Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

İki qonşu dövlət soydaşlarımıza basqı edərək... Zahid Orucdan vacib AÇIQLAMA

İki qonşu dövlət soydaşlarımıza basqı edərək... Zahid Orucdan vacib AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"2020-ci ildə başlayan pandemiyadan sonra sərhədlərimizdə hərəkətin məhdudlaşdırılması qərarı məcburi olmaqla, dövlətimizin təhlükəsizlik çağırışlarına verdiyi reaksiya idi. Əlbəttə, 5 ildir davam edən belə vəziyyət regional ticarətin genişlənməsini məhdudlaşdırır, tranzit və logistika potensialının tam reallaşmasına mane olur, yüklərin daha uzun və baha marşrutlarla daşınmasına səbəb olur".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü iclasında bildirdi.

Onun sözlərinə görə, regional inteqrasiyanın ləngiməsi Cənubi Qafqazda vahid iqtisadi məkanın yaranmasını əngəlləyir:

"Azərbaycan–Türkiyə–Mərkəzi Asiya xəttində logistik deyil, ticari fasilə yaradır. Xüsusilə, gələcəkdə  Orta Dəhliz, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat xətləri kontekstində kommunikasiyaların açılması iqtisadi baxımdan faydalı olacaqdır.

Digər tərəfdən, yalnız hava nəqaliyyatı ilə hərəkətə icazə ailə və yaxınlararası humanitar əlaqələri zəiflədir, transsərhəd regionlarda yaşayan sakinlərin gündəlik ticarət və əmək imkanlarına ziyan vurur, əlavə xərclər yaradır. Hamının  təyyarə nəqliyyatından yararlanmaq imkanı yoxdur. Tələbələr ən həssas təbəqədir. Sıxıntılar cəmiyyət tərəfindən ciddi hiss olunur və onların tələbləri başa düşüləndir.

Lakin sərhədlər yalnız iqtisadiyyat və logistika mövzusu deyil, dövlətin təhlükəsizliyi, suverenliyi və gələcəyi ilə birbaşa bağlı olan strateji məsələdir.

Azərbaycan tarixinin mürəkkəb dövrlərindən keçərək qalib, suveren və regional güc kimi çıxış edir. Ali Baş Komandan İlham Əliyevin yaratdığı yeni tarixi və geosiyasi reallıq bizdən emosional yox, məsuliyyətli və uzaqgörən  münasibət tələb edir.

Ölkəmiz Qafqazlarda sərhədlərin tam açılmasına, regional əməkdaşlığa və sülhə xidmət edən əsas təşəbbüskar dövlətdir. Yeni sərhəd siyasəti müasir təhlükəsizlik çağırışları, regional müharibələr və beynəlxalq gərginliyi nəzərə almağa məcburdur".

Deputat qeyd etdi ki, Rusiya–Ukrayna müharibəsi Avropa və Avrasiya məkanında nəzarətsiz silah dövriyyəsini, muzdlu və yarı-nizami silahlı qrupların yayılmasını, qaçqın və miqrant axınlarını kəskin şəkildə  artırıb. Proseslər təkcə müharibə zonaları ilə məhdudlaşmır, region ölkələri üçün real təhlükəsizlik böhranları yaradır:

"Beynəlxalq təhlükəsizlik hesabatlarına əsasən, terror qruplarının təxminən 30–40 faizi münaqişə sonrası regionlardan yayılır, qeyri-qanuni miqrasiya kanalları terror riskini 2–3 dəfə artırır. Azərbaycan riskləri sərhədlərdə sərt nəzarət, xüsusi rejimlər, mərhələli açılış hesabına minimumda saxlayır.

Digər vacib məqam-İranla bağlı beynəlxalq siyasi və hərbi gərginliyin artmasıdır. İsraillə 12 günlük müharibə və yenidən savaş  perspektivi regionda qeyri-sabitlik riskini gücləndirir, mümkün sanksiyalar və hərbi eskalasiyalar fonunda sərhədyanı təhlükəsizlik tədbirlərini zəruri edir.

Qaçqın axınların bir hissəsi Qara dəniz, Cənubi Qafqaz, Yaxın Şərq marşrutları üzərindən hərəkət edir. İndiki dövrdə açıq sərhədlərimiz potensial təhlükə koridoruna çevrilə bilər.

Unutmayaq ki, 44 günlük Vətən müharibəsi zamanı sərhədlərdə tətbiq edilən xüsusi rejim və məhdudiyyətlər Qələbəmizdə həlledici rol oynadı. Məhz həmin tədbirlər kənar hərbi müdaxilələrin qarşısını aldı, silah və canlı qüvvə axınının nəzarətdə saxlanmasına imkan verdi, arxa cəbhədə sabitliyi qorudu.

Zəfərimiz ən azı 500 kilometrdən artıq dövlət sərhədinin işğaldan azad edilməsi qürurunu millətimizə yaşatdı. Biz onu xarici vasitəçilərin əli ilə deyil, qan bahasına, şəhidlərimizin canı hesabına qazanmışıq. Beynəlxalq hüququ öz gücü ilə təmin  edən dövləti sərhədləri müvəqqəti təhlükəsizlik rejimində saxladığı üçün  ittiham etmək nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan ədalətlidir".

Komitə sədri vurğuladı ki, işğal dövründə Azərbaycanın sərhədlərinin pozulmasına susanlar, müharibə zamanı həmin nəzarətsiz ərazilərdən Qarabağa silah və yanacaq daşıyanlar, 90-cı illərdə yüz minlərlə evi-mülki talan edib, yağmalayıb Araz üzərindən satanlar, indi Azərbaycandan “tam açıq sərhəd” tələb edirlər:

"Əgər bir dövlət torpaqlarını azad edib, təhlükəsizliyini yenidən qurursa, o dövlətin sərhəd rejimini müəyyən etmək də suveren hüququdur. Məhdudiyyət rejimi qorxu siyasəti və izolasiya deyil, müharibədən sonra dövlətin məsuliyyətli davranışıdır.

Lakin indi dövlətimiz sülhü və Cənubi Qafqazın bütövlükdə suverenliyini təşviq edərkən, təhlükəsizlik riskləri aradan qalxmadan sərhədlərin tam açılmasını qəbul etmir. 

Populist çağırışlarla və emosiyalarla yox, soyuq təhlillər əsasında qərar verilməlidir.

Bəli, doğrudur, Gürcüstan açıq sərhəd siyasəti hesabına tranzit və turizm gəlirlərini artırıb, Ermənistan açıq sərhədlər fonunda ticarət dövriyyəsini genişləndirib.

Lakin sual edirik, həmin ölkələrin iqtisadi və təhlükəsizlik reallığı Azərbaycanla eynidirmi?

Cavab hamıya aydındır: əsla xeyr. Azərbaycan yaxın keçmişdə real, genişmiqyaslı müharibə aparan dövlətdir. Biz torpaqlarımızı azad etmişik, lakin müharibə başa çatsa da təhlükəsizlik riskləri avtomatik yoxa çıxmayıb. Xüsusilə, müharibədən məğlub çıxan dövlətdə xarici qüvvələrin radikal siyasi və hərbi qrupları aktivləşdirməsi, təxribat və sabotaj cəhdləri hələ qalır. Risklərin açıq sərhədlər vasitəsilə daxilə daşınması ehtimalı ciddi təhlükədir".

Zahid Orucun sözlərinə görə, Ermənistanın açıq sərhəd rejimi müxtəlif silahlı və yarı-radikal qrupların hərəkətliliyini artırır,  xarici hərbi kəşfiyyatın bölgədə manevr imkanlarını genişləndirir.

"Bizim əsas üstünlüyümüz odur ki, potensial təxribatlar sərhəddəcə neytrallaşdırılır, post-müharibə dövründə cəmiyyətin təhlükəsizliyi təmin edilir.

Azərbaycan Gürcüstanın və ya Ermənistanın yolunu təkrarlamaq məcburiyyətində deyil. Başqaları sərhədləri ticarət naminə açır, Azərbaycan isə sərhəd mıhdudiyyətini xalqı qorumaq üçün nəzarətdə saxlayır.

Gürcüstanın 2024-cü il üzrə xarici ticarət dövriyyəsi təxminən 22–23 milyard ABŞ dolları təşkil edib. Turizm sektoru ÜDM-in təxminən 10–11 faizini formalaşdırır. Ölkəyə illik daxil olan miqrant və turist axını 7–8 milyon nəfər civarındadır. Göstəricilər açıq sərhədlərin iqtisadi dividendlər yaratdığını göstərir.

Ermənistana gəldikdə isə xarici ticarət dövriyyəsi son illərdə 20 milyard dollara yaxınlaşsa da, artımın əsas hissəsi re-eksport və üçüncü ölkələrlə riskli tranzit əməliyyatları hesabına formalaşıb. Açıq sərhəd fonunda ölkədə təhlükəsizlik və daxili sabitliklə bağlı problemlər artmaqdadır", - deyə o qeyd etdi..

Komitə sədri əlavə etdi ki, Azərbaycanın 2025-cü il üzrə xarici ticarət dövriyyəsi təxminən 57 milyard ABŞ dolları, strateji valyuta ehtiyatları 82 milyard dollardan çox, regional tranzit layihələrinə yatırdığı investisiyalar on milyardlarla dollar təşkil edir:

"Yəni, Azərbaycan iqtisadi artım üçün sərhədlərin dərhal açılmasına möhtac qalan ölkə deyil.

Bəli, sərhədlərin açılması ticarəti qısa müddətdə 5–10 faiz artıra, logistikanı sürətləndirə bilər.

Lakin təhlükəsizlik itkisi investisiya mühitinə zərbə, sosial sabitliyin pozulması, dövlət xərclərinin artması kimi qat-qat ağır nəticələr doğura bilər.

Rəqəmlər açıq şəkildə göstərir ki, Gürcüstan və Ermənistan açıq sərhədlərlə iqtisadi qazanc axtarır, Azərbaycan isə sərhədlər vasitəsilə müharibədən sonra yaranan təhlükələri neytrallaşdırır.

Qərar iqtisadi cəhətdən əsaslandırılıb, təhlükəsizlik baxımından zəruridir, dövlətçilik nöqteyi-nəzərindən məsuliyyətlidir.

Dünyanın ən güclü dövləti olan ABŞ təhlükəsizlik prioritetli sərhəd siyasəti yürüdür. 2025-ci ildən etibarən Donald Trampın ikinci hakimiyyət dövründə: sərhəd nəzarəti daha da gücləndirilib, Meksika ilə fiziki divar və qoruyucu infrastruktur genişləndirilib, mühacirət riskləri daha sərt nəzarət mexanizmləri ilə idarə edilir.

Nümunələr göstərir ki, sərhədlərin qorunması güclü dövlətlərin də fundamental seçimidir.

Son dövrlərdə müəyyən qüvvələr sərhədlərlə bağlı məsələdə Azərbaycan üçün əlverişli olmayan yanaşmalar təklif edir və geosiyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar.

Azərbaycana sərhədləri “tələsik açmaq” çağırışları milli təhlükəsizlik hesablamalarını nəzərə almadan, qonşu dövlətlərdə yaşayan soydaşlarımızı təzyiq alətinə çevirərək, geosiyasi maraqlarını pərdələməyə çalışırlar.

İki qonşu dövlət, sərhəd mövzusunu Azərbaycan cəmiyyətinin həssas nöqtələri ilə çulğalaşdıraraq, təqdim etməyə çalışırlar. Xaricdə yaşayan soydaşlarımızın vəziyyəti təzyiq alətinə çevrilir. Xüsusilə, şimal və cənubdan informasiya  hucumları və ictimai rəyə yönələn sistemli təxribatlar, həmvətənlərimiz və soydaşlarımızdan humanitar və siyasi təzyiq vasitəsi kimi istifadəsini  görürük".

Zahid Orucun sözlərinə görə, tz-tez Avropa ölkələrinin “açıq sərhəd” siyasəti nümunə göstərilir.

"Lakin bir fakt hamıya məlumdur-Polşa və  Çexiya kimi ölkələr sərhədlərlə bağlı qərarlarını tam sərbəst şəkildə verməyiblər, Avropa İttifaqının siyasi və institusional təzyiqi altında hər biri təxminən 1 milyona yaxın ukraynalı qaçqını qəbul etməyə məcbur qalıblar. Nəticədə, hər iki ölkənin sosial yük artıb, büdcə xərcləri yüksəlib, daxili siyasi qarşıdurma güclənib. Nümunələr göstərir ki, sərhəd açıqlığı hər zaman könüllü seçim deyil, bəzən geosiyasi məcburiyyətdir.

Azərbaycan nə Avropa İttifaqının miqrasiya kvotasına tabedir, nə də xarici təzyiqlə qərar verən dövlətdir.

Dövlət narahatlıqları görməməzlikdən gəlmir. Məsələ “bağlı qalacaq, ya açılacaq” müstəvisində yox, “necə və hansı şərtlərlə məhdudiyyətləri yumşaltmaq olar” şəklində qoyulmalıdır.

Təhlükəsizlik risklərini qorumaqla yanaşı, məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılmasını arzulayırıq. Humanitar və ailə əsaslı keçidlərin genişləndirilməsi, yaxın qohumluq əlaqələri olan şəxslər üçün sadələşdirilmiş mexanizmlər, tələbələr və sağlıq durumu üçün xüsusi icazə mexanizmləri, eləcə də kiçik ticarət və xidmət fəaliyyəti üçün məhdud coğrafiyada açılış, yerli əhali üçün sosial gərginliyin azaldılması istiqamətində müzakirələr daha faydalı olar.

Polşa və Çexiyanın məcburiyyəti, Gürcüstan və Ermənistanın iqtisadi ehtiyacları ilə müqayisədə Azərbaycan təhlükəsizliyini və xalqın mənafelərini qorumağı birinci yerə qoyur. 

Sərhədlər daimi bağlı qalmaq üçün deyil,  təhlükə keçənə qədər sərt tədbirlər görmək üçündür.

Risklər azaltdıqca sərhəd rejimi də mərhələli şəkildə yumşalacağına inanırıq.

Lakin  prosesin təzyiqsiz, milli maraqlara uyğun şəkildə aparılması vacibdir.

Torpaqlarımız kimi, sərhədlərimiz də hüdudsuz olacaq!", - deyə millət vəkili yekunlaşdırdı.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Dekabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri