Icma.az
close
up
RU
Zaur Əliyev: Strategiya növbəti 4 ili əhatə edir və 4 prinsip üzərində işləyəcəyik

Zaur Əliyev: Strategiya növbəti 4 ili əhatə edir və 4 prinsip üzərində işləyəcəyik

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) inkişaf strategiyası 4 ili əhatə edir".

"Report" xəbər verir ki, bunu ASF-nin prezidenti Zaur Əliyev qurumun konfransında deyib.

O, yeniliklərdən danışıb: "Strategiya növbəti 4 ili əhatə edir. 4 prinsip üzərində işləyəcəyik. Bunlar Azərbaycanda üzgüçülüyün inkişafı, kütləviliyin artırılması, beynəlxalq yarışlarda uğurlu iştirak və medal qazanmaqdır. Bu prosesə məktəbliləri daha çox cəlb etmək istəyirik. Təbii ki, bu, könüllülük əsasında olacaq. Bundan əlavə, ölkədə həvəskarlar arasında yarışlar, festivallar keçirmək, bu yolla insanlarda üzgüçülüyə marağı artırmaq istəyirik".

Qurum rəhbəri ad dəyişikliyinə ehtiyac görülmədiyini vurğulayıb: "Başqa ölkələrin də təcrübəsini öyrənmişik. Əksər yerlərdə ad Üzgüçülük Federasiyası şəklində gedir. Bu səbəbdən dəyişikliyə ehtiyac görmədik. Gələcəkdə ehtiyac duyularsa, həyata keçirilər".

ASF prezidenti su polosu millisinə yeni əcnəbi baş məşqçi təyin olunacağını söyləyib: "Su polosu yığmasının əcnəbi baş məşqçisi ilə yolları ayırdıq. Hazırda bu istiqamətdə işlər davam edir. Yeni baş məşqçi də əcnəbi olacaq. Əməkdaşlarımız yaxın zamanlarda Xorvatiyaya səfər edəcəklər. Bu ölkənin təcrübəsindən yararlanmaq istəyirik və axtarışları davam etdirəcək, uyğun namizəd seçəcəyik. Üzgüçülük millisində isə Rəşad müəllim işini uğurla davam etdirir. Hazırda dəyişiklik barədə düşünmürük".

Əliyev məktəblərdə təbliğat aparılacağını bildirib: "Təəssüflər olsun ki, üzə bilməyən gənclər dənizə gedərkən dostlarının yanında qəhrəmanlıq göstərmək istəyərkən əksər hallarda boğulurlar. Buunla bağlı sosial mediada daim təbliğat aparacağıq. Amma bunun nə dərəcədə effektli olacağını deyə bilmərəm. Çünki digər qurumlar da təbliğat aparmalıdır. Məktəbdən başlayaraq uşaqların üzməyi öyrənmələrini istəyirik və bununla bağlı işlər görürük. Bu sahədə Fövqəladə Hallar Nazirliyi də çox iş görür".

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 İyul 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri