Icma.az
close
up
RU
Zaur Baxşəliyevin reklam etdiyi həkim iki uşaq atasını şikəst qoydu VİDEO

Zaur Baxşəliyevin reklam etdiyi həkim iki uşaq atasını şikəst qoydu VİDEO

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişində məşhurlaşan həkim Zaur Ramixanov xəstəni səhv əməliyyat edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə zərərçəkmişin anası, Yevlax rayon Marzılı kənd sakini Musayeva Kəmalə Publika.az-a müraciətində qeyd edib.

O bildirib ki, yüksəklikdən yıxılıb zədə alan oğlunun əməliyyatı uğursuz alınıb:

“Oğlum Musayev Araz 2023-cü ildə hündürlükdən yıxılaraq zədə aldı. Biz onu dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırdıq. Müayinələr aparıldıqdan sonra məlum oldu ki, onurğası zədələnib və 5-ci fəqərə sınıb. Təcili olaraq neyrocərraha müraciət etmək lazım olduğunu bildirdilər. Biz də ATV kanalında yayımlanan “Bizimləsən” verilişindən tanıdığımız Zaur Ramixanova zəng etdik. O bildirdi ki, müayinələrin nəticələrini mənə göndərin, uyğun olsa, gəlib əməliyyat edərəm. Bütün müayinələri ona göndərdikdən sonra əməliyyatı öhdəsinə götürdü və Mingəçevir Şəhər Regional Xəstəxanasında oğlumu əməliyyat etdi. Sonra da əməliyyatın çox uğurlu olduğunu dedi.

Bizim xəstəxanadan heç bir şikayətimiz yoxdur. Oradakı tibbi heyətdən çox razıyıq. Lakin 3 gündən sonra ödənişə gücümüz çatmadığı üçün oğlumu Mingəçevir Şəhər Xəstəxanasına köçürtdük. Ora gəldikdən sonra oğlumun vəziyyəti ağırlaşdı. Nə qədər çalışsaq da həkim Zaur Ramixanovla heç cür əlaqə saxlaya bilmədik. Hər dəfə zəng vuranda başqa biri götürdü və həkimin köməkçisi olduğunu, onunla danışıb bizə məlumat verəcəyini bildirdi. Lakin ondan sonra həmin həkimlə əlaqə saxlaya bilmədik”.

Zərərçəkmişin anası onu da qeyd edib ki, aradan iki il keçib, ondan sonra bir neçə xəstəxanaya müraciət ediblər: “Hamısı da bildirdi ki, ilk əməliyyatı uğursuz olub və ziddi fəsadlar qalıb. İkinci dəfə əməliyyat etdirsək də yenə də bir nəticə vermədi. Hazırda 3-cü dəfə əməliyyata ehtiyac var. Lakin maddi imkanım buna yol vermir. Oğlum bu vəziyyətə düşdükdən sonra işdən də çıxardılar. İki azyaşlı övladı var. Onların da ehtiyaclarını ödəyə bilmirik. Aidiyyəti qurumlardan xahiş edirəm ki, belə savadsız həkimləri reklam edənlər haqqında bir tədbir görsünlər. Və Zaur Ramixanovdan da tələb edirəm ki, oğluma təzminat ödəsin. Bir il səkkiz ayda çəkdiyi xərclərin təzminatını ödəsin ki, oğlumu yenidən əməliyyat etdirib, ayağa qaldırım”.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, zəngimizə cavab verən olmadı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Aprel 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri