Icma.az
close
up
RU
Yüz tamaşaçı üçün bir qol...

Yüz tamaşaçı üçün bir qol...

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

1/4 final, ilk oyun
Araz-Naxçıvan – Zirə (Bakı) 1:0 (0:0)

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Urfan Abbasov, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k) (8. Karlos Jatoba, 73), 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado (7. Ülvi İsgəndərov, 14), 17. İssuf Paro, 23. Nuno Rodriges, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 10. Bernardo Dias (29. Vanderson Melo, 73).
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 5. Qara Qarayev, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 21. Sezar Meza Kolli.
Baş məşqçi: Elmar Baxşıyev.
Zirə: 97. Tyaqo Silva, 7. Məqsəd İsayev, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə (29. Ceyhun Nuriyev, 55), 4. Ruan Renato (k), 90. Davit Volkov(18. Junior Martins, 73), 10. Georgi Papunaşvili (32. Qismət Alıyev, 73), 23. Rafael Utziq, 3. Ange Mutsinzi (19. Salifu Suma, 73), 15. Pyer Zebli (17. Ayron Qomis, 55).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 5. Stefan Aka, 70. İssa Cibrila, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Qol: B.Dias, 61-p.
Vərəqələr: V.Abdullayev, 51 (qeyri-idman hərəkəti). R.Renato, 75 (hakimin qərarına etiraz). J.Martins, 81 (hakimin qərarına etiraz). K.Jatoba, 86 (qeyri-idman hərəkəti). E.Əlicanov, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Rəhman İmami (Bakı).
Hakim-inspektor: Gülağa Cabbarov (Bakı).
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov (Bakı).
6 fevral. Bakı. “Liv Bona Dea Arena”. 100 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Soyuq hava ilə müşayiət olunan kubok oyununa maraq yox dərəcəsində idi. Tribunalarda, sadəcə, qonaqların azarkeş qrupu olan “Qartallar”ı görmək mümkün idi.

7-ci dəqiqədə Papunaşvilinin künc zərbəsindən qapı qarşısına ötürməsini Avram bir cəhddə yaxaladı. 14-cü dəqiqədə Dias cərimə zərbəsindən qapı qarşısına doğru ötürmə versə də, Davit Volkov başı ilə topu küncə çıxarmağı bacardı. Diasın yenidən künc zərbəsindən qapı qarşısına ötürməsini “Zirə”nin futbolçuları uzaqlaşdıra bilmədi. Qayıdan topa yaxınlaşan Miço uzaqdan bəxtini sınasa da, top qapıçıdan aralı keçdi. 21-ci dəqiqədə Parodan topu “oğurlayan” Volkov Utziqə ötürmə verdi. Rafael topu Papunaşviliyə ötürdü. Georgi zərbə endirsə də, top toru yandan silkələdi.
36-cı dəqiqədə “Araz-Naxçıvan” hesabı açmağa yaxın oldu. Diasın cərimə zərbəsindən qapı qarşısına ötürməsini Elçin Əlicanov tərs toxunuşla gerigöndərdi. Tyaqo Silva Slavikin zərbəsini dəf etsə də, Paronun təkrar zərbəsi zamanı Renatonun köməyi ilə topu küncə çıxardı. 40-cı dəqiqədə Dias – Urfan - Miço kombinasiyası zamanı sonuncunun zərbəsinin qarşısını Mutsinzi kəsdisə, Renato Ülvi İsgəndərovun zərbə endirməsinə imkan vermədi. Qayıdan topa yaxınlaşan Slavikin zərbəsi isə qeyri-dəqiq oldu. 50-ci dəqiqədə Ülvi Slavikin ötürməsini başla tamamlamaq istədi, ancaq Tyaqo topu küncə çıxarmağı bacardı. Naxçıvanlıların hücum cəhdləri saatın tamamında bəhrə verdi.
56-cı dəqiqədə Bernardonun qapı qarşısına ötürməsinin qarşısını Məqsəd almaq istəsə də, onun uzaqlaşdırdığı top Papunaşvilinin əlinə tuş gəldi. Daha sonra referi VAR-da epizoda baxdı və “nöqtə”ni göstərdi. Topun arxasında keçən Dias dəqiq zərbə ilə hesabı açdı. “Zirə”nin hesabı bərabərləşdirmək cəhdləri nəticə vermədi və “qırmızı-ağlar” cavab görüşü ərəfəsində kiçik üstünlük yaxaladı.
Gözdən qaçmadı
* “Araz-Naxçıvan”ın futbolçusu qaydanı pozduğu zaman Elmar Baxşıyev dördüncü hakimə “belədisə, Elçin çıxsın, sən gir oyunu idarə et” dedi.
* Ruan Renato qaydanı pozandan sonra futbolçular və Rəşad Sadıqov rəqibin cərimə zərbəsini bir qədər geridən yerinə yetirməli olduğunu söylədi. Referi Rəşad Sadıqova sarı vərəqə göstərdi, baş məşqçi “gərək mən deyim?” dedi.
* “Qartallar” matçın final fitindən sonra “Zirə” buraya, əllər havaya” dedi.
ƏSƏD SEYİDOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Fevral 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri