Icma.az
close
up
RU
Zamanın içindən keçən “Təmənnasız Missiya”

Zamanın içindən keçən “Təmənnasız Missiya”

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şairə-jurnalist Gülşən Behbudun qələmə aldığı “Təmənnasız Missiya” kitabı yubiley nəşri olmaqdan daha artıqdır. Bu əsər Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Əməkdar mədəniyyət işçisi, şair-publisist Umud Mirzəyevin 65 illik ömür yolunu yalnız faktlarla deyil, həm də zamanın ruhu ilə təqdim edən publisistik salnamədir.

Kitabın ön sözünün müəllifi Azərbaycan Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayevdir. Bu faktın özü nəşrin ictimai çəkisini göstərir. Abdullayevin təqdimatında Umud Mirzəyev təkcə fond rəhbəri deyil, milli düşüncənin, vətəndaş mövqeyinin daşıyıcısı kimi xarakterizə olunur.

Beş bölmədən ibarət olan kitabın strukturu ideya baxımından ardıcıl və simvolikdir:

“And yeri Vətəndi”, “Hamımız bir adamıq”, “Yaxşıların dünyası”, “Biz yazdıq, bizdən yazdılar”, “Fraqmentlər”.

Artıq bölmələrin adları belə oxucunu bir vətəndaş manifestinə aparır. Birinci bölümdə Vətən anlayışı Umud Mirzəyevin həyat fəlsəfəsinin mərkəzinə yerləşdirilir. Qarabağ hadisələrinin ən ağır dönəmlərində onun qələmi və kamerası informasiya cəbhəsində döyünürdü. 1992-ci ildə yaradılan Beynəlxalq Avrasiya Mətbuat Fondu informasiya blokadasını yarmaq üçün qurulan bir platforma kimi təqdim edilir. Bu fondun fəaliyyəti artıq bir təşkilat işi deyil, vətəndaşlıq mövqeyinin institusional ifadəsi idi.

Kitabda yer alan fotoşəkillər, xüsusilə Prezident İlham Əliyevlə Füzuli şəhərinin təməlqoyma mərasimində çəkilmiş kadrlar U.Mirzəyevin dövlət və cəmiyyət həyatındakı fəal mövqeyini vizual şəkildə tamamlayır. Bu şəkillər sadəcə protokol anı deyil, onlar bir ömrün dövlətçilik xəttinə bağlılığının rəmzidir.

Əsərin ən güclü tərəflərindən biri müxtəlif ictimai-siyasi və ədəbi simaların fikirlərinin yer almasıdır. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, publisist-ədəbiyyatşünas Cahangir Məmmədli, xalq şairi Sabir Rüstəmxanlı, professor Qulu Məhərrəmli, Mətbuat Şurasının sədri Rəşad Məcid, Xalq qəzetinin baş redaktoru Əflatun Amaşov, akademik Nizami Cəfərov və onlarla başqa ziyalının fikirləri bir məqamı təsdiqləyir: Umud Mirzəyev müxtəlif sahələri birləşdirən ortaq dəyər nöqtəsidir.

Cahangir Məmmədli BAMF-ı “ocaq” adlandırır və yazır ki, tale ona “Umud Rəhimoğlu kimi Vətən qeyrəti çəkən dost” qismət edib. 

C.Məmmədlinin sözləri kitabın ideya xəttini açan açar cümlələrdəndir. O, Umud Mirzəyevi “Vətən qeyrəti çəkən dost” adlandırmaqla əslində onun ictimai portretini bir ifadədə ümumiləşdirir. Bu, təkcə şəxsi münasibət deyil, dövrün şahidinin verdiyi qiymətdir.

Qulu Məhərrəmli isə onu “Azərbaycanın informasiya diplomatiyasının açarı” hesab edir. Bu fikir təsadüfi səslənmir. 90-cı illərin informasiya blokadası şəraitində həqiqətləri dünyaya çatdırmaq, xarici jurnalistləri bölgəyə aparmaq, faktı fakt kimi göstərmək- bütün bunlar məhz informasiya diplomatiyası idi. U.Mirzəyev həmin prosesin önündə gedən simalardan biri oldu.

Sabir Rüstəmxanlı onu Azərbaycan jurnalistikasında ən çox hörmət etdiyi simalardan biri kimi təqdim edir. Rəşad Məcid Umud Mirzəyevin fədakarlığını, yorulmazlığını və peşəkarlığını önə çəkir. Əflatun Amaşov isə onu xeyirxah insan və qayğıkeş dost kimi xarakterizə edir.

Xalq şairi Ramiz Rövşən isə Umud Mirzəyevin obrazına daha incə çalar əlavə edir: “eqoist olmayan şair təbiətli ziyalı”. Bu ifadə Umud Mirzəyevin xarakterindəki paradoksu açır- həm prinsipial və sərt mövqeli ictimai xadim, həm də duyğusal və poetik ruh daşıyıcısı.

Filologiya elmləri doktoru Almaz Ülvinin 1992-ci ildə BAMF-ın təşkil etdiyi Qarabağ səfəri ilə bağlı xatirəsi isə kitabın ən canlı fraqmentlərindəndir. O, həmin səfərdə həm fədakarlığın, həm də o dövr üçün qeyri-adi təşkilatçılıq bacarığının şahidi olduğunu yazır. Müharibə şəraitində belə bir missiyanı həyata keçirmək təkcə peşəkarlıq yox, həm də cəsarət tələb edirdi.

Bu fikirlər birlikdə bir həqiqəti təsdiqləyir-Umud Mirzəyev haqqında yazılanlar tərif ritorikası deyil, zamanın sınağından keçmiş xarakterin etirafıdır.

Bununla yanaşı, Litvalı jurnalist Riçards Lapaytis, Türkiyəli deputat Şamil Ayrım, sabiq səfir Hulusi Kılıç, Özbəkistanlı jurnalist Şöhrət Barlas kimi xarici simaların fikirləri Mirzəyevin fəaliyyətinin beynəlxalq miqyasını göstərir. Bu, artıq təkcə milli deyil, regional və beynəlxalq informasiya diplomatiyası missiyasıdır.

Kitabın emosional qatını gücləndirən məqamlardan biri də ailə faktorudur. Oğlu Oğuz Mirzəyev və qızı Aysəba Umutlu ilə müsahibələr oxucuya ictimai fiqurun arxasındakı ata obrazını göstərir. Bu, obrazı daha canlı və insani edir.

“Biz yazdıq, bizdən yazdılar” bölməsi bir daha sübut edir ki, Umud Mirzəyev həm yazan, həm də haqqında yazılan şəxsiyyətdir. Onun şeirləri və ona həsr olunan poetik nümunələr publisist obrazın daxilindəki şair təbiətini üzə çıxarır. Bu, onu yalnız ictimai xadim kimi deyil, duyğu adamı kimi də təqdim edir.

“Təmənnasız Missiya”nın epiloqu bir növ yekun deyil, davam mesajıdır. Bu kitab göstərir ki, xidmət anlayışı pafosdan yox, ardıcıl əməl və vətəndaş məsuliyyətindən doğur. Umud Mirzəyevin həyat yolu sübut edir ki, institutlar qurmaq mümkündür, amma o institutların ruhunu yaşatmaq üçün təmənnasızlıq lazımdır.

Bu əsər bir insan haqqında yazılmış kitabdan daha artıqdır. Bu, müstəqil Azərbaycanın informasiya tarixinin parçasıdır. Həmin parça bizə xatırladır ki, bəzi missiyalar vəzifə deyil, and yeridir.

Sevil Həsənova,

Filologiya elmləri doktoru, professor

Qərənfil Dünyaminqızı,

Filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Fevral 2026 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri