Icma.az
close
up
RU
Zarafat deyil, cinayətdir Belə videolar niyə artır?

Zarafat deyil, cinayətdir Belə videolar niyə artır?

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Son dövrlər sosial mediada rüşvəti yumor və “trend” formatında təqdim edən videoların artması müzakirələrə səbəb olub. Bu cür məzmunların korrupsiyaya münasibəti yumşaldaraq onu adi və qəbul edilən davranış kimi göstərməsi ilə bağlı narahatlıqlar səsləndirilir.
Bəs bu kimi hallarda məsələ ictimai və sosial baxımdan necə qiymətləndirilməlidir?
Sosioloq Hüseyn İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, cəmiyyətimizdə rüşvət və bu kimi neqativ hallara qarşı kifayət qədər qanunvericilik bazası mövcuddur.
“Bununla yanaşı, mediada bu halların işıqlandırılması, rüşvət adı hallanan şəxslərin ictimaiyyət tərəfindən tənqid olunması üçün geniş azadlıqlar və imkanlar var. Keçmişdə cəmiyyət üçün zərərli addımlar atmış şəxslərin tənqidi çox vaxt yumor vasitəsilə edilirdi, çünki o dövrdə demokratik imkanlar məhdud idi və insanlar bu mövzulara açıq şəkildə toxunmaqdan çəkinirdilər. Bu gün isə dövlət siyasətinin əsas hədəflərindən biri kimliyindən asılı olmayaraq dövlət və ictimai maraqları tapdayan, rüşvət və digər neqativ hallara yol verən şəxslərin aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə təqdim edilməsidir. Belə olan halda bəzi media orqanlarının rüşvət və bu əməllərdə adı çəkilən şəxsləri bəzən bayağı yumoristik formada təqdim etməsi cəmiyyətdə mənfi ictimai ab-hava yarada bilir”.
Sosioloq bildirib ki, konstruktiv və maarifləndirici tənqid, o cümlədən yumoristik tənqid mümkündür və qanunvericilik çərçivəsində cəmiyyətin maariflənməsinə xidmət etdiyi halda müsbət qiymətləndirilə bilər.
“Lakin bəzi jurnalistlər, saytlar və sosial şəbəkə istifadəçilərinin seçdiyi üslub suallar doğurur. Bu yanaşma bəzən ictimai şüura mənfi təsir göstərir və xüsusilə yeniyetmə və gənclərin düşüncəsində bu kimi halların mahiyyətinin yetərincə dərin formalaşmasına mane ola bilər. Qanunlarımız rüşvəti adiləşdirmir və normallaşdırmır. Bununla belə, sosial şəbəkələrdə müəyyən trend kimi bu mövzunu yumor vasitəsinə çevirən şəxslər var və bu hal gülməli deyil, əksinə cəmiyyətdə ictimai etimadsızlığın artmasına xidmət edə bilər”.
Ekspertin sözlərinə görə, bu səbəbdən belə məzmun yayan şəxslərin maarifləndirilməsi vacibdir və məsuliyyət hissi artırılmalıdır.
“Qanun pozuntuları yalnız rüşvətlə məhdudlaşmır və bu yanaşma digər cinayətlərin də gələcəkdə yumor və ya ironiya formasında təqdim edilməsinə zəmin yarada bilər ki, bu da yolverilməzdir. Sosial media imkanlarından istifadə edərək bu kimi halların geniş yayılmasına şərait yaradılmamalıdır. Bu cür məzmunu yayanların çoxu peşəkar jurnalistlər deyil, həvəskarlardır, halbuki hər hansı sahəyə maraq göstərmək başqa, həmin sahədə peşəkar və məsuliyyətli fəaliyyət göstərmək tamam başqa məsələdir. Həvəs göstərilən işin cəmiyyətə və ətraf mühitə hansı mənfi təsirləri ola biləcəyini əvvəlcədən düşünmək vacibdir”.
Qeyd edək ki, rüşvət və korrupsiya mövzusunun ictimai şüurda düzgün təqdim olunması cəmiyyətin hüquqi və mənəvi dəyərlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Fevral 2026 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri