Icma.az
close
up
RU
Yüzlərlə miqrant Parisdə teatrı zəbt edib, yerli hakimiyyət orqanları çaşqın vəziyyətdədir Daily Mail FOTO

Yüzlərlə miqrant Parisdə teatrı zəbt edib, yerli hakimiyyət orqanları çaşqın vəziyyətdədir Daily Mail FOTO

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Bizim üçün qışın ortasında bu insanları küçəyə atmaq ağlasığmazdır..."

Parisdəki teatrlardan biri 250-dən çox miqrantın pulsuz tədbirdən sonra binanı tərk etməkdən imtina etməsi səbəbindən iflas həddinə çatıb.

Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat verib. Məlumatı "aftershock.news" nəşri yayıb.

Dekabrın 10-da Parisin "Gaite Lyrique" teatrı aparıcı fransız universitetlərinin alimləri, Qırmızı Xaç nümayəndələri və fəalların iştirakı ilə "Fransada  qaçqınlar üçün qonaqpərvərliyin yenidən düşünülməsi" adlı konfrans təşkil edib.

Tədbir bitdikdən sonra dəvət edilmiş miqrantlar, əsasən Fransanın keçmiş Qərbi Afrika müstəmləkələrindən olan şəxslər binanı tərk etməkdən imtina edərək orada qalıb.

Beş həftə keçməsinə baxmayaraq, teatr hələ də zəbt olunmuş vəziyyətdədir. Teatr rəhbərliyi keçən həftə bəyan edib ki, binada sığınanların sayı "artmaqda davam edir və təxminən 300 nəfərə çatıb". Sanitariya şəraiti pisləşir, biletlərdən gəlir yoxdur, tamaşalar ən azı 24 yanvar tarixinə qədər ləğv edilib.

"Bu zəbt olduqca ağırdır, lakin "Gaite Lyrique" üçün qışın ortasında bu insanları küçəyə atmaq ağlasığmazdır", - teatr rəhbərliyinin bəyanatında qeyd edilir.

Teatrla yanaşı, yaxınlıqdakı digər müəssisələr də miqrantların yaratdığı vəziyyətdən əziyyət çəkir. Teatr ziyarətçiləri arasında məşhur bir kafeyə sahib olan qadın bildirib ki, onun işi iflas həddindədir.

"Onlar mənim biznesimi məhv edir. Mənim terrasamın yanında toplaşıb, siqaret çəkir və bir-birləri ilə dalaşırlar. Teatr bağlandığı üçün ziyarətçilər gəlmir, yoldan ötənlər isə bu insanlardan qorxub uzaqlaşır", - sahibkar qadın şikayət edib.

Binanın sahibi olan Paris Şəhər Şurası miqrantlar üçün yaşayış yeri tapmağa çalışdığını, lakin hələlik uyğun bir yer tapa bilmədiyini bildirib. Şura hökuməti bu məsələni həll etməyə çağırıb, lakin prezident Makronun kabineti müraciəti qulaqardına vurub və vəziyyətə müdaxilə etmək istəmədiyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Yanvar 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see151

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri