Icma.az
close
up
RU
Zahid Oruc: Müstəqil DNT Müqayisə Mexanizminin yaradılması ilə bağlı Ermənistanla fəal əməkdaşlıq qurula bilər

Zahid Oruc: Müstəqil DNT Müqayisə Mexanizminin yaradılması ilə bağlı Ermənistanla fəal əməkdaşlıq qurula bilər

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan və Azərbaycan arasında İtkin Düşmüş Şəxslər üçün Müstəqil DNT Müqayisə Mexanizminin yaradılması təklif olunur.

Bu, Beynəlxalq İtkın Düşmüş Şəxslər Komissiyasının "Qiymətləndırmə Hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, hazırda həm Ermənistanın, həm də Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxsləri var və müharibədən təsirlənmiş ərazilərdən çıxarılan naməlum qalıqlar hər iki tərəfə aid ola bilər. Buna görə də, DNT müqayisəsi üçün müstəqil bir mexanizmin yaradılması identifikasiyaların təsdiqlənməsi və nəticələrin ailələrə təqdim edilməsi üçün azsaylı effektiv üsullardan biri ola bilər.

Bu mexanizm vasitəsilə, məsələn, ICMP elmi və qərəzsiz bir prosesi təmin edə, burada DNT profilləri anonim və sistemli bir üsulla müqayisə edilə bilər. Bu yanaşma, DNT vasitəsilə aparılan identifikasiya prosesini hər hansı siyasi və ya milli təsir iddialarından qoruyar. Əgər uyğunluq müəyyən edilərsə, müqayisənin nəticələri hər iki ölkəyə təqdim ediləcək və məhkəmə-tibbi ekspertlər və müvafiq qurumlar elmi sübutlara əsaslanaraq məlumatlı qərarlar qəbul edə biləcəklər.

Bu mexanizm bütün millətlərdən olan ailələrə cavab tapmaq imkanı yaratmaqla yanaşı, həmçinin bölgədə əməkdaşlığı və barışığı təşviq edəcək. Bu, itkin düşmüş şəxslər məsələsinin milli sərhədləri aşan bir problem kimi kollektiv şəkildə həllinə sadiqlik nümayiş etdirmək üçün bir fürsət olacaq.


Millət vəkili Zahid Oruc "Sherg.az"a bildirib ki, itkin düşən şəxslərlə bağlı məsələ məhz Ulu öndər hələ Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdən başlanır:


"1990-cı illərdə məruz qaldığımız vətəndaşlarımızın əsir və itkin düşməsi hadisəsinin miqyasca böyük milli faciə şəklində olması ilk növbədə onun nəticəsi idi ki, vahid ordu birləşmələri mövcud deyildi. Nizamlı silahlı qüvvələrin yaradılması nəticəsində pərakəndə xaotik savaş aparan könüllü birləşmələrimizin içərisində mühüm sayda insanlar itkin və əsirliyə uğrayıblar. Əfsuslar olsun ki, həmin dövrdə sistemli bir dövlət siyasətindən də danışa bilmərik. Faktiki olaraq, bu sahədə profil xidməti qurumlarının olmaması səbəbindən işə sistemli yanaşma ortaya qoyula bilməmişdi. Həmin dövrdə Heydər Əliyevə müraciət edən insanlar onun nüfuzundan bilavasitə dünya miqyaslı siyasətçi olmasından istifadə edərək qarşı tərəfə - Ermənistana hansısa bir təsir göstərməsini arzulayırdılar. Xahiş edirdilər ki, itkin düşən şəxslərin geri alınması mümkün olsun. Digər tərəfdən son 100 ildə gedən müharibələrdəki dinamika kəskin dəyişib. Yəni bir əsr əvvəl I Dünya savaşından sonra aparılan təhqiqatlara görə, itkin düşən şəxslər içərisində 7 hərbi, 1 mülki insan var idisə, indiki müharibələrdə 9-a qədər hərbi, 1 mülki hərbiçinin itkisindən bəhs oluna bilir. Bu o deməkdir ki, silahlı toqquşmaların humanitar xarakteri dəyişib. Bütün bunlarla yanaşı, ötən illər ərzində Azərbaycan dövləti bu sahədə çox böyük və genişmiqyaslı işlər aparıb. Dövlət təhlükəsizlik orqanları yanında fəaliyyət göstərən İtkin Düşən Şəxslərin İşi üzrə Komissiyanın həm daxildə hərtərəfli, dəqiq, ünvanlı, sistemli işlər gerçəkləşdi. Üstəlik, beynəlxalq tədbirlərin, konfransların, seminarların hamısında, o cümlədən ölkənin diplomatik resurslarında bu mövzu gündəmdə saxlanıldı. Ölkə rəhbəri də hər zaman bununla bağlı öz sərt mövqeyini göstərib".


Deputat vurğulayıb ki, itkin düşmüş şəxslər məsələsi II Qarabağ müharibəsindən sonra aktuallığını qat-qat artırıb:

"Çünki artıq bu insanların bir qismini torpağın altında tapırıq. 23-ə qədər kütləvi məzarlıq və 200-ə yaxın insanın qalıqları aşkarlanıb. Ən qabarıq məqam olaraq demək olar ki, II Qarabağ savaşında itkinlərimizin sayı cəmi 6, əsir düşənlər isə mövcud deyil. Lakin bizi düşündürməyə vadar edir ki, qeyd edilən 3977 nəfərin içində sağ insanlar varmı?  Azərbaycan bu sahədə beynəlxalq əlaqələrini formalaşdırarkən Vətən müharibəsindən sonra Qırmızı Xaç cəmiyyətindən öz mandatını aşan fəaliyyətlər gördük. Ona görə də 2022-ci ildən başlayaraq yeni Beynəlxalq İtkin Düşmüş Şəxslər Komissiyası ilə əməkdaşlıq protokollarının imzalanması, Gülüstan sarayında keçirilən böyük tədbirin nəticəsində belə bir təklif ortaya qoyuldu ki, Azərbaycan həm də belə bir daha sistemli, qərəzsiz addımlar atmaq iradəsindədir. Bu məlumatların vahid şəkildə toplanması, dərindən təhlili, peşəkarların rolu vacibdir. Lakin ərazilərimiz ermənilərin işğalı altında idi. Ermənistanın ötən illər ərzində kütləvi məzarlıqları heç olmasa cinayətlərin izini itirmək üçün harasa köçürmək imkanı vardı. Belə bir şəraitdə sual verə bilərik ki, tapılan məzarlıqlarda erməni mənsublu şəxslərin qalıqları olması mümkündürmü? Əsla, xeyr. Çünki Azərbaycanın nəzarətində elə bir yer yoxdur ki, ermənilər hansısa itkisini götürə bilməyib. Belə, olsa Azərbaycanla Ermənistan arasında bərabərlik yaranardı".


Zahid Oruc qeyd edib ki, iki ölkə arasında İtkin Düşmüş Şəxslər üçün Müstəqil DNT Müqayisə Mexanizminin yaradılması ilə bağlı Ermənistanla fəal əməkdaşlıq qurula bilər:

"Amma ehtiyatlandığımız məqam ondan ibarətdir ki, sanki bu, üzərimizdə əlavə kontrol mövqelərini yaradır. Əgər beynəlxalq qurumun nümayəndələri bu prosesdə yer alacaqsa, Azərbaycanın da qətiyyən narahatlığı qalmaz. Ümumiyyətlə burada məsuliyyət daşıyan Ermənistan dövləti və onların yürütdüyü sistemli siyasətdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Mart 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri