Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Zamanları aşan sərvət...

Zamanları aşan sərvət...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Muğam nəsilləri birləşdirən mənəvi körpüdür

Muğam mədəniyyətimizin ən qədim və qiymətli incilərindən biridir. Onun səsində xalqımızın tarixi, duyğuları və həyat fəlsəfəsi yaşayır. Muğamı sadəcə musiqi janrı adlandırmaq da kifayət deyil. O, nəsilləri bir-birinə bağlayan mənəvi körpüdür. Bu sənətdə sevinc də var, kədər də, ayrılıq da, ümid də. Bir sözlə, hər sədası sanki keçmişdən gələn bir hekayə danışır. Bəzən bir tarın səsi insanı uzaq xatirələrə aparır. Bəzən xanəndənin avazı könüldə sözlə ifadə olunmayan hissləri oyadır.

Muğamın gücü onun dəyişməz qalmasında deyil. Əksinə, o, zamanla səslənmə formasını yeniləsə də, öz ruhunu qoruyur. Müasir səhnələrdə, festivallarda və beynəlxalq tədbirlərdə Azərbaycan muğamının səslənməsi bunun bariz nümunəsidir. Muğam Azərbaycanın dünyaya təqdim etdiyi ən güclü mədəni simvollardan biridir. Bu musiqini dinləyən insan Azərbaycanı yalnız eşitmir, onu hiss edir.

Muğamın yaranışı və inkişafı

Muğam əsasən vokal musiqi növü olmaqla yanaşı, instrumental ifaları ilə də diqqət çəkir. Azərbaycan muğamının kökləri qədim dövrlərdə Orta Asiya və Yaxın Şərq musiqilərinin təsiri ilə formalaşıb. Xüsusilə, Azərbaycan ərazisində yaşamış müxtəlif türk, ərəb və fars xalqlarının musiqi mədəniyyəti muğamın inkişafına təsir edib. Bu mədəniyyətlərin hər biri muğamın melodik, ritmik və tematik xüsusiyyətlərinə öz izini qoyub.

Muğam, həmçinin aşıq poeziyasının bir hissəsi kimi də meydana çıxmışdı. Aşıqların müdrik fikirlərini, həyat fəlsəfəsini, duyğusal dünyalarını muğamın melodiyalarında izah etməsi bu janrın dərinliyini artırmışdı. Bu dövrlərdə muğam bir növ özünəxas həyat anlayışlarını, insanın daxili dünyasını ifadə etmək vasitəsi kimi çıxış edirdi.

Təhsil və tərbiyədəki rolu

Muğam yalnız peşəkar musiqiçilər üçün deyil, ümumiyyətlə cəmiyyətin hər bir üzvü üçün vacibdir. Onun tədrisi və ifası insanın estetik zövqünü artırır, musiqi qabiliyyətlərini inkişaf etdirir və insanın iç dünyasını zənginləşdirir. Həmçinin muğam, milli dilin və mədəniyyətin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından da önəmli bir vasitədir.

Muğam Azərbaycan musiqi təhsilinin ayrılmaz bir hissəsidir və ölkənin müxtəlif musiqi məktəblərində və konservatoriyalarında öyrədilir. Həmçinin xalq musiqisi ilə birləşən bu janr, daha gənc nəslin öz mədəniyyətinə bağlılığını artırmaq üçün tədris olunur.

Azərbaycan muğamı beynəlxalq miqyasda...

Muğam yalnız Azərbaycan daxilində deyil, dünya səviyyəsində də tanınır. Azərbaycan mədəniyyətinin simvolu olaraq muğam, müxtəlif beynəlxalq festivallarda və musiqi tədbirlərində təmsil olunur. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, muğamın dünyada tanınmasını və dəyərləndirilməsini daha da artırıb.

Muğam beynəlxalq müstəvidə sadəcə Azərbaycan musiqisinin deyil, ümumilikdə, Yaxın Şərq və Orta Asiya musiqilərinin təmsilçisidir. Onun səsi, ritmi və melodiyası fərqli mədəniyyətlər arasında bir körpü rolunu oynayır, müxtəlif xalqlar arasında qarşılıqlı anlaşma və əlaqələrin güclənməsinə kömək edir.

Yeri gəlmişkən, avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır.

Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyub. Yüzilliklərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyəti zənginləşən Azərbaycan muğamının müasir tarixində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayıb. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır.

Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə, dünyada ilk dəfə olaraq, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının keçirilməsi xüsusi qeyd edilməlidir. Festival çərçivəsində keçirilən Respublika Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqəsi və Beynəlxalq Elmi Simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar və dünyanın bir çox ölkələrindən dəvət olunmuş xarici qonaqlar iştirak ediblər.

Xalqımızın şərəfli və keşməkeşli tarixini səslərdə əbədiləşdirən muğamlarımız ən ağrılı-acılı günlərimizdə həm də təskinliyimizdir. Heyrətamiz hisslər, düşüncələr, müdriklik mənbəyi olan muğam bütün hallarda - qüssəli, sevincli anlarımızda ovqatımıza təsir edir, azadlığa və müstəqilliyə qovuşduğumuz anların fərəhini yaşadır və bizləri qələbəyə səsləyir. Muğam Azərbaycan xalqının mədəniyyətinin canlı şahididir. Bir sözlə, muğam təkcə musiqi janrı olmaqla qalmır, həm də bir xalqın tarixini, kimliyini və dəyərlərini təmsil edir. Onun əhəmiyyəti Azərbaycan mədəniyyətinin bir simvolu olaraq, təkcə bu dövr üçün deyil, gələcək üçün də qorunub saxlanılmalıdır.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Avqust 2026 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri