Icma.az
close
up
RU
Zaman axarında düşüncələr

Zaman axarında düşüncələr

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Akif ƏLİ,

Əməkdar jurnalist,

fəlsəfə doktoru,

yazıçı-publisist

Son günlərin ciddi prosesləri fonunda, xüsusən İran İslam Respublikasının Naxçıvana qarşı ləyaqətsiz dron hücumları kontekstində çox illər əvvəlki hadisələr yadıma düşür.

1990-cı illərin əvvəllərində Odlar yurdu Azərbaycan od tutub yanırdı, köməksiz-kimsəsiz alovlar içində çırpınırdı. Yaddan çıxmayan Qarabağımızda ölüm-dirim savaşı gedirdi. Yüz minlərlə soydaşımız isti ocağından, doğma yurd-yuvasından didərgin düşmüşdü...

Nankor qırmızı imperiyanını tırtılları müstəqillik arzulayan xalqları amansızca əzib keçir, uf da demirdi. İctimai-siyasi xaos dalğasında cəmiyyət çalxalanır, hakimiyyətlər tez-tez dəyişir, iqtidarlar gəlir-gedir, xalq iqtisadi səfalət, mənəvi depressiya içərisində boğulurdu...

Belə bir mürəkkəb dövrdə hər bir vətəndaş öz vicdanına, qeyrətinə, vətən və xalq sevgisinə uyğun fəaliyyət göstərməkdə idi. Kimi Xalqın, Vətənin yanında olurdu, kimi də qaçıb gizlənir, suların durulmasını gözləyirdi...

Mən o dövrdə respublikada yenicə addımlarını atan üç-dörd müstəqil, demokratik mətbu orqandan biri olan “Vətən səsi” qəzetində çalışırdım. 1989-cu ilin sonlarında təsis etməyə başladığımız qəzetin ilk sayı 1990-cı ilin aprelində işıq üzü gördü. Totalitar rejim daxilində azadlıq, müstəqillik, demokratiya carçısı kimi meydana atılan qəzetimiz, Sovet hakimiyyətinin ədalətsizliklərinə, Kremlin dəstəyi ilə baş tutan erməni işğalına, qaçqın soydaşlarımızın hüquqlarının kobudcasına pozulmasına cəsarətlə etiraz səsini ucaldırdı.

Doğrudur, o dövrü tanımadan-bilmədən sonradan gəlib görənlər bir ara atını köndələn çapıb kollektivin zəhmətini görməzdən gəlməyə çalışırdı, dəyərli materiallarla zəngin “Vətən səsi”nin cəsur əməkdaşlarına qarşı bazarkom laqeydliyi, kibirli etinasızlıq sərgiləyirdilər... Ancaq ədalət həmişəki kimi zəfər çaldı: müvəqqəti at belinə qalxan o vəzifə görməmişləri tezliklə də atdan düşürülüb yoxa çıxdılar. “Vətən səsi”nin hər nömrəsi indi o acılı-şirinli tariximizin bir parçasını özündə qoruyub saxlayan qiymətli salnamə timsalı kimi yaşayır.

Bəli, o zaman “Vətən səsi”nin əməkdaşları mərd-mərdanə, cəsarətlə millət meydanında idilər. Bizim manşetə çıxartdığımız mətnlər - “Vətən təhlükədədir”, “Vətənə Atatürk gərəkdir”, “Şuşa əldən gedir”, “Xalq – Qalx”, “Yenə də: hər şey cəbhə üçün, hər şey qələbə üçün” və s. çağırışlar redaksiyada yaşanan ab-havanın təzahürü idi. Baş redaktor kimi özümün yazdığım və ya çapa imzaladığım bütün materialların ideya istiqaməti yalnız Vətən, Xalq, Azadlıq naminə idi. Qarabağda törədilən erməni vəhşiliyinin ifşası, didərgin soydaşlarımızın ürək yanğısının ovudulması əsas mövzularımız idi.

...Söz vaxtına çəkər, qəzetin 25 yanvar 1992-ci il tarixli 3-cü sayındakı bir yazı bu günün kontekstində əlamətdardır. O yazının başlılğını qəzetin manşetində də çıxartmışdıq: “İran erməniyə silah satır!”

Bu gün bir daha həmin məqaləni xatırlamaq yerinə düşərdi.

...1991-ci ilin sonunda Türkiyədə səfərdə olarkən, İstanbulda “Ortadoğu” qəzetində çalışan vətənpərvər dostların mənə təqdim etdiyi bir sensasiyalı informasiyadan çox narahat olmuşdum. Bu məlumatı Qarabağ hadisələri və erməni işğalı səbəbindən ağır, çaşqın günlərini yaşayan Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmağı zəruri hesab etdim. Bakıya dönərkən “Ortadoğu” qəzetində işıq üzü görən “İran erməniyə silah satır”,- başlıqlı həmin məqaləni olduğu kimi, sadəcə “latından kirilə köçürmə” qeydi ilə hazırlayıb (bu qeyd hələ kirillə işlədiyimiz o zamanlarda xüsusi altməna daşıyırdı), “Vətən səsi”nin sözügedən sayında çapa verdim.

İndi o yazını qısa ixtisarla hörmətli oxuculara təqdim etməzdən öncə, yalnız bir məqamı vurğulayım ki, o dövrdə bu faktın kütləviləşdirilməsi vəzifəli-vəzifəsiz İran sevdalılarında şok-effekti yaratmışdı, İranın köməyinə bel bağlayanlar, onu xilaskar bilənlər məqaləni inanılmaz dəhşətli fakt kimi qarşılamışdı. Bizi qınayan, ehtiyatlı olmağa çağıran, hətta hədə-qorxu gələnlər olurdu. Bu isə çalxalanan-bulanan o dövr üçün adi hal idi.

Nə yazıq ki, sadəlövh başbilənlərin ucbatından biz tezliklə müqəddəs Şuşanı da itirdik...

Yaxşı yadımdadır, məqalə çap olunandan sonra İranın Bakıdakı nümayəndəliyindən redaksiyamıza zəng edərək məni “məxsusi söhbətə” dəvət etdilər. Ancaq təbii, nəinki mənim bir Baş redaktor kimi, hətta redaksiyamızın ən sıravi üzvünün də torpaqlarımızı işğal edən, vətəndaşlarımızı ev-eşiyindən didərgin salan qarı düşmənə yardım göstərən, dəstək verən kəsimlə heç bir “məxsusi” söhbəti ola bilməzdi. Çünki bizim mübarizəmiz şəxsi mənafe naminə deyildi, bizim mübarizəmiz (nə qədər patetik səslənsə də!) əqidə naminə idi, mücadiləmiz Vətən uğrunda, Azərbaycanın suverenliyi, Qarabağın azadlığı, ərazimizin bütövlüyü uğrunda idi!

***

İran erməniyə silah satır

Türkiyənin “Ortadoğu” qəzetinin səhifələrində

Tehran Qarabağ münaqişəsini qızışdıraraq Bakının Cənubi Azərbaycanla ilgilənməsini qabaqlamaq istəyir.

Müsəlman Tehranında ermənilərə silah göndərildiyi Türkiyə Təhlükəsizlik qurumu vasitəsilə ortaya çıxarıldı.

Bir yuxarı təşkilatın səlahiyyətli nümayəndəsi farslarla eyni soydan olan taciklərin də Azərbaycan - “Ermənistan” ixtilafında erməniləri dəstəklədiyini bildirdi.

Azərbaycan türklüyü Erməni, İran, Rus, Tacik dördlüyünün qısqacında qalmışdı.

Oğuz Doqquzoğuz

ANKARA. Türkiyə təhlükəsizlik orqanlarında İranın ermənilərə silah göndərdiyi ortaya çıxarıldı.

Alınan xəbərə görə Dağlıq Qarabağda Azərbaycan türklərinə hücumlar edən Erməni terrorçuların istifadə etdiyi silahların bir qisminin İrandan göndərildiyi təsbit edildi.

Adının açıqlanmasını istəməyən yüksək vəzifəli bir təhlükəsizlik əməkdaşı bu vəziyyəti İran tərəfinin nəzərinə çatdırdıqlarını, ancaq Tehranın bunu qəbul etmədiyini söylədi.

Dağlıq Qarabağda erməni terroristlərin üstündə tutulan Avropa və Amerikan mənşəli silahların haradan gəldiyini uzun müddətdir araşdırdıqlarını qeyd edən həmən vəzifəli şəxs nəhayət, bunların İrandan göndərildiyini ortaya çıxartdıqlarını söylədi.

Tehran təkzib edir

İranda rəsmi görüşmələrdə Türk təhlükəsizlik əməkdaşlarının deyilənlərdən söhbət açmasına rəğmən, İranın bu həqiqəti təkzib etdiyi barədə həmin vəzifəli şəxs bunları söylədi:

“İranla aparılan görüşmələrdə bunu dəlilləriylə birlikdə ortaya qoyduq, amma İranın məsul şəxsləri hər şeyi ölkələrində yaşayan ermənilərin üzərinə atdılar. İranlılar - “Biz ermənilərə silah göndərmirik. Ancaq İranda yaşayan 1,5 milyon erməni var. Bəlkə bunlar göndərmiş ola bilər”, – deyərək, olanların üstünü ört-basdır etmək üçün “İrandakı ermənilərə nəzarət edə bilmirik”,- deyirlər.

Xristian erməniyə İran dəstəyi

Müsəlman İran idarəçiliyinin xristian erməniləri silahlandıraraq müsəlman Azərbaycan Türklərinin üzərinə göndərməsinə işarət edən həmin vəzifəli şəxs bunları da söylədi:

İranın qorxusu

“İranın erməniləri dəstəkləməsi Azərbaycan Xalq Cəbhəsi tərəfindən yürüdülən müstəqillik ideyasının həyata keçməsinə yönəlmişdir. Bilindiyi kimi Dağlıq Qarabağ məsələsi müstəqillik məsələsini əsl hədəfindən sapdırmış, Azərbaycan Türkləri Moskva ilə mübarizə apararkən qarşılarında bir də Qarabağ məsələsi gördülər. Beləcə Xalq Cəbhəsinin yürütdüyü mücadilədə diqqətlər müstəqillik və Moskva əvəzinə Qarabağa yönəldildi. Azərbaycan bilindiyi kimi ikiyə bölünmüşdür. Bir qismi, quzeyi Rusiyada, güneyi isə İranın hakimiyyəti altındadır. Sovet Azərbaycanı müstəqillik qazandıqdan sonra İran hakimiyyəti altında bulunan Güney Azərbaycanla birləşməyi arzulamaqdadır. Bu da İranın röyasını qatan qorxudur. İran beləcə erməniləri silahla təchiz edərək Azərbaycanın bağımsızlığını önləməyə çalışır.”

...Bu yandan “Ermənistan”ın Baş nazir müşaviri Hrant Bağratyan İranla ilişkilərini inkişaf etdirmək istədiklərini söyləyir.

SİTA-nın xəbərinə görə Bağratyan İrəvanda təşkil etdiyi mətbuat konfransında sərhəd qonşuları olan İranla siyasi, ticarət və iqtisadi əlaqələrini genişləndirmək arzusunda olduqlarını bildirdi.

Hrant Bağratyan “Ermənistan”ın durumunun yaxşı olmadığını da qeyd edərək, respublikanın 410 milyon dollar xarici borcu ilə 12.3 milyard rubl iç borcu olduğunu söylədi.

“Ortadoğu” (Türkiyə) qəzeti,

9 oktyabr 1991-ci il.

***

...Bəli, bir vaxtlar yaşadığımız o ağır, ancaq şanlı keçmişdən soraqlar indi tarixdə qalıb. O illərin sədası həm də “Vətən səsi”nin vərəqləri saralmış səhifələrində yaşayır. Vətənə məhəbbət, xalqa sevgi, dövlətə rəğbət hissləri ilə dolu...

Bu günkü Azərbaycan isə artıq 90-cı illərin Azərbaycanı deyil. İndi respublikamız Qarabağı erməni quldurlarından azad edib dövlət suverenliyini təsdiqləmiş, milli mənafelərə uyğun müstəqil siyasət aparan güclü bir dövlətdir.

Martın 5-də, İranın Naxçıvana namərd hücumu ilə əlaqədar keçirilən Təhlükəsizlik Şurasının iclasında da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gücü bir daha ifadə etdi:

“Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək.”

5 mart 2026.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 Mart 2026 00:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see567

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see553

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see546

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see476

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see465

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see437

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see371

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see362

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see359

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see331

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see321

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see315

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see302

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see282

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri