Icma.az
close
up
RU
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vətənin, xalqın tarixini şəxsiyyətlər yaradır.

Nəsillər ötdükcə qəhrəmanların ayaq izləri vətənin hər qarışında dolaşsa da, hər izlərə ayaq basanlar onların adlarını unudur.

Fəqət məhz onların həyatı haradan gəldiyimizin, hara gedəcəyimizin bələdçisidir.

Kulis.az "Unudulmuş qəhrəmanlar" rubrikasından İkinci Dünya müharibəsi qəhrəmanı, partizan hərəkatı iştirakçısı, həkim Aliyə Rüstəmbəyova haqqında maraqlı faktları təqdim edir.

İkinci Dünya müharibəsi partizan hərəkatının iştirakçısı, həkim Aliyə Fətulla qızı Rüstəmbəyova 1907-ci ildə Şuşa şəhərində neftçi-mühəndis ailəsində anadan olub. Hələ kiçik yaşında ikən ailələri Bakıya köçüb. Atası Fətulla Rüstəmbəyov Azərbaycan neft sənayesinin təşkilatçılarından biri, bir vaxtlar azərbaycanlı milyonçu Musa Nağıyevin firmasının müdiri, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra (1920) Azneftin (Bakıda Azərbaycan Neft Sənayesi Dövlət Birliyi) baş texniki direktor, rəis müavini və idarə heyətinin üzvü vəzifələrini tutub. Onun anası azərbaycanlı həkim, əslən şuşalı olan Kərim bəy Mehmandarovun qızı idi. O, 1906-cı ildə erməni “Daşnaksütyun” partiyasına qarşı mübarizə aparmaq məqsədilə təşkil edilmiş “Difai” (Müdafiə) gizli antiterror təşkilatının Qarabağda ilk rəhbərlərindən biri idi.


Fətulla Rüstəmbəyov

***

O, 3 №-li orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Tibb Universitetinə daxil olub, lakin sonradan akademik İ. P. Pavlov adına indiki Birinci Sankt-Peterburq Dövlət institutunun birinci kursuna keçirilib. 1935-ci ildə universiteti bitirdikdən sonra üç il Çirçik (Özbəkistan) şəhərində tikinti idarəetmə xəstəxanasında həkim işləyib. 1938-ci ildən etibarən, Aliyə Rüstəmbəyova Moskvada Həkimlərin Təkmilləşdirmə Mərkəzi Institutunda sovet terapevti və tibb alimi, SSRİ Tibb Elmləri Akademiyasının akademiki M. S. Vovsinin rəhbərliyi altında terapevt işləyib.

***

Onun müharibə həyatı 1939-cu ildə başlayıb. Həmin vaxt Sovet İttifaqı ilə Finlandiya arasında müharibə gedirdi. Onu da həkim kimi cəbhəyə, Kareliya bərzəxində gedən döyüşlərə göndəriblər. Sovet-fin müharibəsi 1940-cı ilin martında başa çatıb və Aliyə Rüstəmbəyova Moskvaya qayıdıb. 1941-ci ilin 22 iyununda isə faşist Almaniyası ilə Sovet İttifaqı arasında dəhşətli müharibə başlayanda Aliyə yenidən cəbhəyə gedib, Volokolamsk şəhərində yerləşən Qırmızı Ordu hissələrindən birinin tibb-sanitar batalyonuna hərbi həkim təyin olunub. O, əvvəlcə Moskva ətrafında, sonra Smolensk-Bryansk cəbhə xəttində tibb-sanitar batalyonunda işləyib, yüzlərlə yaralı əsgəri ölümdən xilas edib.

***

Müharibə hər yerdə özünü göstərirdi. Ən böyük çətinlik isə yemək məsələsi idi. Ancaq Aliyə və dostları əsla ruhdan düşmürdülər. Onlar Moskvadan gətirdikləri ev yeməklərini öz aralarında bölüşdürürdülər. Həmin yeməklər qurtardıqdan sonra isə onlar qurudulmuş çörəklə çay içirdilər.

***

1941-ci ilin oktyabrında Smolensk almanlar tərəfindən zəbt olunduqdan sonra Aliyə Rüstəmbəyova döyüşlərin birində yaralanaraq əsir düşüb. Burada o, əzab-əziyyətlərə və işgəncələrə məruz qalıb. O, bütün işgəncələrə mətanətlə dözüb.

İstintaq zamanı hitlerçi zabit azərbaycanlı qızın torpağından uzaqlarda nə etdiyini soruşur.

O, cavab verir:

"Vətən hamımızındır. Bu torpaqlar təkcə faşistlər və işğalçılar üçün yad olub və olacaq da".

1965-ci il nəşr olunan “Vətən yolunda” kitabında qeyd olunur ki, almanlar Smolensk vilayətini tutandan sonra Aliyənin xidmət etdiyi hərbi hissə düşmən cəbhəsinin arxasında qalıb və almanların mühasirəsində partizan fəaliyyətini davam etdirib.


***

1942-ci ilin əvvəllərində hərbi həkim Aliyə Rüstəmbəyovanın rəhbərliyi altında bir qrup hərbi əsir alman düşərgəsindən qaçıb və həmin ilin fevral ayında Vasili İsayeviç Voroçenko tərəfindən idarə olunan və o dövrdə Smolensk vilayətinin Doroqobuj rayonunun meşələrində fəaliyyət göstərən “Deduşka” partizan dəstəsinə qoşulub.

***

“Vətən yolunda” kitabında Aliyənin almanların mühasirəyə aldığı Smolensk meşəsindən Moskvadakı rəfiqəsi Тereza Xristoforovna Morqulovaya 19 aprel 1942-ci il tarixli aşağıdakı məktubu yazdığı qeyd olunub:

“Mənim əziz Terezoçkam! Beş ay susduqdan sonra bu məktubum səni yəqin ki, təəccübəndirəcəkdir. Əgər soruşsan ki, bu müddət ərzində harada idim – cəsarətlə cavab verə bilərəm: əsl cəhənnəmdə idim və indi də oradayam. Nə qədər dəhşətlər görmüşəm! Bu müddət ərzində işğal edilmiş vilayətdə idim. Yenidən özümüzünkülərin – partizanların yanındayam. Qayıdacağıma inanmıram. Bu, ola bilməz. Ona görə də yaranmış imkana baxmayaraq, özümüzünkülərə məktub yazmıram. Onlar mənim sağ olmadığım fikrinə alışmışlar. İstəmirəm ki, mənim üçün yenidən həyəcanlanmağa başlasınlar. Yüz faiz əminəm ki, həlak olacağam”.

***

Aliyə Rüstəmbəyova yuxarıda qeyd olunan partizan dəstəsinin tibb-sanitar batalyonunun rəisi olub. O, səhra şəraitində bir çox mürəkkəb cərrahi əməliyyatlar aparıb və yaralı partizanların həyatını xilas edib.

Bir məktubunda anasına yazırdı:

"Əziz anam, sənə Volokolamskdan yazıram. Moskvadan iki saatlıq yoldur. Çox ola bilər ki, burada da qalım. İndi biz meşədə - kiçik çayın sahilində düşərgə salmışıq. Çadırlarda yaşayırıq. Uzun yoldan sonra dincəlirik".

Dincəlirik... Söz yox ki, o bu sözləri yolunu həsrətlə gözləyən anasının qəlbini sərinlətmək üçün yazmışdı.

Halbuki o, müharibədə, daim ölüm təhlükəsi altında idi.

O, vəziyyətin hansı hədd olduğunu bilirdi. Ona görə də anasını sakitləşdirmək üçün yazırdı:

"Məktublar gec gedir. Ona görə də məktublarımı gec-gec alsanız, nigaran qalmayın. Şəraitim yaxşıdır, özümü əla hiss edirəm".

O, ən ağır vaxtlarda belə özünü itirmir, daima əsgərləri düşünürdü. Anasına bu sözləri yazanda faşistlər artıq onun olduğu yerə yaxınlaşırdılar.

2 iyun 1942-ci ildə Aliyə Rüstəmbəyova son məktubunda isə anasına bunları yazırdı:

“Özümü yaxşı hiss edirəm. Düzdü, bir çox ərzaq mallarını, məsələn, şəkəri, çayı, yağı heç də həmişə görmürük… Yalın ayaqlarıma qaloş geyirəm. Kişi tumanından özüm üçün “zərif” kofta, alman bayrağından yubka və köynək tikmişəm. Almanların əlindən qaçarkən nə ki, paltarım vardı, hamısını atdım. Əynimdə olanlar köhnəlmişdir, indi hamı mənim kimi paltar geyir…”.


***

“Deduşka” partizan dəstəsi 1942-ci ilin yazından bəri alman qoşunlarının mühasirəsində idi.

Aliyə bununla bağlı son məktubunda bunları qeyd edirdi:

“Əziz anam! Yenə də almanların arxasındayam, partizan dəstəsindəyəm, lakin vəziyyətimiz dəyişmişdir, daha əlverişli şərait yaranmışdır. Tibb-sanitar batalyonumuz yaxın gələcəkdə “Böyük torpağa” gedəcəkdir. Öz qoşunlarımızla birləşmək ümidindəyik. Sizdən məktub almağı elə istəyirəm ki… Məktubumu alan kimi birdən-birə iki-üç məktub yazın. Bəlkə, onlardan biri gəlib mənə çıxa bilə”.

