Icma.az
close
up
RU
Zaminlər bu halda məsuliyyətdən azaddır Məhkəmə

Zaminlər bu halda məsuliyyətdən azaddır Məhkəmə

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib. 

Ölkə.Az xəbər verir ki, işin hallarına görə, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı borcalana 45 ay müddətinə illik 25% dərəcəsi ilə 12.000 manat məbləğində kredit verməyi, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə borc verənə qaytarmağı öhdələrinə götürüblər. Həmçimin iki şəxs borcalan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyin tam həcmdə icrası üçün zamin durub. Lakin cavabdeh 1 il sonra vəfat edib. 30 iyul 2022-ci il tarixli maliyyə arayışına görə müqavilə üzrə cəmi 7.887 manat borc yaranıb. 

Sonra iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,
cavabdehlərdən 7 min 887 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. 

İddianın əsaslarına görə, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-
cu il tarixli Fərmanının icrası ilə bağlı iddiaçı tərəfindən varis və zaminlərə kredit müqaviləsi üzrə yaranmış borcun restrukturizasiya olunması və bununla bağlı banka müraciət edilməsi təklif edilib. Buna baxmayaraq, borclu varis və zaminlər təklifi qəbul etməyib və fərmandan irəli gələn güzəştlərdən istifadə etməyiblər. 

Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilib. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, ididaçı bank əsas borclunun vərəsəsi qismində olan cavabdehə qarşı borcun ödənilməsi tələbini irəli sürsə də, varisin əsas borclunun vərəsəsi qismində onun miras əmlakını qəbul etməsi halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməyib. Buna görə də şəxsin vərəsə kimi hər hansı miras əmlakı qəbul etməsi halı sübut edilmədiyindən, onun vərəsə qismində miras əmlakı həddində borcun ödənilməsi öhdəliyi yaranmadığından, iddia tələbi qeyd edilən cavabdehə aid olan hissədə əsassız olamaqla, təmin edilməməlidir. 

Həmçinin məhkəmə iddia tələbinin zamin qismində çıxış edən cavabdehlər aid olan hissəsi ilə bağlı hesab edib ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, 15 aprel 2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində bağlanılmış zaminlik müqavilələrində onun qüvvədə olma müddəti qeyd edilməyib. Həmin müqavilənin təmin etdiyi öhdəliklərin icrası vaxtının başa çatmasından 1 ildən çox müddət keçib. Bu səbəbdən cavabdehlərin zaminliyinə xitam verilməlidir.

Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edib ki, hazırkı mülki iş üzrə 1 illik müddət 2020-ci ilin yanvar ayının 15-də bitdiyi halda (həmin tarixdə isə müvafiq Fərmanın tətbiqi ilə bağlı tədbirlər artıq həyata keçirilib), iddiaçı tərəfindən zaminlərə qarşı iki ilə yaxın müddət ötürülərək məhkəməyə müraciət edilib. 

İddiaçının apellyasiya şikayəti də təmin edilməyib, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb. 

Bundan sonra iddiaçı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. 

Ali Məhkəmənin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsinin əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakının olması, həmin əmlakın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi, vərəsəlik işinin açılması və sair kimi halların mövcudluğu vərəsələr tərəfindən deyil, vəfat etmiş əsas borclunun kreditoru tərəfindən sübuta yetirilməsi barədə qərarı doğru deyil. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozub. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

Apellyasiya instansiyası məhkəməsi sözügedən mövqeyi ilə Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarı ilə verilən şərhi də nəzərə almayıb. 

Konstitusiya Məhkəməsi Plenumunun daha sonra 26 dekabr 2023-cü il tarixdə qəbul etdiyi Qərarda isə məsələyə dair birmənalı hüquqi qiymət verilərək, göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş sayılır.

Beləliklə, Ali Məhkəmə işi vərəsəyə münasibətdə ləğv edərək, yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Fevral 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri