Zakir Həsənov və Kərim Vəliyev Azərbaycanda səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “YAŞAT” Fondunun dəvəti ilə ölkədə səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsinin daim uca tutulduğunu qeyd edən nazir hər iki ölkə başçısının müvafiq göstərişlərinə əsasən, şəhid ailələrinə xüsusi həssaslıqla yanaşıldığını, onların mnütəzəm diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb.
Görüş zamanı qarşılıqlı ziyarətlərin təşkilinin iki ölkə arasında mövcud dostluğun, əməkdaşlığın daha da inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunub.
Qeyd edək ki, qonaqlar səfər çərçivəsində Azərbaycanın qədim və müasir memarlığının ahəngini özündə birləşdirən tarixi və mədəni abidələrlə zəngin məkanları ziyarət edərək ölkənin şanlı tarixi və zəngin mədəniyyəti ilə yaxından tanış olurlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 02 Avqust 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















