berdıyev, Məhəmməd Qəldiyev, Həşim Perenqliyev, Bazarkul Daniyarov.

Gürcüstandan: Bassariya Simon, Hikmət Cövdətzadə, Rzaqulu Nəcəfov, Aleksandr Tibilov, Nikolay Roqdayev, Şərif Manafov.

Ermənistandan: Bala Əfəndiyev, Raçiya Açaryan.

Qurultaya rəsmi və qeyri-rəsmi dəvət olunanlar arasında tanınmış alimlər, ziyalılar, siyasətçilər, müəllimlər və yazıçılar olub, həmçinin müxtəlif elmi və mədəni təşkilatların rəsmi təmsilçiləri ilə yanaşı, fərdi dəvət olunmuş şəxslər də iştirak ediblər. Yeri gəlmişkən, qeyd etməliyik ki, təqdim etdiyimiz siyahıda müəyyən fərqlər də aydın görünür. Bu fərq rəsmi dəvət olunanlardan başqa, qeyri-rəsmi dəvət olunanların siyahıya daxil edilməsindən irəli gəlir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see214

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see195

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see160

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see150

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see145

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see144

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see137

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see136

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see135

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see134

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see134

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see129

Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir

02 Noyabr 2025 19:52see129

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see128

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see128

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see126

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see125

Elgizdən canlı yayımda iştirakçıya sərt sözlər: Sən kimsən, utanmırsan?

02 Noyabr 2025 10:21see125

Araz Naxçıvan kimyaçılar ın qonağıdır Heyətlər

02 Noyabr 2025 17:35see122

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri