Zafer Derince: Türkiyədə meşə yanğınlarının 90 faizi insan amillərindən qaynaqlanır
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Türkiyədə İstanbul Meşə Region İdarəsinin müdiri Zafer Derince meşə yanğınlarının 90 faizinin insan fəaliyyəti nəticəsində baş verdiyini bildirib.
APA xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Onun sözlərinə görə, siqaret kötüyü, bağda qurumuş otları yandıraraq təmizləmək, biçin qalığının yandırılması və qaynaq aparatları ilə aparılan işlər meşə yanğınlarına səbəb olub. Bu mövzuda vətəndaşlara xəbərdarlıq edilib.
Derince meşə yanğınlarının böyük əksəriyyətinin insan amillərindən qaynaqlandığını vurğulayaraq deyib: “Yanğınları söndürməklə öyünmək əvəzinə, bu il ölkəmizdə heç bir yanğın baş vermədi deməklə öyünməyi üstün tuturuq. Yanğınlarımızın 90 faizi insanlar törədib. Bunlar çox sadə səhvlərdir. Siqaret kötüyünün maşının pəncərəsindən atılması, bağ təmizliyinin yandırılaraq aparılması, biçin qalıqlarının yandırılması, qaynaq aparatları ilə aparılan işlər...”
Baxış sayı:48
Bu xəbər 27 İyul 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















