Icma.az
close
up
RU
Zahid Oruc: Şuşa yüksəkliyini keçməyənlərin Bakını 90 cı illər meydanı kimi görmək istəməsi... CAVAB

Zahid Oruc: Şuşa yüksəkliyini keçməyənlərin Bakını 90 cı illər meydanı kimi görmək istəməsi... CAVAB

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Dövlətimizin siyasi gündəliyində Qələbəmizi diplomatik-siyasi müstəvidə davam etdirmək və sülh müqaviləsində əbədiləşdirmək olduğunu bütün dünya gördüyü halda, “26 sentyabr əsri”ndə və işğalın əsirliyində qalan-yəni, 44 müqəddəs günün mənəvi bütövlüyündən və Zəfər erasından keçməyən qüvvələrin mövzuları, narrativləri hakimiyyətin 100-cü dərəcəli sabiq məmurunun üzərindən antidövlət kampaniyası qurmaq, hüquq-mühafizə, məxfi xidmət orqanlarına qarşı informasiya terroru aparmaq daimi siyasi fəaliyyət meydanına çevirdikləri cəzaçəkmə müsəssisələrini, yaxud məhkəmə önü aksiyalarını xalqa nicat ünvanı kimi təqdim etməkdən ibarətdir.
Ölkə əhalisinin bir faizinin tanımadığı, siyasi idealları və qlobal geosiyasi axınları dərk etmədikləri aşkar görünən bir ovuc qrupun, o cümlədən Tofiq Yaqublunun cinayəti də küçə mübarizələrində törətdiyi qanunsuz əməllərdən başlayıb, daha sonra hazırki sənəd saxtalaşdırmaları ilə külli miqdarda ziyan vurmaya qədər inkişaf etdiyi halda onu aclıq aksiyası ilə “qurban”a çevirib cismini hakimiyyətin üstünə atmağa hazır olan “işğal partiyası” üzvlərinin Pravda. az-a məhz həmin əməlləri ifadə etməyimizi qəbullana bilmir. Uydurulmuş, heç bir əsası olmayan tezisləri adımızdan tirajlayıb ətrafında müdafiə taktikasını qurduqlarını görəndə prinsipsizliklərinə, günlük hadisələrin axarında süründüklərinə və düşüncələrinin gələcəyə deyil, keçmişə, qəfəsə yönəldiyinə əmin olursan.
Şuşa yüksəkliyini keçməyənlərin Bakını 90-cı illər meydanı kimi görmək istəməsi əsla təəccüblü deyil. Çünki ondan sonra min kilometrlər aşağı yuvarladıqları milləti yerdən qaldırıb göylərə ucaldan İlham Əliyevin qlobal zirvəsindən çox aşağıdadırlar.
Əli Kərimli “Azərbaycan saatı” və ruhu ilə deyil, fransız vaxtı ilə yaşadığı üçün hələ də bilmir ki, ölkəmizin azadlığına 907-ci qadağanı irəli sürən və Konqresdə layihəyə müəllfilik edən Tom Lantos sülaləsinin digər üzvləri Bakıya gəlib Elçibəyi ermənilərə münasibətinə görə ittiham edirdilər. İndi “AXC-nin varisi” olduğunu deyən adamın öz liderini mühakiməyə qalxan şəxslərin düşmən ssenarisində yer alması, Amerika qanunverici orqanında ölkəmiz əleyhinə apardıqları kampaniyada alətə çevrilməsi ikiqat cinayətdir-həm dövlətə, həm də siyasi müəliminə qarşı.
Lakin bütün məğlubiyyətlərdən keçən bir şəxsin müxalifətçiliyi həm də əqidə yoldaşlarının həyatını məhv etməkdən ibarət olub. Azərbaycanın Ermənistan üzərində qələbəsi 90-cı illərdə Qarabağı hakimiyyət uğrunda mübarizə silahına döndərənlərin əlindən aldığı üçün ətrafındakı bir ovuc aldadılmış insanları da özü ilə bərabər həbsə sürükləyir.
Ən böyük cəza Qələbə hissindən məhrum olmaqdır!

Zahid Oruc

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 May 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda “Meksika kuklaları” adlı fotosərgi açılıb

20 May 2025 00:13see214

Elgünün işi ilə bağlı rəsmi çağırış: Kimdə varsa, gətirsin

20 May 2025 14:19see152

BDU nun Psixoloji yardım sektoru Gənc istedadlar liseyində Sənin peşən, sənin gələcəyin adlı təlim keçirib

20 May 2025 10:51see128

Elgünün dostları və qohumları da dindirilib RƏSMİ AÇIQLAMA

20 May 2025 13:17see123

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see119

İPhone 17 Air batareyası ilə məyusluğa səbəb olacaq

20 May 2025 01:21see117

Bakıdan Tehrana və Təl Əvivə mesaj: Azərbaycan heç kimə hesabat vermir

20 May 2025 18:07see116

Bu kolbasalar böyrəkdə daş yaradır

20 May 2025 11:31see115

Filadelfiya Siksers in Dürant planı

19 May 2025 21:04see114

Səhər əhvalınızı yaxşılaşdırmaq olar..?

19 May 2025 21:35see113

“Tramp ikinci dərəcəli anti Rusiya sanksiyalarını nəzərdən keçirir” Ağ Ev

19 May 2025 20:51see113

NATO bu ölkədə əməliyyat mərkəzi yaradır

20 May 2025 18:10see112

“Adidas”ın Türkiyə hesabında müştəri məlumatları sızdırıldı Foto

20 May 2025 01:34see112

Bu meyvə ürəyin dərmanı imiş MÖCÜZƏ

20 May 2025 13:20see112

Bu klublar Superliqanı tərk etdilər

19 May 2025 23:22see111

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see111

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see110

Hərbi xidmətə getməyə hazırlaşan tələbənin faciəli sonu TƏFƏRRÜAT

20 May 2025 01:07see110

Qarabağ FCSB matçı Avropa Liqasının TOP 10 da

20 May 2025 21:07see110

"İsrail özünü dostlarından təcrid edir"

20 May 2025 22:39see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri