Zalujnı Rusiya əleyhinə sanksiyaların çatışmazlıqlarını adlandırdı
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya daim yeni Qərb sanksiyalarına uyğunlaşır, ona görə də tətbiq edilən tədbirlər zamanla təsirsiz hala gəlir.
Gununsesi.info xəbər verir ki, bunu Kiyevin Londondakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı Ukraynanın 24-cü kanalına verdiyi müsahibədə bildirib.
Zalujnı Ukraynanın tərəfdaşlarının Rusiyaya qarşı bütün məhdudiyyətlər paketini birdən tətbiq edə bilməməsi ilə bağlı suala cavab olaraq bildirib ki, “Zaman keçdikcə hətta bu sanksiyalar da təsirsiz olacaq, çünki Rusiya daim uyğunlaşır və biz vaxt itiririk”.
O əlavə edib ki, Rusiya əleyhinə sanksiyalar Ukraynaya kömək edir. Lakin onların tətbiqi “yeni iPhone-un buraxılışı” ilə müqayisə edilə bilməz.
“Sanksiyalar, əlbəttə ki, Ukraynaya kömək edir. Amma onlar yeni iPhone-un buraxılışı kimi ola bilməz: paket, paket, paket, paket”, – keçmiş hərbi komandir qeyd edib.
Maqsud
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 25 Avqust 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