***

14 iyun 1942-ci ildə göndərilmiş məktubda yazılıb:

“Aliyədən xəbər yoxdur. Ecazkar, mehriban Aliyə fikrimdən çıxmır”.

İkinci məktubda yazılıb:

“Aliyədən heç bir xəbər yoxdur. Məlumat bürosunun xəbərlərindən birində oxudum ki, almanlar Smolensk vilayətində bir neçə kəndi büsbütün dağıtmışlar, dəhşətə gəldim”.

Üçüncü məktubda belə bir qeyd var:

““Pravda” qəzetində Azərbaycan haqqında məqalə vardı. Orada Smolenskdə işləyən «R» soyadlı azərbaycanlı barədə yazılmışdı. Ola bilsin ki, bu, bizim Aliyədir“.

Dördüncü məktub:

“Bizə, Leninqrada Moskvanın baş terapevti gəlmişdi. Onun sözlərinə görə, gəlişindən iki həftə qabaq Aliyədən məktub alıb. Aliyə Smolensk-Bryansk meşələrində partizan dəstəsinin tibb-sanitar batalyonunun rəisi işləyib. Sağ-salamatdır. Mümkün olsaydı, onu Moskvaya çağırardım. Biz mütəmadi olaraq belə şəraitdə yerləşən həkimlərimizi dəyişirik”.

1943-cü ilin mayında yazılan məktub yaxınlarının tam ümidsizliyə qapıldığından xəbər verir:

“Aliyədən heç bir xəbər yoxdur. Onun salamat qalmasına, demək olar ki, ümidim qalmayıb. Mən moskvalı dostlarımdan Aliyə barədə öyrənməyi xahiş etmişəm. Hələ ki heç bir xəbər yoxdur”.

1942-ci ilin yayında (və ya 30 iyun) Aliyə Rüstəmbəyova yaralı partizanları döyüş meydanından çıxararkən döyüşdə həlak olub. Lakin SovİKP Smolensk vilayət komitəsinin partiya arxivində göstərilir ki, 1942-ci il iyunun sonlarında Aliyə Rüstəmbəyova itkin düşüb.

“Geri qaytarılmaz itkilər haqqında hesabat” sənədində onun itkin düşməsi tarixi həmin ilin iyun ayı olaraq göstərilir. “Deduşka” partizan dəstəsindən bir qadının verdiyi məlumata görə, Aliyə və dəstə komandirlərindən biri yaralanıb və onları təyyarə ilə Moskvaya aparmağa çalışıblar. Lakin təyyarəyə düşmən bombası düşüb.


***

Azərbaycan xalqı üçün onun qəhrəmanlığı unudulmazdır.

Mirvarid Dilbazinin “Partizan Aliyə” poemasında onun səsi bu gün də eşidilir:

Sülhəm, azadlığam, nur, işığam mən,
Günəşlə, şəfəqlə qarışığam mən.
Ellər var, torpağı yenə qanlıdır,
Əsrimiz hələ də çox tufanlıdır.
Harda insanlara gərəyəmsə mən,
Azadlıq uğrunda harda bir vətən,
Döyüşürsə, məni siz orda sanın.
Mən ölə bilmərəm, buna inanın!
Mən həkim paltarlı partizan qızam,
Sizin sevinciniz,şadlığınızam.

***

O vaxtlar Azərbaycan SSR-nin birinci katibi olmuş Heydər Əliyev Aliyə Rüstəmbəyovanın şəxsiyyətini belə qiymətləndirirdi:

“… Böyük Vətən müharibəsi zamanı Smolensk vilayətində partizan dəstələrinin birində döyüşən, Azərbaycanın şanlı qızı hərbi həkim Aliyə Rüstəmbəyovanın göstərdiyi şücaəti mən yüksək dərəcədə səciyyəvi hesab edirəm”…

***

Aliyə Rüstəmbəyovanın fotoşəkilləri, sənədləri, məktubları, mürəkkəbqabı və gümüş qələmi Bakıda Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır.

Cennifer Lopesin yeni sevgilisi Süni intellekt Şekspirə qalib gəldi - Eksperiment Reanimasiyaya düşən Xalq artistinin son vəziyyəti
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Dekabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see133

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see128

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see124

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see124

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see122

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see118

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see118

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see118

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see118

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see117

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see116

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see116

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see115

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see114

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see114

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see113

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see113

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see113

Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb

30 May 2025 13:42see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri