Icma.az
close
up
RU
Zahirəddin İbrahimovun ifşası yeni faktlar üzə çıxardı ANALİZ

Zahirəddin İbrahimovun ifşası yeni faktlar üzə çıxardı ANALİZ

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Separatçı 2018, 2019 və 2020-ci illərdə Ermənistanda olduğunu etiraf edib

Yaxın və uzaq ölkələrdə müharibələrin, münaqişələrin amansız xarakter aldığı, bununla da kütləvi insan qırğınlarının hökm sürdüyü, dağıntıların baş verdiyi dövrdə Azərbaycan sabitlik adası olaraq tanınır. 30 illik erməni işğalına son qoyulması Azərbaycanın dünya miqyasında gücünə yeni güc qatdı. Bütün bunlar Qərbin və ABŞ-ın bəzi qaranlıq dairələrini ciddi narahat edir. Ona görə də, müxtəlif vasitə və üsullardan istifadə etməklə Azərbaycanda sabitliyi pozmağa, iqtisadi, sosial nailiyyətlərə kölgə salmağa çalışırlar. Bu yöndə məkrli qüvvələr sapı özümüzdən olan baltalardan istifadə edirlər. Xaricdəki antimilli qüvvələrin ölkəmizlə bağlı davamlı şəkildə təxribat xarakterli fəaliyyət nümayiş etdirmələri, təqdim edilən tezislər əsasında ölkəmizdə guya “insan hüquq və azadlıqlarının pozulması”, “dini ayrı-seçkiliyə yol verilməsi” və bu kimi yöndəmsiz fikirlərlə çıxış etmələri onların məqsəd və məramlarının nədən ibarət olduğunu ortaya qoyur.

Diqqətçəkən məqam ondan ibarətdir ki, əksər hallarda xaricdəki antimilli ünsürlər Ermənistan xüsusi xidmət orqanlarının sifarişi əsasında Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak edirlər. Xaricdəki “azərbaycanlılar”a hər cür dəstək göstərən Ermənistanın DTX-sı bəzən agentlərinin ifşa edilməsi ərəfəsində onların müdafiəsini təşkil edir. Bu işdə isə Ermənistan xüsusi xidmət orqanlarına Azərbaycan cəmiyyətində tanımayan, ciddi jurnalistika prinsiplərindən uzaq olan media subyektləri dəstək göstərirlər. Misal olaraq, Azərbaycanın Cənub bölgəsində anadan olan, Rusiyada oturub, ölkəmizin əleyhinə separatçı açıqlamalarla çıxışlar edən Zahirəddin İbrahimov adlı şəxs haqqında Ermənistan mediasında yazılanları dərhal Meydan TV, Toplum TV, AbzasMedia, Azadlıq radiosu, BBC və digər təxribat maşınları tərəfindən “xəbər”ə yeni dezinformasiyalar əlavə etməklə yayımlamalarını göstərmək olar. Bu üzdəniraq təxribat maşınları Zahirəddin İbrahimovun ifşa edilməsi mövzusunun ağaları üçün xüsusi önəm daşıdığını nəzərə alaraq özlərinin uydurma rəylərini, böhtan üzərində qurulan şərhlərini tirajlayırlar. Hətta jurnalist peşə -etika qaydalarına açıq hörmətsizlik nümayiş etdirməklə dezinformasiyalarının miqyasını artırmaqdan çəkinmirlər.

Azərbaycanda heç kim milli mənsubiyyətinə görə təqib edilmir

Ermənistanın rəsmi mətbu orqanları iddia edirlər ki, guya Azərbaycan xüsusi xidmət orqanları Zahirəddin İbrahimovu Rusiyadan tutaraq Bakıya gətirib: “Talış tarixçisi Zahirəddin İbrahimovun martın 26-da Yekaterinburqda yoxa çıxdığı bildirilir. Az sonra onun Cənubi Azərbaycanın Lənkəran rayonundakı qohumları Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) İbrahimova qarşı dövlətə xəyanət də daxil olmaqla bir sıra ittihamların sadalandığı məktub alıblar”. Ermənistanın xüsusi xidmət orqanlarının sifariş əsasında dərc olunan erməni məlumatda o da qeyd olunur ki, guya Zahirəddin İbrahimov milliyyətcə talış olduğu üçün tutulub. Əvvəla onu qeyd etmək lazımdır ki, Azərbaycanda heç kimi milli mənsubiyyətinə görə təqib etmirlər. Əgər Zahirəddin İbrahimov həbs edilərək Azərbaycana deportasiya olunubsa demək konkret ittiham var. Yoxsa Azərbaycanda hansı talışı talış olduğu üçün tutublar? Bu cür yalanlar yazıb ortanı qızışdırmaq istəyirlər. Şübhəsiz ki, erməni mediasının və onları idarə edən xüsusi xidmət orqanlarının niyyətləri Azərbaycanda hansısa etnik qarşıdurmanın olduğunu təqdim etməkdir. Azərbaycan etnik-dini qruplara münasibətdə tolerantlığı dövlət siyasəti elan edərək bu istiqamətdə tədbirləri insanların maraq və mənafeyinə uyğun həyata keçirir. Bu baxımdan da ölkəmiz çoxmillətli, çoxdinli, çox mədəniyyətli bir dövlətdir. İnsanlar vahid Azərbaycan bayrağı altında çox mehriban yaşayırlar. 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi dövlətin ali məqsədlərinin əsasını insanların dinindən, milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin birgə yaşayışının təmin edilməsinə sahib olduğunun bir daha təsdiqidir.

Separatizmə dəstək verənlərin aqibəti Arutunyan, Vardanyan, Saakyan və digərləri kimi olacaq

Azərbaycanda etnik və dini qruplar tərəfindən öz haqlarının həyata keçirilməsinə hər hansı qadağa yoxdur. Hər bir etnik qrup istədikləri formada öz yaşayışlarını, öz mədəniyyətlərini, dillərini, adət ənənələrini təqdim və təbliğ etmək imkanına malikdir. Talışlar dövlətçiliyin möhkəmlənməsində , xalqımızın milli maraqlarının təmin edilməsində fədakarlıq göstərən, daim çalışan və öz zəhməti, əməyi, mübarizliyi ilə seçilən vətəndaşlarımızdandır. Talışlar Azərbaycanı parçalamaq və bununla da Ermənistanın planlarını həyata keçirməyə cəhd etmiş qondarma “TMR”nın ideoloqları Əlikiram Hümbbətovun və Fəxrəddin Abbaszadənin zərərsizləşdirilməsində xüsusi fəallıq göstərmişlər. Talışlar 44 günlük Vətən Müharibəsində azərbaycanlı, rus, ləzgi, avar, udin və digər millətin nümayəndələri ilə çiyin-çiyinə döyüşərək 30 il Vətənin bir parçasını işğal etmiş yağı düşmənin məhv edilib, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsində xüsusi şücaət göstərib, qəhrəmanlıq tarixi yazıb. Talışlar bizim iki gözümüzdən biri, vətənimiz Azərbaycanın tarix yazan qürurlu vətəndaşlarımızdır. Ona görə də, kimlərsə talışlar və digər etniklərlə bağlı ağzı göyçəklik edirlərsə, deməli onun arxasında erməni məkri, başının üstündə Azərbaycanın güclü və qüdrətli dövlət olmasında narahat olan qüvvələrin sifarişləri dayanır. Unudulmamalıdır ki, Azərbaycan dövləti separatizmə tamamilə son qoyub. Bu gün və sabah, ümumiyyətlə bundan sonra kimlərsə separatizmə cəhd edəcəksə, onların aqibətləri hazırda Hərbi Məhkəmədə məhkəmələri keçirilən Arutunyan, Saakyan, Qukasyan, Vardanyan və digərləri kimi olacaq.

Zahirəddin İbrahimovdan alət kimi istifadə edilib

Zahirəddin İbrahimovun fəaliyyətinə nəzər yetirdikdə, məlum olur ki, o heç də öz ağılının və zəkasının nəticəsi olaraq, doğulub boya başa çatdığı dövlətinə, milli kimliyinə daş atmır. Zahirəddin İbrahimovun iradəsizliyindən və maddiyata daha çox meyil etməsindən istifadə edən Ermənistanın xüsusi xidmət orqanları onu tora salmaqla məkrli niyyətlərini həyata keçirməyə nail olublar. Nəticədə Zahirəddin İbrahimov Ermənistan DTX-sının əlində oyuncağa çevrilib. Məhz Ermənistan DTX-sının sifarişləri əsasında o “YouTube” kanalında talış dilində veriliş aparıb. Hətta ona ofis, aylıq 12 min 800 ABŞ dolları maliyyə yardımları göstərilib. Bu cür maddi və mənəvi dəstəkdən ruhlanan Zahirəddin İbrahimov 2012-ci ildə qurulan “Talış Mədəniyyəti Mərkəzi”nin təsisçilərindən biri olub. Bunla yanaşı Azərbaycana qarşı qarayaxma kampaniyasının detallı şəkildə aparılması üçün Z.İbrahinmov dəfələrlə Ermənistanda olub. Səfəri çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının binasında rəhbər şəxslərdə görüşlər və müzakirə aparıb. Bunu Z.İbrahimovun vəkili Səyyarə Əliyeva da mətbuata açıqlamasında qeyd edib. Bildirib ki, Z.İbrahimov istintaq tərəfindən dindirilmə zamanı Ermənistanla əlaqələrindən danışıb. Z.İbrahimov 2018, 2019 və 2020-ci illərdə etdiklərini etiraf etdi”.

O ki qaldı guya Z.İbrahimovun hansısa formada tarixçi olmasına, bu, kökündən yanlış məlumatdır. Çünki bu şəxs riyaziyyat təmayüllü internat məktəbi bitirib. Heç zaman tarixi araşdırmaları və ya tarixlə bağlı yazıları olmayıb. Sadəcə, ona təqdim olunan saxta tarixi məlumatları Rusiyanın Yekaterinburq şəhərində olarkən yaratdığı “Yootube” kanalı vasitəsi ilə səsləndirib. Fikirləri dolaşıq və ziddiyyətli olduğu üçün izləyicilərinin də sayı 12-18 nəfəri keçməyib. Həmin izləyicilərin əsas hissəsi Ermənistandakı dostları və aylıq maaş alan ofisinin əməkdaşları olub. Əminəm ki, Z.İbrahimovun nəyə görə ifşa edilib, istintaqa cəlb olunduğunu bildikdən sonra yaxınları belə ona nifrət edəcək. Necə ki, Əlikiram Hümbətovun, Fəxrəddin Abbaszadənin qohumları onlardan imtina etmişlər.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Aprel 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri