Icma.az
close
up
RU
Zaqatalada böcək KABUSU Tədbirlər də artıq fayda vermir... FOTO

Zaqatalada böcək KABUSU Tədbirlər də artıq fayda vermir... FOTO

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Qəhvəyi mərmər bağacığı böcəklərinin Balakən və Zaqatala rayonlarında təsərrüfatlara yayılması sakinlərin ciddi narahatlığına səbəb olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sosial problemlə bağlı bir neçə dəfə material hazırlamışıq. Sakinlərin müraciəti əsasında  Balakən və Zaqatalanın müxtəlif kəndlərində olmuş və məsələnin ciddiliyini aidiyyəti qurumların diqqətinə çatdırmışdıq.
Bu dəfə Zaqatalanın Əliabad qəsəbəsi və ona yaxın Yengiyan, Mosul, Kəpənəkçi istiqamətində yerləşən yaşayış məntəqələrinə üz tutduq.  
 

Əliabad qəsəbəsinin elə girişində maşını saxlayıb yerə düşdük. Yaxınlıqdakı sürücülər problemin hər gün böyüdüyünü, böcəklərin sayının günü-gündən artdığını bildirdilər. Onların sözlərinə görə, artıq bir neçə ildir bu məsələ var və əsasən payız aylarında evlərə hücumları çoxalır. Bunun da bir səbəbi var. Bağacıqlar qışlama üçün isti yerlərə üz tuturlar.


“Bu böcəklərin qoxusundan, qorxusundan xəstəxanalıq olanlar oldu, həftə ilə şişi getmir, allergiyası olanlar var. Deyirlər təmizləyin, tozsoranla yığın. Daha texnikanın da gücü çatmır.”, - deyə Yengiyan kənd sakini Nargül Qurbanova deyib.
Zərərverici bağacıqlara əslində rayonun əksər yaşayış məntəqələrində rast gəlmək mümkündür. Lakin son vaxtlar daha çox Əliabad qəsəbəsi, Yengian, Mosul, Kəpənəkçi və onlara yaxın digər yaşayış məntəqələrində maşahidə olunur. Hazırda bağacıqların qışlama dövrü olduğundan onların daha çox evlərə eləcə də yaxınlıqdakı tikililərə sığındığı müşahidə edilir.
Sakinlər bağacıqları mexaniki üsulla yaxud tozsoranla məhv edib çatdıra bilmədiyindən bitki mühafizə mərkəzinə müraciət ediblər.
 

Kənd sakini Şaiq Əlixanov bizi həyətindəki yaz mətbəxinin qarşısınakı divan-kreslo qoyulan yerə gətirir. Divanın üzərinə sərilən adyalı qaldırır və əlavə edir ki, cəmi bir saat deyil ki, buraları təmizləyiblər. Əfsuslar olsun ki, yenə də adyalın altına onlarla bağacıq yığılıb.


Şaiq müəllim əlavə edir ki, evin divarlarına, pəncərələrə, çardağa gün ərzində minlərlə bağacıq hücum çəkir, daha sonra fürsət tapıb mənzilə, otaqlara doluşurlar. 
Sakinlər meyvə və fındıq bağlarında da qışlamaya qalan bağacıqların az olmadığını, onların da sonradan yaxınlıqdakı tikililərə gələcəyini bildirirlər.
Məsələ ilə əlaqədar olaraq müxtəlif dövlət qurumları araşdırma aparıb və gəlinən ilkin nəticə budur ki, bağacıqlar bölgəyə qonşu Gürcüstandan keçib. Daha çox Balakən və Zaqatala rayonları ərazisində yayılıb. Qəhvəyi mərmər bağacığı təsərrüfat əhəmiyyətli zərərvericidir. Tipik qalxanlılara aid bağacıqdır. Digərlərindən fərqli olaraq bu böcəklər daha çox bitkiyə zərər vurur. Belə ki, bu zərərverici 200-dən artıq bitkiyə ziyan vurur. Qəhvəyi mərmər bağacığı efir yağı tərkibli toksid maddə buraxır. 
Qeyd edək ki, bölgələrdə qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbiri kimi Kənd Təsərrüfarı Nazirliyi mütəxəssisləri müşahidə aparır, tədbirlər görürlər.  Lakin sakinlərlə söhbətdən də bəlli olur ki, görülən qabaqlayıcı tədbirlər istər mexaniki, istərsə kimyəvi hələlik elə də öz faydasını verməyib.
Mütəxəssislər bildirir ki, hazırda rayonlarda kənd təsərrüfatı bitkiləri və təbii flora üçün təhlükəli hesab edilən qəhvəyi mərmər bağacığının qışlama yerlərində müşahidə tədbirləri davam etdirilir, yerli sakinlər maarifləndirilir, müraciətlər əsasında ərazilərdə kimyəvi tədbirlər davam etdirilir. 










Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Oktyabr 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri