Icma.az
close
up
RU
Zahid Oruc: Quru sərhədlərlə bağlı subyektiv baxışlarım üzərindən çıxış etmişəm, hökumətin sözçüsü kimi danışmamışam

Zahid Oruc: Quru sərhədlərlə bağlı subyektiv baxışlarım üzərindən çıxış etmişəm, hökumətin sözçüsü kimi danışmamışam

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc quru sərhədlərin bağlı qalması ilə bağlı dediyi “Sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilə nəticələnəcək” sözlərinə görə tənqid edilməsinə münasibət bildirib. 

Komitə sədri Pravda.az-a açıqlamasında hökumətin quru sərhədlərin bağlanmasının ölkədən valyuta çıxışını, sərhədyanı ticarəti məhdudlaşdırdığını deyənlərə belə cavab verib: “İstənilən hökumət sərhədlərin açıq olmasında, geniş iqtisadi əlaqələr, ticari dövriyyənin yüksək səviyyəyə çatması, insanların fərdi həyatının geniş coğrafiyada davamlılığı və s. kimi onlarla parametrlərin gerçəkləşməsində maraqlıdır. Bu, siyasətin və ya idarəçiliyin əlifbasıdır, nəzəri yanaşma da deyil. Ötən on illər ərzində - pandemiyayaqədərki mərhələdə Azərbaycanın istər hava, istərsə də dəniz məkanından bütün qitələrə yolları açıq olub. Ölkəmiz bu siyasəti dövlət kursu kimi gerçəkləşdirib. Lakin indiki halda qeyd etdiyimiz məsələlərin kontekstini düzgün dəyərləndirmək lazımdır. Dünyanın hər yerində büdcə müzakirələri növbəti ildə forsmajor situasiyaları, böhran xarakter daşıya biləcək məqamları göz önünə almağı, adekvat kontur tədbir görməyi özündə ehtiva edir. Hazırkı büdcə sənədimizdə neft birjalarında qiymətlərin dəyişməsinə adekvat üç ssenari nəzərdən keçirilib. Qiymətlər 50 dollara düşərsə, bu halda gəlirlərimiz azalacaq, hökumət hansı tədbirləri həyata keçirəcək? Səksəndən yuxarı rəqəmlər öz əksini tapır. Mən də parlamentin plenar iclasında söylədim ki, iki savaşda - İsrailin Qəzza, Livan, müəyyən fasilələrlə İranla qarşılıqlı zərbələri fonunda yeni paradiqma başlanıb. Bu da savaşın coğrafiyasının genişlənməsi və strateji çökdürmə, konvensional silahlar mərhələsinə daxil olmasıdır. Sadə dilə çevirsək, bu, sanki nüvə müharibəsindən bir an öncəki davranışlar deməkdir. Yəni ATACMS silahları 300 kilometr hədəfi vurur və faktiki bu, həmin Qərb dövlətlərinin əməliyyatı özlərinin ifşa etməsi mənasına gəlir. Cavab zərbəsi “Oreşnik”lə verilmişdi. O deməkdir ki, savaşın coğrafiyası konfliktin əhatə dairəsi böyüdükcə öz-özlüyündə istənilən ölkənin ticarət əlaqələrinə, xarici, iqtisadi münasibətlərinə də müəyyən təhdidlər yaradır. Xatırlayırsınızsa, ilk dövrlərdə taxılı həm Ukraynadan, həm də Rusiyadan alırdıq. Sonradan məlum situasiyalar yarananda nə qədər ajiotaj meydana çıxdı. Anlayıram, klassik müharibə modelləri dəyişir. Lakin qapalı ölkələri qorumaq bütün əlaqələri durdurmaq deyil. 44 günlük müharibə şəraitində belə ölkəmizin iqtisadi əlaqələri daha da gücləndi. Bu, Ali Baş Komandanımızın ən böyük uğurlarından biri idi. Həmin kontekstdə bizi əhatə edən, geopolitikanın əlifbasına istinad edərək deyirəm ki, 500 kilometr əhatəndə savaş gedirsə, sən bütün təhlükələri hesablamalısan. Bir sıra sosial xərcləri, öhdəliklərimizi, enerji infrastrukturunun müntəzəm çalışması, ordunun təminatı, Böyük Qayıdış, investisiya xərclərini çıxmaq şərti ilə digər ikinci dərəcəli xərcləri təxirə salmaq mövqeyini dilə gətirdim. Birinci və ikinci fundamental məqamın arqument bazisi bundan ibarət idi. İki il ərzində Rusiya, Ukrayna və digər ərazilərdən qaçqın və köçkünlərin olmasına baxmayaraq, artıq söylədik ki, yeni mərhələ özündə yüz minlərlə əlavə qaçqın və köçkün kütləsi yaradacaq. Bu səbəbdən dedim ki, əhalimizlə açıq danışmalıyıq. Belə halda humanitar, sosial, mədəni baxışları fərqli olan millətlər regionumuza daxil ola bilər. İranla bağlı canını, mülkünü, sərvətlərini qorumaq istəyən insanlardan da bəhs etdim. Düşünürəm, bu şəraitdə ən düzgün mövqe həm də neft hasilatındakı azalmanın qarşısının alınması tədbirlərinin gücləndirilməsidir. Məsələlərin ictimai fikrə çıxarmaq mövqeyi düzgün qəbul olunmalıdır. Bunu daim efir məkanında da, mediada söyləyirik. Verdiyim açıqlama qətiyyən pandemiyanın sıfırlanması, virusun dünya çapında məhv olub dövriyyədən çıxması anlamına gəlmir. Hökumət sözçülərinin karantinlə əlaqədar söylədikləri mövqelər əsla ikinci dərəcəli və əhəmiyyətsiz sayılmamalıdır. Mən quru sərhədlərlə bağlı öz subyektiv baxışlarım üzərindən çıxış etmişəm, hökumətin sözçüsü kimi danışmamışam. “Bütün yollar Romaya aparır” deyiminin deviz olaraq meydana çıxmasının səbəbi bu idi - Roma imperiya kimi bütün ərazilərə, qütblərə yollar açırdı ki, ticarət işləsin. Bu gün Azərbaycan dövləti quru sərhədləri bağlayırsa, bunu əhalinin təhlükəsizlik maraqlarına uyğun edir. Fikrimin qayəsi bu idi”. 

Z.Oruc uzun zamandır, bu məsələlərlə bağlı debatlara çıxmadığı üçün tənqid edilməsinə də aydınlıq gətirib: “İnanın, hər bir mövqe sahibinə hörmətlə yanaşıram. Bütün məqamlarda debatlara, diskussiyalara, mediaya da açıq olan insanlardan biriyik...” 

Aytəkin Qardaşova 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://pravda.az
archiveBu xəbər 26 Noyabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see193

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see143

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see138

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see131

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see127

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see127

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see125

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see125

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see124

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see124

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see122

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see121

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see118

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see118

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see118

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see117

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

15 Aprel 2025 22:10see114

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

15 Aprel 2025 19:33see114

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see113

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

15 Aprel 2025 19:37see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri